Parovozun meydana gəlməsi. Uzun müddət dəmir yollar yalnız mədənlərdə tikilirdi, daha sonra at dartqısı ilə işləyən sərnişin yolları yayılmağa başladı. İlk belə yol 1801 - ci ildə İngiltərədə Uondsvort və Kroydon arasında tikilmişdi.
İlk parovoz 1804 - cü ildə Riçard Trevitik tərəfindən yaradıldı. Lakin o dövrün çuqun relsləri belə ağır maşına dözə bilmirdi. Müntəzəm sərnişin daşımaları təşkil olunan ilk dəmir yolu 1807-ci ildə Uelsdəki Suensi və Mamblaza dəmir yolu oldu. Burada əsas nəticə, yol mümkün qədər horizontal olmalı, yol işlərinin bahalığına baxmayaraq dəmir yolun tikintisində tökmə və qazmalarda istifadə etmək şərt idi.