Senior Experten Service (ses)



Yüklə 115,56 Kb.
tarix16.06.2018
ölçüsü115,56 Kb.
#53859


Senior Experten Service (SES)

Stiftung der Deutschen Wirtschaft für internationale Zusammenarbeit GmbH


Qeyri-kommersiya təşkilatı

SES PO Box 22 62 53012 Bonn

Buschstr. 2, 53113 Bonn



+49 (0)228 260 90-0




Fax +49 (0)228 260 90-77

ses@ses-bonn.de

www.ses-bonn.de











Təcrübəli Mütəxəssislər Xidmətinə (SES) müraciət ərizəniz

Hörmətli xanımlar və cənablar,


bizimlə əlaqə saxladığınız və Təcrübəli Mütəxəssislər Xidmətindən yararlanmağı seçdiyiniz üçün çox şadıq.
Müraciətinizi yerinə yetirməkdə bizə kömək olacaq məlumatları aşağıdakı səhifələrdə bizimlə paylaşmağınızı Sizdən xahiş edirik.
Bu məlumatlar bizim seçimimiz üçün əsas təşkil edir. Öz ehtiyaclarınızı, gözləntilərinizi, suallarınızı və hədəflərinizi nə qədər dəqiq təsvir etsəniz, Sizə məsləhət gördüyümüz mütəxəssisdən bir o qədər məmnun qalacaqsınız.
Ehtiyacımız olan məlumatlar:
1. Sizin şirkət / Sizin təşkilat

2. SES mütəxəssisinin vəzifələri

3. Xidmət yerinin şəraiti

Aşağıdakı müraciət ərizəsini bizə e-mail, faks və ya poçt vasitəsilə göndərməyinizi xahiş edirik. Sizinlə uğurlu əməkdaşlıq quracağımıza ümid edirik və mümkün qədər tez bir zamanda sizinlə əlaqə saxlayacağıq.


Hörmətlə,

Təcrübəli Mütəxəssislər Xidməti (SES)




  1. Şirkətiniz/təşkilatınız haqqında məlumat

Ad:


Ünvan:

Məsul şəxs/Direktor:




Telefon:
Mobil:


E-mail:
İnternet səhifəsi:

:


SES ilə əlaqə yaratmaq üçün əlaqələndirici şəxs
Ad:

Şirkətinizdəki/təşkilatınızdakı vəzifəsi:



Telefon:
Mobil:


E-mail:

Hüquqi forma:


Mülkiyyət forması:
dövlət müəssisəsi/təşkilatı

özəl müəssisə/təşkilat

özəl kapitalın payı (%):

xarici kapital iştirakı

törəmə müəssisə:
Şirkətin yarandığı il:
İşçilərin ümumi sayı:
Təlimli işçi: yarım-ixtisaslı işçi: ixtisassız işçi:


Digər hər hansı beynəlxalq mütəxəssis təşkilatları ilə əməkdaşlıq etmisinizmi?
Əgər əməkdaşlıq etmisinizsə, bu hansı təşkilatla, hansı sahədə və hansı tapşırıqlar üçün olub?



Sizin şirkətiniz/təşkilatınız digər təşkilatlardan maliyyə dəstəyi alırmı?

xeyr
bəli:

Şirkətin ölkə miqyasında böyüklüyü:



kiçik orta böyük




Son üç ilin orta illik dövriyyəsi:

(əgər varsa)



50,000 ABŞ$-dan az

50,000 – 1 Milyon ABŞ $

1 Milyon ABŞ$- dan çox


Son üç ilin nəticələri

(əgər varsa)



Xalis gəlir
yüksək orta aşağı
Xalis zərər
Balanslaşdırılmış hesablar

Meyl: ↗ ↘ →



Xərclərin strukturu

Orta illik kadr xərcləri:

Orta illik material xərcləri:




Satış bazarları (əgər varsa)

Əsasən daxili bazar

Bazar payı %:


Əsasən xarici bazar

İxrac payı%:



Xammalın/ ilk məhsulun növü və idxal olunduğu ölkə (əgər varsa)


Sizin əsas məhsullarınız/xidmətləriniz/vəzifələriniz nələrdir?

Müştəriləriniz/əsas hədəf qrupunuz kimlərdir?




Hansı texniki avadanlıqlarınız var?
Zəhmət olmasa xidmət üçün vacib olan təsislərin, maşınların və avadanlıqların şəkillərini əlavə edin.


Maşınların/ Avadanlıqların növləri


Model/ İstehsalçı


İstehsal ili











  1. SES Mütəxəssisinin vəzifələri haqqında məlumat

Zəhmət olmasa aşağıdakı suallara mümkün qədər ətraflı cavab verin. Ehtiyac olarsa əlavə kağızdan istifadə edin. Bu suallar Sizə ən uyğun SES mütəxəssisini müəyyən etmək üçün xüsusilə vacibdir.




  1. Sizin fikrinizcə nə təkmilləşdirilməlidir?

Nəyi dəyişmək istərdiniz?

Şirkətiniz/Təşkilatınız üçün nələrə nail olmaq istəyirsiniz?

Xidmətdən sonra işçiləriniz hansı işlərdə təkminləşəcəklər?


  1. Bu çərçivədə artıq tədbirlər görmüsünüzmü? Əgər belədirsə, qeyd edin:

Tədbirlər nəticəsində konkret nəticələr əldə etmisinizmi? Əgər belədirsə, qeyd edin:

  1. SES mütəxəssisi sizin üçün nə edə bilər?

Hansı sahələrdə SES mütəxəssisi xüsusilə ixtisaslı olmalıdır?

  1. Dövlət dili istisna olmaqla, siz və işçi heyətiniz SES mütəxəssisi ilə hansı dildə ünsiyyət qura bilər?

Əgər tərcüməçi ilə müqavilə bağlanıbsa, o hansı dil və texniki bacarıqlara malikdir?


  1. İşçilərinizdən neçəsi SES mütəxəssisi ilə əməkdaşlıq edəcək?

cəmi: təlimli işçi: yarım-ixtisaslı işçi: ixtisassız işçi:




  1. Zəhmət olmasa şirkətinizin/təşkilatınızın strukturunu təqdim edin.



  1. Əlavə olaraq diqqətimizə çatdırmaq istədiyiniz məlumat varmı?



Mütəxəssis xidmətinin şirkətinizə/şkilatınıza hansı nəticələri göstərəcəyi gözlənilir

Texniki və icra heyətinin təlimi

Məhsuldarlıq və fəaliyyətin artırılması

İş yerlərinin qorunması / yenilərinin yaradılması

Planlaşdırma / investisiyaların qorunması

Satışların artırılması

Rəqabətin təkmilləşdirilməsi

Sosial standartlara və əməyin mühafizəsinə töhfə

Ətraf mühitin mühafizəsinə və resursların qorunmasına töhfə

Digər təsirləri qeyd edin:





  1. Xidmət yerindəki şəraitlə bağlı məlumat




  1. Mütəxəssisin xidməti harada baş tutacaq? (şəhər, vilayət/dövlət, rayon)



  1. Mütəxəssisin yaşayış yeri harada olacaq? Bu hansı növ yaşayış yeri olacaq?


  1. Yaşayış yeri və tapşırıq yeri arasında nəqliyyat necə təşkil olunacaq?




  1. SES Mütəxəssisi üçün hansı texniki avadanlıqlar mövcud olacaq?

Fərdi kompyuter İnternet/Wi-Fi Tel/fax Çap maşını Flip chart/proyektor





  1. Xidmət nə zaman baş tutmalıdır?


  1. SES mütəxəssisi xidmət yerində nə qədər qalmalıdır?

Nəzərə alın ki, ilk mütəxəssis xidməti üç həftədən az və altı aydan çox olmamalıdır. Növbəti xidmətlər müəyyən şərtlər daxilində iki həftəyə qədər endirilə bilər.

SES müqaviləsi üçün ümumi şərtlər


  1. Mütəxəssis xidmətinin təqdim olunmasında əsas məqsəd yerli kadrların ixtisas səviyyəsinin artırılmasıdır. Xidmətlər hər zaman könüllü şəkildə və “özünə kömək üçün kömək et!” prinsipinə əsasən kəskin problemlərin həlli üçün təkliflər irəli sürməklə həyata keçirlir.




  1. Təcrübəli Mütəxəssis Xidmətinin təqdim olunması üçün ərizə, xidmətin məqsədi göstərilməklə layihənin təsviri ilə birlikdə birbaşa SES-in ünvanına göndərilir. Bununla bərabər SES bu cür köməyin təqdim olunması üçün eyni zamanda digər təşkilatlara da müraciət olunmamasını gözləyir.




  1. Mütəxəssisin qalma müddəti ən azı üç həftə olmaqla altı ayı keçməməlidir. Mütəxəssisin təkrar çağırılması mümkündür.




  1. SES-ə bənzər könüllü xidmətlər belə xərc tələb edir. Xərclər əsasən xidmətin təşkili, Mütəxəssisin hazırlığı və beynəlxalq səyahət xərclərindən ibarətdir. Bunlara əlavə olaraq xidmət yerində yaşayış, qidalanma, yerli nəqliyyat və yerli məzənnə ilə mütəxəssisin gündəlik müavinət xərcləri də xərclərə daxildir.




  1. Müştəri bu xərclərin hamısını və ya bir qismini qarşılayır. Əgər müştəri bütün xərcləri öz üzərinə götürə bilmirsə, SES xərcləri qismən öz üzərinə götürmə ehtimalını araşdırır. Belə xərcləri qarşılamaq üçün Almaniya Federativ Respublikasının SES üçün ayırdığı vəsait mövcuddur. Bu vəsaitdən xidmət yerindəki xərcləri ödəmək üçün istifadə edilə bilməz. Xidmət yerindəki xərclər müştəri tərəfindən ödənilməlidir.




  1. Bütün tapşırıqların və məqsədlərin ətraflı təsvirindən, və eləcə də hər iki tərəfin razılığı ilə mütəxəssis seçildikdən sonra, SES ilə sifarişçi arasında tapşırıqların da qeyd olunduğu ikitərəfli müqavilə bağlanılır.




  1. Nəticədə SES müvafiq SES mütəxəssisi ilə vəzifələrin təsvir olunduğu və onun tapşırıqlarının da daxil olduğu müqavilə bağlayır.




  1. Sifarişçi ilə mütəxəssis arasında müqavilə bağlanması nəzərdə tutulmur.




  1. SES mütəxəssisin fəaliyyətinə görə hüquqi cəhətdən məsuliyyət daşımır.




SES haqqında məlumatı hardan əldə etmisiniz?
SES Nümayəndəsi, adı:
KİV başqa, qeyd edin:

Bu müraciət SES –in bütün ümümi xidmət şərtlərinə tabedir və müştəri tərəfindən qəbul edilir.

Yer / tarix: Çap hərfləri ilə adınız İmza / möhür:


İcraçı direktor: Dr. Susanne Nonnen

Rayon məhkəməsi Bonn HRB 3983
Rayon məhkəməsi Bonn HRB 3983

Commerzbank Bonn

IBAN: DE54 3804 0007 0259 5353 00

BIC: COBADEFF380


Sparkasse KölnBonn

IBAN: DE97 3705 0198 1902 0065 82



BIC: COLSDE33


Yüklə 115,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin