Transformatorun quruluşu.
Transformatorlar iki əsas hissədən: qapalı maqnitkeçiricidən – nüvədən və onun üzərində yerləşdirilmiş dolaqlardan ibarətdir. Radoitexniki sxemlərdə istifadfə edilən kiçik güclü yüksəktezlikli transformatorlarda maqnitkeçirici hava mühitindən ibarət olur. Transformatorlar çubuq və zirehli nüvəli olurlar. Çubuq nüvəli transformatorlarda dolaqlar nüvəni, zirehli nüvəli transformatorlarda, əksinə nüvə dolağı əhatə edir.Zirehli transformatorlarda sarğacların dolaqları mexaniki zədələnmələrdən yaxşı mühafizə olunur. Maqnitkeçiricinin boyunduruq adlanan yuxarı hissəsi çubuqlara dolaqlar (sarğaclar) oturulduqdan sonra bərkidilir. Hava boşluğunun olmaması üçün çubuqlar və boynduruq çox kip birləşdirilir.
Kiçik güclü transformatorlarda preslənmiş halqalardan və ya uzun lentlərdən sarınmış maqnitkeçiricilərdən istifadə olunur. Bu nüvələrdə hava boşluğu olmur, ona görə də hava boşlugu olmur.Yüksək tezliklərə hesablanmış transformatorlarda halqalı nüvələr çox vaxt izolyasiya lakları ilə qarışdırılmış ferromaqnit tozundan preslənərək hazırlanır.
Nüvə qalınlığı 0,350,5 mm olan xüsusi yüksək elektromaqnit keçiriciliyinə malik elektrotexniki polad vərəqələrdən hazırlanır. Nüvəni polad vərəqələrdən hazırlamaqda məqsəd orada dəyişən maqnit selinin təsirindən yaranan burulğanlı cərəyanları (Fuko cərəyanları) azaltmaqdır. Polad vərəqələr bir-birindən istiyə davamlı lak və ya xüsusi kağızla izolyasiya edilir. Ən sadə və ucuz başa gələn izoledici vasitə poladın səthinin qızdırılma yolu ilə oksidləşməsindən yaranan təbəqə ilə örtürülməsidir. Bəzi hallarda polad vərəqələrin bir üzü yağlarda həll olmayan xüsusi sintetik laklarla 0,04÷0,06 mm qalınlığında örtülür. Transformatorun nüvəsi kvadrat və ya çoxpilləli çoxbucaqlı formada hazırlanır. Kvadrat formalı en kəsiyinə malik nüvə ancaq kiçik güclü transformatorlarda , çoxbucaq formalı nüvələr isə böyük güclü transformatorlarda tətbiq edilir.
Transformatorların dolaqları mis məftildən hazırlanır, eyni bir və ya müxtəlif çubuqlarda, yanaşı və bir-birinin altında qoyulur. Nəzərə almaq lazımdır ki, dolaqlar bir-birinin altında qoyulanda çubuğa əvvəlcə alçaq gərginlik dolağı, ondan yuxarıda yüksək gərginlik dolağı yerləşdirilir.
Transformatorun dəyişən cərəyan mənbəyinə qoşulmuş dolaqlarına birinci tərəf, yükə və ya işlədicilərə qoşulmuş dolaqlarına ikinci tərəf dolaqları deyilir. İkinci tərəf dolağının gərginliyi U2, birinci tərəf dolağının U1 gərginliyindən kiçik olarsa, transformator alçaldıcı, böyük olduqda isə yüksəldici transformator adlanır.
Transformatorlar dönmə qabiliyyətinə də malikdirlər, yəni transformatorlar həm alçaldıcı, nəm də yüksəldici transformator kimi işləyə bilər.
Transformatorun birinci tərəf dolağı bir gərginliyə hesablanıb hazırlandığı halda, ikinci tərəf bir neçə gərginliklərə hesablanmış iki və daha çox sayda dolaqlara malik ola bilər. Belə transformatorlar çoxdolaqlı transformator adlanır.
Radiotexniki qurğularda, avtomatika, idarəetmə sistemlərində istifadə edilən çox dolaqlı transformatorların sayı üçdən çox olur.
Transformatorlar işləyəndə dolaqlardan cərəyan axması nəticəsində, nüvənin artıq maqnitlənməsi və burulğanlı cərəyanın təsirindən istilik ayrılır. Bu səbəbdən transformatorlarda soyutma sistemindən istifadə olunur.
Kiçik güclü (gücü 10kVA- a qədər) transformatorlar quru transformatorlar adlanırlar, çünki onlarda hava ilə soyudulma kifayət edir.
Güclü transformatorlarda yağ soyudulması tətbiq edilir. Bu transformatorlarda nüvə dolaqlarla birlikdə transformator yağı doldurulmuş çəndə yerləşdirilir. Burada yağ yalnız istiliyi götürmür, o həm də yaxşı dielektrikdir. Temperatur yüksələndə yağın həcmi dəyişir. Bu zaman artıq yağ transformatora qoyulan yağgenişləndirici tərəfindən udulur. Temperatur azalanda isə yağ yağgenişələndiricidən çənə qayıdır.
Dostları ilə paylaş: |