Sərbəst iş № 5 Sadə xətlərin, fiqurların çoxbucaqlıların qurulması onların qalınlığı və növləri. Fiqurların rənglənməsi. Mətn ilə iş TurboPascalın IV versiyasından başlayaraq fərdi kompüterlərdə özündə bir sıra xüsusi qrafik prosedur və funksiyaları birləşdirən Graph modulundan istifadə olunur.Kompüterdə tb.exe faylı icra olunan kimi monitor mətn rejimində işə hazır olur. Qrafik təsvirləri almaq üçün proqramın əvvəlində Uses Graph modulu daxil edilir.Kompüterdə qrafik rejimlər bir-birindən ekranın sətir və sütunlarında olan piksellərin sayına və rənginə görə fərqlənirlər.Monitoru qrafik rejimə hazırlamaq üçün InitGraph (Driver, Mode:integer; Path:string)prosedurundan istifadə olunur.Burada, Driver - tam tipli dəyişəni qrafik drayverin tipini bildirən qrafik drayveri əməli yaddaşa yükləyərək adapteri qrafik iş rejiminə hazırlayır. Mode - tam tipli dəyişəni qrafik drayverin iş rejimini, Path isə String tipli ifadə olub qrafik drayverin axtarış marşrutunu təyin edir.Kompüterin qrafik imkanları məlum olduqda qrafik adapteri seçmək və proqramı yazmaq çox asandır. Lakin qrafik drayver məlum olmadıqda ən sadə yol adapterin tipinin və rejimin avtomatik seçilməsini təmin etmək üçün Driver dəyişəninə Detect qiymətinin mənsub edilməsidir. Daha dəqiq, proqramın tərtibi zamanı monitorun tipindən asılı olmayaraq qrafik drayver, rejim və drayverin axtarış marşrutu aşağıdakı mətnlə təyin edilir:
Driver:= Detect; InitGraph (Driver, Mode, Sc:\tp\bgiT); Proqramda bu sətirlər monitorun ən yüksək imkanlı qrafik rejim və rəng üçün hazırlanmasını təmin edir.Beləliklə, pascalda qrafik təsvirlərin alınması üçün aşağıda tipik proqram nümunəsi verilir:
Program qrafik_təsvirin_qurulması; Uses Graph; Var Driver, Mode : integer; Begin Driver:= Detect; InitGraph (Driver, Mode,’’); {operatorlar,...} CloseGraph End.