Sərbəst iş №5 Sadə xətlərin, fiqurların çoxbucaqlıların qurulması onların qalınlığı və növləri. Fiqurların rənglənməsi. Mətn ilə iş



Yüklə 18,97 Kb.
səhifə3/3
tarix17.11.2022
ölçüsü18,97 Kb.
#119627
1   2   3
Sərbəst iş kompüter qrafikası №5

MoveTo (x,y:integer) proseduru ekranda qrafik kursoru cari nöqtədən (x,y) nöqtəsinə gətirmək üçün istifadə olunur.
MoveRel(Dx,Dy:integer) proseduru kursoru (x,y) nöqtəsindən (x+Dx, y+Dy) nöqtəsinə gətirilməsini həyata keçirir.
Həndəsi fiqurları nöqtələrlə qurmaq olar. Mürəkkəb həndəsi fiqurları nöqtələrin köməyi ilə qurmaq isə xeyli çətinliklər yaradır. Pascalda təsviri qurulan fiqurlar qrafik primitivlər adlanır. Aşağıda Graph modulunun prosedur və funksiyaları ilə əsas qrafik primitivlərin (düz xətt, çevrə, ellips, düzbucaqlı və s.) təsvirlərinin qurulması verilir:
PutPixel (x,y:integer;rəng:word) proseduru (x,y) nöqtəsini ekranda rəng dəyişəninin 0..15 qiymətinə uyğun rənglə təsvir edir. Prosedurdan əvvəl nöqtənin koordinatları və rəngi təsvir olunur.
Misal 1. Qırmızı rəngli (150,250) nöqtəsini təsvir edin.
Aşağıdakı proqram icra olunduqda ağ fonlu ekranda qırmızı rəngli nöqtə təsviri alınır:
Program nöqtənin_qurulması;
Uses graph;
Var driver, mode : integer;
x, y : integer;
Begin
driver:= detect;
initgraph (driver, mode,’’);
x:= 150; y:= 250;
setbkcolor (white);
putpixel (x, y, red);
readln;
closegraph
End.
Ellipse(x,y:integer;qdbq,qdsq,xR,yR:word) proseduru mərkəzi (x,y) nöqtəsində olub qövsünün dərəcə ilə başlanğıc qiyməti qdbq, son qiyməti qdsq, üfüqi və şaquli radiusları uyğun olaraq xR, yR olan ellips qövsü qurur.
FillEllipse(x,y:integer;xR,yR:word) proseduru mərkəzi (x,y) nöqtəsində olub üfüqi və şaquli radiusları uyğun olaraq xR, yR olan daxili oblastı rənglənmiş ellips təsviri qurur.
Sector(x,y:integer;qdbq,qdsq,xR,yR:word) proseduru mərkəzi (x,y) nöqtəsində olub qövsünün dərəcə ilə başlanğıc qiyməti qdbq, son qiyməti qdsq, üfüqi və şaquli radiusları uyğun olaraq xR, yR olan ellips sektoru qurur. 
PieSlice(x,y : integer; qdbq,qdsq, R : word) proseduru mərkəzi (x,y) nöqtəsində, qövsünün dərəcələrlə başlanğıc və son qiymətləri uyğun olaraq qdbq və qdsq olan R radiuslu dairə sektoru qurur və onu cari rənglə rəngləyir.
Yüklə 18,97 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin