-cü ildə Stefenson Nyukaslda dünyada ilk lokomotiv istehsal edən zavodun əsasını qoydu. 25 senyabr 1825 - ci ildə ingilis parlamentinin icazəsi ilə Stokton və Darlinqton arasında yük (əsasən kömür və un) daşımaları üçün nəzərdə tutulmuş rels yolu işləməyə başladı. Məhz həmin gün dünyada dəmir yolunun anadan olma günü kimi qeyd olunur. Dünyada buxar dartqılı ilk ümumi təyinatlı dəmir yolu olan bu yolun uzunluğu 21 km idi. Parovozların konstruksiyası 1900-cü ilə kimi formalaşdı. Hal- hazırda dünya dəmir yollarının 20%-i elektrikləşdirilmişdir.
Dəmir yolu nəqliyyatının texniki təchizatınn əsasını daimi qurğular və hərəkət tərkibi təşkil edir. Daimi qurğular- yollar, stansiyalar, istismar işinin idarə edilməsi və hərəkətinin təhlükəsizliyi aiddir.
Dəmir yolu- ayrılmış zolaqda yerləşdirilmiş xətti və mühəndis qurğuları və tikililərin mürəkkəb kompleksidir. Üst və alt qurğulardan ibarətdir.
Dəmir yolları əsas,stansiya və xüsusi təyinatlı yollara bölünür. Stansiya yollarına əsas stansiya, qəbul-yola salma, çeşidləmə, uzantılar, yükləmə-boşaltma, hərəkət birləşdirici və yollar aiddir. Qəbul-yola salma yolları qatarların stansiyaya qəbulu, dayanması və pereqonlara yola salınması üçündür.
Dostları ilə paylaş: |