Sənədli elektrik rabitə sistemləri və şəbəkələri Müəllim: Kərimova Sədaqət baki – 2015



Yüklə 278,19 Kb.
səhifə7/29
tarix10.01.2022
ölçüsü278,19 Kb.
#106347
1   2   3   4   5   6   7   8   9   10   ...   29
Elektron kommutasiya mərkəzləri

Elektromexaniki stansiyalarda olan çatışmayan cəhətlər informasiya verilişində müəyyən problemlər yaratdığına görə kommutasiya avadanlıqlarının proqram prinsipli elektron texnologiyalarla əvəz etmək zərurəti yaratmışdır. Bu baxımdan da proqram prinsipli elektron stansiyaları KES (kommutasiya elektron stansiyaları) və KEYS (kommutasiya elektron yarımstansiyaları) tətbiqinə zərurət yaranmışdır. Bundan başqa kommutasiyalı inteqral stansiyalar da mövcuddur. Bu tip stansiyalarda abonentlərin sayı 512 – dən 6144 - ə qədər KES –də 360 – dan 11520 - ə qədər KİS ( kommutasiya inteqral stansiyalar) – də olur. xidmət növləri kimi adi rabitə, konfrans rabitə və dövri rabitə mümkündür. Elektron stansiyalar kolektiv xidmətli abonent teleqrafından, bilavasitə birləşmə və verilənlərin ötürülməsi şəbəkələrində istifadə edilir. Kommutasiya elektron stansiyaları respublika və vilayət mərkəzlərində qurulur. Bu stansiyalar vasitəsilə aşağıdakı proseslər həyata keçirilir.



  • Artıq yüklərin qəbulu – teleqramların indeksləşdirilməsi , danışıqların qeydi, tarifləşdirmə və s.

  • Həddən çox qəbul olunmuş informasiyaların təşkili

  • Qarşılıqlı təsir siqnalların səhvdən qorunması

  • Cədvəl üzrə və qısaldılmış nömrə ilə rabitənin təşkili

Bu stansiyalarda veriliş sürəti 50-2400 bit/san olur. səhv ehtimalı 10-7 – dir.


Yüklə 278,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin