ÜÇFAZALI TRANSFORMATORLAR.
Üçfazalı dövrələrdə , elektrik veriş xətlərində üçfazalı cərəyanın enerjisini transformasiya etmək üçün üsfazalı güc transformatorlarından istifadə edilir. Üçfazalı transformatorun nüvəsinin üç çubuğu var, onların hər birinə bir fazanın iki dolağı – yüksək və alçaq gərginlik dolaqları yerləşdirilir.Üçfazalı transformatorlar adətən gücü 60000 kVA qədər olan qurğularda tətbiq edilir. Üçfazalı transformatorun iş prinsipi və elektromaqnit prosesləri analoji olaraq birfazalı transformatorda olduğu kimidir. Bu transformatorun əsas xüsusiyyəti transformasiya əmsalının dolaqların birləşmə üsulundan asılı olmasıdır.Konstruktiv olaraq üçfazalı trasformatorun dolaqları birfazalı trasformatorlarda olduğu kimi hazırlanır. Üçfazalı trasformatorun yüksək gərginlik dolaqlarının başlanğıcları böyük hərflərlə A, B, C, sonları isə X, Y, Z hərfləri ilə işarə olunur. Alçaq gərginlik dolaqlarının başlangıclarını kiçik a, b, c və sonu isə x, y, z sıfır çıxış nöqtəsi "o" ilə təyin edilir.
Üçfazalı trasformatorun dolaqları dörd sxem üzrə birləşdirilir: ulduz (λ), sıfır çıxışla ulduz (λ0), üçbucaq ( ), sıfır çıxışla ziqzaq (qarışıq).
Üçfazalı trasformatorun dolaqları ulduz şəkilində birləşdiyi zaman hər üç dolağın sonu öz aralarında birləşdirilərək, ümumi neytral (sıfır) nöqtə əmələ gətirir (şək.2a). Həmin dolaqların başlanğıcı isə dəyişən cərəyan elektrik enerjisi mənbəyinin və ya enerji qəbuledicisinin şəbəkə naqillərinə qoşulur.
Dolaqlar üçbucaq şəkilində birləşdiyi zaman (şək. 2b) birinci dolağın əvvəli ikincinin sonu, ikinci dolağın əvvəli üçüncünün sonu , üçüncü dolağın əvvəli birinci dolağın sonu ilə birləşdirilir.
Bəzən bu iki sxemdən əlavə düzləndirici qurğularda ziqzaq (qarışıq) birləşmə sxemindən istifadə olunur (şək. 2v). Bu sxemdə hər faza müxtəlif çubuqlarda yerləşdirilmiş və qarşılıqlı qoşulmuş sarğılarının sayı eyni olan iki dolaqdan ibarətdir.
Ulduz birləşməsində xətt gərginlik faza gərginliyindən böyük ( ), dolaqların üçbucaq birləşməsində isə xətti gərginlik faza gərginliyinə bərabər olur ( )
Şəkil1.18 Üçfazalı trasformatorun dolaqlarının qoşulma sxemləri
a) ulduz; b) üçbucaq; v) qarışıq (ziqzaq)
Dostları ilə paylaş: |