Səni kim unudar (Mikayıl Müşfiq 110 illiyi)
XX əsr Azərbaycan şairləri sırasında ən parlaq simalardan biri Mikayıl Müşfiqdir. O, ədəbiyyatımızda seyrək təsadüf edilən istedadlardan idi. Müşfiq xalqlar dostluğu, əmək, qadın azadlığı, insanpərvərlik, vətənpərvərlik, məhəbbət, insanın arzu və istəkləri, təlim-tərbiyə, məktəb və müəllim, gəncliyin cəmiyyətdə mövqeyi, ailə gözəlliyi, analıq şərəfi, övlad məhəbbəti, sənətin bədii təsir gücü və sənətkarın mənsub olduğu xalqa, bəşəriyyətə bağlılığını təsvir və tərənnüm edən əsərlər yaratmışdır.
Müşfiqi bütün nəsillərin müasiri edən, həmişə sevdirən, onun ürəkdən gələn, səmimiyyətlə dolu poeziyasının xalq ruhu ilə bağlılığı, Azərbaycanı böyük məhəbbətlə tərənnüm etməsi idi.
Şair fitri istedada, coşqun ilhama, yüksək mənəviyyata sahib olan, bütün varlığı ilə poeziyaya vurğun olan, mayası ilhamdan yoğrulmuş bir sənətkar idi. Dəyərli əsərlərilə həmişəyaşar sənətkarlar sırasında durur. Onun şeirləri Azərbaycan poeziya xəzinəsinin incilərindən sayılır.
Dostları ilə paylaş: |