Close graph proseduru qrafik rejimi bağlayır.
Qrafik rejimə keçdikdə monitorun ekranında düzbucaqlı koordinat sistemi - qrafik ekran formatlaşdırılır. Bu ekranın yuxarı sol küncü - (0,0) nöqtəsi koordinat başlanğıcı qəbul edilir. Koordinat sistemində ən sadə qrafik təsvir olan nöqtə (x,y) şəklində, bir cüt ədədlə verilir. Absis oxu soldan sağa, ordinat oxu yuxarıdan aşağıya doğru yönəlir. Ekranda kiçik düzbucaqlı şəklində təsvir olunub piksel adlanan hər bir nöqtə x, y, r parametrləri ilə xarakterizə edilir. Bu parametrlər, x (nöqtənin absisi) tam ədəd olub [0..GetMaxX], y (nöqtənin ordinatı) tam ədəd olub [0..GetMaxY] və r (pikselin rəngi) tam ədəd olub [0..GetMaxColors] intervalında təyin olunur.
GetMaxX, GetMaxY və GetMaxColors funksiyaları cari qrafik ekranda nöqtənin koordinatlarının və rənginin maksimal qiymətlərini bildirir. Qrafik rejimin imkanlılıq səviyyəsindən asılı olaraq onun sətir və sütunlar üzrə piksellərinin sayı dəyişir. Bu anda işlədiyiniz monitora uyğun parametrlərin qiymətləri aşağıdakı proqramla təyin edilir:
Program piksellərin_və_rənglərin_sayı; Uses graph; Var driver, mode : integer; Begin driver:= detect; initgraph (driver, mode, ‘’); writeln(GetMaxX,SxT,GetMaxY,SyT,GetMaxColors); readln; closegraph End. Fon və təsvirin rəngi. Rəngli monitorlarda ekranın rəngini dəyişmək, yeni rəng təyin etmək olar. Alınan rəng fonun rəngi adlanır. Fonun rəngi SetBkColor(fr:word) proseduru ilə təyin olunur.Burada, fr parametri fonun rəngini təyin edən tam tipli ifadə olub 0..15 qiymətlərini alır. Bu qiymətlərə 0-Black (qara), 1- Blue (mavi), 2-Green (yaşıl), 3-Cyan (firuzəyi), 4-Red (qırmızı),5- Magenta (bənövşəyi),6- Brown (qəhvəyi), 7-LightGray (açıq-boz),8- DarkGray (tünd-boz), 9- LightBlue (açıq-mavi), 10-LightGreen (açıq-yaşıl), 11-LightCyan (açıq-firuzəyi),12- LightRed (açıq-qırmızı),13- LightMagenta (açıq-bənövşəyi), 14-Yellow (sarı) və 15-White (ağ) rəngləri uyğun gəlir.
Qrafik rejimdə bu prosedur təyin olunmadıqda qara rəngli ekran alınır.
Aşağıdakı proqramla müxtəlif fonlu ekranlar almaq olar:
Program ekranın_fonu; Uses graph; Var driver, mode : integer; fr : word; Begin driver:= detect; initgraph (driver, mode,’’); writeln (Sfr-i daxil edinT); setbkcolor (0); readln (fr); setbkcolor (fr); readln; closegraph End. Proqram icra olunduqda, fr-in daxil edilən qiymətinə uyğun rəngli - fonlu ekran alınır.
Qrafik rejimdə SetColor(tr:word)_proseduru'>SetColor(tr:word) proseduru təsvirin rəngini təyin edir.Burada, tr - təsvirin rəngini təyin edir, 0..15 qiymətlərini alır. tr=0 olduqda, təsvirin və fonun rəngi eyni olduğu üçün o, ekranda görünmür.
Proqramda özündən sonra gələn təsvirlərin rəngini dəyişən SetColor proseduru təyin olunmadığı halda, təsvir ağ rəngdə alınır. Qrafik ekran ClearDevice ilə silinir.Ekranda qrafik təsviri düzbucaqlı (qrafik) pəncərə daxilində vermək üçün SetViewPort(x1,y1, x2,y2:integer;c:boolean);prosedurundan istifadə olunur. Burada, (x1,y1) və (x2,y2) nöqtələri uyğun olaraq düzbucaqlının yuxarı sol və aşağı sağ künclərinin koordinatlarıdır. c dəyişəni doğru (c=true) qiymət aldıqda təsvir düzbucaqlının daxilində qurulur, əks halda isə onun xaricinə çıxa bilər.