Teleəlyazma-rabitə kanallarının verici və qəbuledici sonluqlarında yerləşdirilmiş iti uclu qələmin hərəkəti ilə uyğun olaraq yazılan və əks olunan qrafiki informasiyaların verilməsi xidmətidir. Teleəlyazma mətinlər, şəkillər, cizgilər və s. göndərici tərəfindən xüsusi lövhədə yerləşdirilmiş kağız üzərinə gətirilir. Rabitə kanallının qəbulededici hissəsində isə kağız yaxud disple üzərində əks olunur. Bir çox hallarda teleəlyazma telefon xidmətini tamamlayır. Bu zaman yazılı məlumatlar kiçik tezlik dipozonunda telefon kanalı üzrə 300bit/s sürətilə verilir. Bu xidmət növü xüsusilə kor və lal istifadəçilər üçün çox böyük əhəmiyyət kəsb edir.
Bürofaks məlumat emalı xidməti-Bürofaks kollektiv istifadə etmə xidmətidir. Bu xidmət rabitə şəbəkələrində, yaxud kollektiv xidmət etmə məntəqələrində qoyulmuş faksmil aparatları arasında sənədlərin verilməsini həyata keçirir. Məlumatın emalı xidməti aralıq yaddaş halında məlumat mübadiləsini həyata keçirən bu xidmət növü məlumatların verilməsini, saxlanmasını, çevrilməsini, emalını və s. həyata keçirir. Bürofaksın dörd növü var.
-məlumatın verilişi;
-personallararası məlumat;
-məlumatların elektron verilişi;
-səs məlumatları.
Videotelefon rabitəsi-Bu rabitə növü görüntülü danışıqları həyata keçirir. Videotelefon rabitə dünyada ilk dəfə 2004-cü ildə İtaliyada telefon xəttinə qoşulmaqla tətbiq edilmişdir. Bakıda videotelefon rabitə NCN texnologiyası tətbiq olunan stansiyalarda təşkil edilir. Bu stansiyaların abunəçiləri bu xidmətdən yararlana bilirlər. İndi artıq İnternet istifadəçiləri bu rabitədən geniş istifadə edirlər. Mobil telefon istifadəçiləri videotelefon rabitəsindən geniş istifadə edirlər.
Dostları ilə paylaş: |