Giriş ............................................................................................................................................................................ 3
Sabit kurs sistemi ...................................................................................................................................................... 4
Sabit kurs sistemi: Qızıl Valyuta Sistemi ................................................................................................................ 5
Sabit kurs sistemi: Mövcud sabit kurs sistemləri .................................................................................................. 6
Sərbəst dalğalanan kurs sistemləri .......................................................................................................................... 7
Sərbəst dalğalanan kurs sistemləri: Qrafiki şərh-1 ............................................................................................... 8
Sərbəst dalğalanan kurs sistemləri: Qrafiki şərh-2 ............................................................................................... 9
Sərbəst dalğalanan kurs sistemləri: kurs dəyişmələri və tədiyyə balansında qeyri-tarazlıq halları ............. 10
Sərbəst dalğalanan kurs sistemi diskusiyaları: Lehində olan fikirlər ............................................................... 11
Sərbəst dalğalanan kurs sistemi diskusiyaları: Əlehində olan fikirlər .............................................................. 12
Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: idarəolunan dalğalanma metodu -1 ................... 13
Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: idarəolunan dalğalanma metodu-2 .................... 14
Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: dalğalanma həddlərinin genişləndirilməsi ........ 15
Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması:sürünən paritetlər ................................................. 16
Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: stabil, ancaq tənzimlənə bilən kurs sistemi ...... 17
Sərbəst dalğalanan kurs sistemini tənzimləmə yanaşması: Ortaq Valyuta Sahələr ......................................... 18
II Dünya müharibəsindən 1973-cü ilə qədər beynəlxalq valyuta sistemi kimi tətbiq edilən Bretton-Woods Sistemi də sabit kurs sistemi olmuşdur.
Praktikada qatı sabit kurs sistemlərilə ən sərbəst dalğalı kurs sistemləri arasında çox müxtəlif qarışıq kurs sistemləri formalaşmışdır ki, bunlar da hər iki sistemin xüsusiyyətlərini daşıyır.
Sabit kurs sistemi
Əsas xüsusiyyəti valyuta kurslarının müəyyən bir səviyyədə saxlanmasıdır.
Ən qədim sabit kurs sistemi qızıl standartıdır.
Müasir iqtisadiyyatlarda kağız pul sistemlərində də sabit kurs sistemləri tətbiq edilir. Məsələn, Bretton-Woods Sistemi.
Sabit kurs sistemi: Qızıl Valyuta Sistemi
Dünyada qızıl pul standartı XIX əsrin ikinci yarısından I Dünya Müharibəsinə qədər fasiləsiz tətbiq edilmişdir.
Müharibədən sonra ölkələr yenidən bu sistemə dönsələr də bu uzun müddətli olmamışdır.
Bu sistemdə ölkələrin valyutasının dəyəri müəyyən ağırlıqda saf qızıl formasında müəyyənləşdirilir. Bu qiymətə qızıl pariteti deyilir.
Bu sistemdə Mərkəzi Banklar və ya xəzinə də bu paritetdən hər kəsə qızıl satmağı və almağı öz üzərinə öhdəlik kimi götürür ki, bu da paritetin sabitliyini təmin edir.
Nəticədə, bütün ölkələrin valyutalarının bir-birilə mübadilə nisbəti də sabit qızıl paritetilə müəyyən edilir. Yəni, A ölkəsinin valyutası=1 q saf qızıl, B ölkəsinin valyutası=2 qr saf qızıl, onda A ölkəsi valyutası =1/2 B ölkəsi valyutası
Milli valyutalar arasındakı sabit kursun saxlanılması qızıl idxal və ixracatının sabit olması şərtinə bağlıdır.
Sabit kurs sistemi: Mövcud sabit kurs sistemləri
Bretton Woods Sistemi:
Ölkə valyutaları - ABŞ dolları – Qızıl
Avropa Birliyinin Avrodan öncə öz valyutalarını sabit kurslardan ECU adlanan bir hesab vahidinə bağlamaları;
Bəzi kiçik ölkələrin öz valyutalarının dəyərini BVF-nun CDR adlı hesab vahidinə bağlamaları;
Bəzi ölkələr isə valyutalarının dəyərini əsas ticarət partnyorlarının valyutalarından təşkil olunan xüsusi valyuta səbətinə bağlamaları;
Müasir sabit kurs sistemlərində kursun dəyişməsi bəlli hədd çərçivəsində baş verə bilir. Məsələn, Bretton-Woods sistemində bu 1% həddində idi.
Kursun göstərilən həddi aşmamasını isə Mərkəzi Bankın valyuta bazarındakı sərbəst alqı-satqı əməliyyatları təmin edir.
Sərbəst dalğalanan kurs sistemləri
Sərbəst dəyişkən, elastik (flexible) və ya üzən (floating) kurs sistemləri də adlandırılır.
Bu sistemdə valyuta kursları rəqabətli bazar şərtlərində bir mal kimi, valyuta bazarı təklif və tələb qüvvələrinin fəaliyyətinə buraxılmışdır.
Başqa sözlə, valyuta kursaları, məcmu valyuta tələbi ilə məcmu valyuta təklifinin bərabərləşdiyi bir səviyyədə formalaşır.
Bazar tələbində və ya bazar təklifində bir dəyişmə ortaya çıxdığı zaman buna bir reaksiya kimi kurslar da dəyişir.
Buna görə kurslarda hər zaman enmə və yüksəlmə baş verə bilir.
Sərbəst dalğalanan kurs sistemləri: Qrafiki şərh-1
Qrafikin (a) hissəsində göründüyü kimi valyuta bazarında tarazlıq DD valyuta tələbi ilə SS valyuta təklifinin kəsişdiyi E nöqtəsində baş verir. Bazar həcmi OMo, tarazlıq kursu ORo olur.
Sərbəst dalğalanan kurs sistemləri: Qrafiki şərh-2
Məsələn, xalqın idxal malları seçimindəki artım səbəbindən valyuta tələbi əyrisi D’D’ formasında sağa sürüşəcək olsa, kurslar da buna bağlı olaraq, OR1’ə yüksələcəkdir.
Sərbəst dalğalanan kurs sistemləri: kurs dəyişmələri və tədiyyə balansında qeyri-tarazlıq halları
Tədiyyə Balansı bir ölkənin bütün xarici gəlir təmin edən və xərc yaradan əməliyyatlarının qeyd olunduğu bir tablodur.
Tədiyyə Balansının kredit (borc) əməliyyatları valyuta tələbini, debet əməliyyatları isə valyuta təklifini təmsil edir.
Sərbəst dalğalanan kurs sistemi diskusiyaları: Lehində olan fikirlər