Etnopedaqogikanın başqa elmlərlə əlaqəsi.
Bütün digər elmlər kimi, etnopedaqogika da başqa elmlərlə əlaqəyə girir, onların nailiyyətlərindən istifadə edir, inkişaf edir və onların da inkişafında müəyyən rol oynayır. Etnopedaqogikanın sıx əlaqədə olduğu elmlərdən biri etnoqrafiyadır. Bir az əvvəldə deyilmişdi ki, etnopedaqogika – etnoqrafiya ilə pedaqogikanın birləşməsindən, qarşılıqlı əlaqəsindən yaranmışdır; xalq tərbiyəsinin müxtəlif aspektləri həm də etnoqrafiyanın predmeti ola bilir.
Etnoqrafiya – yunanca ethnos – (qəbilə, xalq) və qrafiya sözlərinin birləşməsindən əmələ gəlib, etnoslar (xalqlar) haqqında elmdir. Etnoqrafiya – etnosun (xalqın) mənşəyini, məskunlaşmasını, məişətini və mədəniyyətini öyrənir. Bəzi tədqiqatçılar etnoqrafyianın obyektinin insan, digərləri – mədəniyyət, bir başqaları cəmiyyət olduğunu söyləmişlər. Etnoqrafiyanın tədqiqat obyektinin ictimai-iqtisadi inkişafın erkən dövrlərində, yazıyaqədərki zamanda mövcud olmuş xalqlar olduğunu iddia edənlər də olmuşdur. Onların fikrincə, tarix elmi yazıdan sonra meydana gələn «tarixi» xalqları, etnoqrafiya isə «qeyri-tarixi» xalqları öyrənən elmlərdir. Xalqları «tarixi» və «qeyri-tarixi» kimi bölməyin əsassızlığı çoxdan sübut olunmuşdur. Ciddi tədqiqatlar nəticəsində aydın olmuşdur ki, etnoqrafiyanın obyekti – inkişaf səviyyəsindən, əhalisinin sayından, tarixin hansı dönəmindən bəri mövcud olmasından asılı olmayaraq, bütün xalqlardır.
Etnoqrafiya hər bir etnosun həm özünəməxsus xüsusiyyətlərini, həm də onun digər etnoslarla ümumi olan xüsusiyyətlərini öyrənir. Yəni etnoqrafiya təkcə etnosları, xalqları, onların tarixini, mənşəyini, inkişafını deyil, həm də bəşəriyyətin tarixi boyu bu sahədə baş verən dəyişiklikləri öyrənən elm kimi qəbul edilməlidir. Beləliklə, etnosun ənənəvi-məişət mədəniyyəti və onun əsas komponentlərindən biri olan gənc nəslin tərbiyəsi haqqındakı xalq təcrübəsinin tədqiqi də etnoqrafiyanın predmetinə daxildir. Bu baxımdan etnopedaqogikanın ən çox əlaqədar olduğu elm sahəsi etnoqrafiyadır.
Etnopedaqogika həm də psixologiya və, xüsusən də etnopsixologiya ilə sıx əlaqədə fəaliyyət göstərir. Məlumdur ki, etnopsixologiya müxtəlif xalqlara və mədəniyyətlərə malik insanların psixikasını; ətraf aləmin qavranılmasının milli xüsusiyyətləri problemlərini, milli xarakterin formalaşması problemlərini, milli özünüdərkin və etnik stereotiplərin formalaşması qanunauyğunluqlarını, milli birliklərin formalaşması qanunauyğunluqlarını öyrənir. Bu problemlərin araşdırılması isə xalqın həyat tərzi, adət-ənənələri, folklor nümunələri, həmçinin əxlaqi keyfiyyətləri, ailə tərbiyəsi, ailədə və sosial mühitdə şəxsiyyətlərarası münasibətlər öyrənilmədən mümkün deyildir.
Həmçinin, xalqın təlim-tərbiyə haqda fikirlərinin, kamil insan haqda xalq təsəvvürlərini ümumiləşdirmək üçün, uşağın mənəviyyatını formalaşdırmaq üçün etnopsixologiyanın nailiyyətlərindən istifadə edilməlidir.
Etnopedaqogika həmçinin antropologiya, mədəniyyətşünaslıq, tarix, sosiologiya, folklorşünaslıqla sıx əlaqədədir. Mədəniyyətşünaslıqla, folklorşünaslıqla əlaqə xalqın bədii yaradıcılıq nümunələrinin öyrənilməsində özünü göstərir. Etnopedaqogika sosiologiyanın nailiyyətlərindən də istifadə edir. Sosiologiya bioloji varlıq kimi dünyaya gəlmiş insanın sosiallaşması prosesinin qanunauyğunluqlarını təhlil edir və bu prosesdə cəmiyyətin malik olduğu tarixən formalaşmış sosial müəssisələrin forma və xüsusiyyətlərini müəyyənləşdirir. Etnopedaqogika da uyğun sahələri pedaqoji baxımdan təhlil etdiyindən onlar arasında əlaqə zəruridir.
Etnopedaqogikanın ilk kateqoriyaları bunlardır və onun konseptual bazasına bu kateqoriyalarda baxılır: “etnos”, “mədəniyyət”, “etnik mədəniyyət”, “millət”, “təhsil”, “tərbiyə”, “ənənə”, “etnik özünüdərketmə”, “etnosun davranış modeli”, “etnik pedaqogika”, “etnopedaqoji mədəniyyət”, “etnik psixologiya” və s.
Etnos - Tarixi dövrlər ərzində cəmiyyətin inkişaf səviyyəsi regionlar üzrə müxtəlif olmuşdur. Bu da regionlarda fərqli sivilizasiyaların yaranmasına, onların zaman keçdikcə bir-birini əvəz etməsinə, bəzi sivilizasiyaların isə assimilyasiyaya uğrayaraq tarixin səhifəsindən silinib getməsinə səbəb olmuşdur. Buna baxmayaraq onların müəyyən izləri, maddi mədəniyyət nümunələrinin bəzi qalıqları hələ də qalmışdır.
Etnos — mədəni irsin daşıyıcısı və yayılma arealından asılı olmayaraq eyni etnik mənsubiyyətli (dil, mədəniyyət, əxlaq və s.) insanların birliyidir. Etnoslar hər hansı coğrafi mühitdə və müəyyən tarixi dövr ərzində formalaşır. Onlar yaranır, müəyyən dövr ərzində mövcud olurlar, sonra bəşər tarixindən silinirlər. Yeni yaranan etnoslarla birlikdə yeni ideologiyalarvəfərqli dünyagörüşü də formalaşır.
Hər bir etnos yaranmasından yox olmasına qədər tarixi bir inkişaf dövrü keçir. Bu proses etnogenez adlanır. Etnogenez nəsildən-millətə qədər olan təkamül yolunu əhatə edir.Etnosun xarakterik cəhəti onun davamlılığıdır; etnos çox uzun əsrlər boyu öz mövcudluğunu qoruyub saxlaya bilən insan qrupudur. Hər bir etnosu digərlərindən fərqləndirən daxili vəhdəti və xüsusi cəhətləri olur. Etnosdaxili vəhdətin möhkəmliyi insanların etnik özünüdərkinin xüsusiyyətlərindən asılıdır. Bu xüsusiyyətlər etnos üzvlərinin həyat tərzinin müxtəlif sahələrində özünü büruzə verir. Etnosun mühüm xüsusiyyətlərindən biri onun üzvləri arasında ünsiyyətin əsas vasitəsi olan dildir. Etnosun mövcudluğunun digər bir əlaməti mədəniyyət birliyidir. Buraya ilk növbədə, yaşayış yerləri, təsərrüfat növləri və avadanlıqları, geyim, qida növləri kimi kütləvi xarakterli maddi mədəniyyəti və adət-ənənələr, xalq sənət növləri, din və s. kimi mənəvi mədəniyyəti aid etmək olar. Etnos üzvlərinin mədəni birliyi onların psixoloji xüsusiyyətləri ilə sıx əlaqədar olur.
Dil, mədəniyyət, adət-ənənə, psixoloji uklad baxımın- dan ümumi xüsusiyyətlərə və ərazi birliyinə malik insanların tarixən formalaşmış sabit birlikləri etnos adlandırıla bilər.
Etnosla bağlı şərhinə ehtiyac duyulan məsələlərdən biri də etnik proseslərdir.
Cəmiyyət həyatında baş verən etnik proseslər isə iki cür
1. Etnik birləşmə prosesləri (konsolidasiya, assimilyasiya, inteqrasiya).
2. Etnik ayrılma prosesləri (bu zaman vahid etnik birlik müxtəlif müstəqil hissələrə bölünür).
Etnosun tarixən yaranmış konkret etno-spesifik yaşayış şəraiti, məişəti, adət-ənənələri, etiqadı etnik tərbiyənin özünəməxsusluğunu formalaşdırır. Hər millətdən olan insan üçün öz etnosunun mərasimlərinə, adətlərinə, ənənələrinə hörmətli münasibət xasdır və belə münasibət təbii və normal sayılmalıdır. Hər bir xalqın, etnik qrupun mərasimləri, adətləri onun nümayəndələrinin, yəni xalqın üzvlərinin yaşadığı mühitdə zəruridir. O, özü öz etnik əhatəsinə məxsus etiketin minimal tələblərini qavramalıdır. Bununla yanaşı qadağa normalarını bilmək və riayət etmək xüsusi vacib sayılır.Etnos nəzəriyyəsinin öyrənilməsi - etnopsixologiyanın, fəlsəfənin, mədəniyyətşünaslığın sosial-mədəni fəaliyyət nəzəriyyəsinin və elmi biliklərin digər qarışıq sahələrinin fundamental əsaslarına söykənməlidir. “Etnos” anlayışı yunan əsaslıdır və müxtəlif mənaları vardır: xalq, tayfa, kütlə, insan qrupu və s. “Etnos” ümumi cəhətlərə malik olan eyni mövcudluqlar toplusu anlamına gəlir. “Etnos” termininin müasir anlayışı XIX əsrin 2-ci yarısında yaranmışdır.
“Etnos” termini müasir insani dərketmədə çoxdan və olduqca geniş istifadə olunur. Müasir dövrdə etnologiyada etnosun təyin olunmasına bir neçə şərh verilir. Məsələn, “bəşəriyyətin mövcud olma və inkişaf forması” (S.M.Şirokoqorov); “dilin, mədəniyyətin və psixikanın ümumi özünəməxsusluqlarına malik tarixən yaranan insanlar qrupu” (Y.V.Bromley); “vahid dil və mədəniyyətə, həmçinin də ümumi özünüdərketməyə malik tarixən yaranan kifayət qədər davamlı insan cəmiyyəti” (V.Q.Krısiko) və s.
Etnik mədəniyyət- Etnik mədəniyyət hər bir xalqın təşəkkül tarixini, formalaşma mərhələlərini özündə əks etdirir. Etnosun psixologiyasında, davranış qaydalarında, qida mədəniyyətində, sənətkarlıq nümunələrində və onların hazırlanma üsullarında, yaşayış məkanının təşkil edilməsində, ənənəvi təsərrüfatının növlərində, ailə münasibətlərində və s. onun keçdiyi tarixi yol əks olunur. Sadalanan etnik əlamətlər isə etnoqrafiyanın əsas tədqiqat predmetləridir ki, onları araşdırmadan xalqın etnogenezini, tarixini dərindən öyrənmək qeyri-mümkündür.
Tərbiyə — insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyətdir. Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir
Bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə.
Mənəvi tərbiyə — insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. Mənəvi tərbiyə insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir.
Siyasi tərbiyə — insanlarda dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşması. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir.
Cinsi tərbiyə — insanlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanması.
Hüququ tərbiyə — hüquqi tərbiyənin və hüquqi davranışın formalaşması, ümumi məcburi ibtidai təhsilin hüquqi cəhətdən həyata keçirilməsi, qanuna tabe davranışın yaranması prosesidir.
Əmək tərbiyəsi — insanlarda ümümi əmək bilik və bacarıqlarının inkişafına, əməyə və əmək məhsullarına məsuliyyətli yanaşmanın psixoloji hazırlığına, şüurlu surətdə gələcək peşə seçiminə yönəlmiş tərbiyəçi və tərbiyə alanların birgə fəaliyyəti prosesidir. Ən qәdim tәrbiyә sahәlәrindәn olan əmək tərbiyəsi böyüyәn nәslin, ümumiyyәtlә, insanların әmәk fәaliyyәtinә hәm nәzәri, hәm dә tәcrübi nöqteyi-nәzәrdәn hazırlanmasını әhatә edir, әmәyin elmi әsasları, onun elmi tәşkili haqqında sistemli mәlumatlar verir, zәruri әmәk bacarıq vә vәrdişlәri, әmәyә, әmәk adamlarına, öz әmәk fәaliyyәtinә münasibәt formalaşdırır. Əmək tərbiyəsi prosesi hәm xüsusi dәrslәr, müxtәlif tip mәşğәlәlәr, hәm dә ayrı-ayrı fәnlәrin tәdrisi vasitәsilә hәyata keçirilir.
Əqli tərbiyə — intellektual mədəniyyətin, idrakı səbəblərin, əqli gücünün, düşüncəsinin, dünyagörüşünün və şəxsiyyətin intellektual azadlığının formalaşdırılması.
Fiziki tərbiyə — insanın fiziki inkişafına, sağlamlığının möhkəmlənəsinə, yüksək əmək qabiliyyətinin və daimi fiziki inkişafına tələbat yaranmasına yönəlmiş təkmilləşmə sistemidir.
Bədii tərbiyə — insanlarda hiss etmək, anlamaq, dəyərləndirmək, incəsənəti sevmək, ondan həzz almaq, bədii-yaradıcılıq fəaliyyətinin inkişafına tələbat və estetik dəyərlərin yaranmasına yönəlmiş tərbiyə növü.
Ekoloji tərbiyə — yeni yetişən nəsildə özündə təbiət haqda bilikləri və ona qarşı məsuliyyətli, humanist yanaşmanı ehtiva edən məqsədyönlü yüksək ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə qarşı ümummilli və ümumbəşəri dəyər kimi məsuliyyətli münasibətin yaranması.
İqtisadi tərbiyə — tərbiyəçilər və tərbiyə alanlar arasında təbiət, təsərrüfat və istehsalın, maraqlarının və tələbatının təşkilinə yönəlmiş, bilik və bacarıqlarının, tələbatlarının yaranmasına yönəlmiş münasibətlər.
Estetik tərbiyə — yetkinləşən insanda hissetmə, düzgün anlama, həyatda və incəsənətdə gözəlliklər yaratmağa və dəyərləndirməyə istiqamətlənmiş, yaradıcılıqda aktiv iştiraka, gözəllik qanunlarına əsasən yaratmağa istiqamətlənmiş müəllim və şagird arasında məqsədyönlü qarşılıqlı təsirdir.
Etik tərbiyə — şagirdlərdə yaxşı davranış qaydalarını, davranış mədəniyyətinin və münasibətinin formalaşmasına istiqamətlənmiş müəllim və şagirdlər araında məqsədyönlü qarşılıqlı münasibətdir.
Ənənə - bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyətdə nəsildən nəsilə ötürülərək sanksiya gücü olan mədəni qalıq, vərdiş, məlumat, davranış və inanc toplusudur
Etno psixologiya- Etnopsixologiya — xalqların psixoloji və mədəni inkişaf xüsusiyyətlərini qarşılıqlı əlaqədə, sistemli şəkildə öyrənən elm sahəsi. Bəzi alimlər "xalqların psixologiyası", "psixoloji antropologiya", "müqayisəli mədəni psixologiya" və s. terminlədən istifadə etmişlər. Bu elm bir sıra digər elmlərlə bağlıdır. Bura sosiologiya, linqvistika, biologiya, ekologiya, tarix və sairəni aid etmək olar. İlk etnopsixoloji fikirlərə hələ eramızdan əvvəl Herodot, Hippokrat və digər alimlərin əsərlərində rast gəlmək mümkündür. Antik yunan həkimi və tibbi coğrafiyanın yaradıcısı hippokrat ətraf mühitin insanlarınpsixoloji xüsusiyyətlərinin formalaşmasına təsiri iə bağlı fikirlər söyləmişdir. Onun fikrincə, xalqla arasındakı fərqlər, o cümlədən davranış və vərdişlər təbiət və iqlim şəraitinin müxtəlifliyi nəticəsində meydana çıxır. Herodot isə müxtəlif xalqların xarakteri və həyat yərzi ilə maraqlanmış, müxtəlifliyin səbəbini təbii mühitdə axtarmışdır.
Xalqların psixoloji müşahidələrin predmetinə çevrilməsi isə XVIII əsrdən başlamışdır. Burada da xalqlar arasındakı müxtəlifliyin başlıca amili kimi mühit və iqlim şəraiti götürülmüşdür XVIII əsr fransız maarifçiləri "Xalq ruhu" termini işlətmişlər. Fransız filosofu Şarl Lui Monteskyö (1689–1755) hesab edirdi ki, insanı çox şey, iqlim şəraiti, din, qanunlar, idarəetmə prinsipləri, adət-ənənələr idarə edir və nəticədə xalqın ümumi ruhu yaranır. O da çoxsaylı amillər içərisindən iqlim şəraitinin təsirini birinci yerə qoyur. Məsələn, onun fikrincə, isti iqlim şəraitində yaşayan xalqlar bir qayda olaraq tənbəl, ətalətli, güclü təxəyyülə malik olmayan və qorxaq insanlardır. Şimal xalqları isə cəsur və az hissiyyatlı olur, həzz almağa çox meyl etmirlər.
XVIII əsrin alman filosofu İ.Q.Herder (1744–1803) xalq ruhu anlayışına musiqini, dili və s. daxil edirdi. Herderə görə, xalqın ruhunu başa düşmək üçün onun işini, dilini, eləcə də həyat tərzini öyrənmək lazımdır. İlk yerə isə xalq yaradıcılığını qoyurdu. Bir sıra elmlərin , xüsusilə etnoqrafiya, psixologiya və dilçiliyin inkişafı XIX əsrin ortalaında müstəqil bir elm sahəsinin- etnopsixologyanın yaranmasına səbəb olduş onun yaradıcısı isə alman alimləri M.Latsarus (1824–1903) və X.Şteyntal (1823–1899) oldular. Onlar 1859-cu ildə "Xalqlaın psixologiyası və dilçilik" jurnalının nəşrinə başladılar. Jurnalın ilk nömrəsində onların "Xalq psixologiyası haqqında düşüncələr"adlı məqaləsi çap olundu. Elmi etnopsixologiyanın yaranması tarixi də bu vaxtdan götürülür. Onlar etnopsixologiyanın vəzifələrinə aşağıdakıları aid edirlər:
Xalq ruhunun psixoloji mahiyyətinin dərk olunması;
Xalqın psixoloji xüsusiyyətlərinin onların həyat tərzində, incəsənət və elmində öz əksini necə tapmasının müəyyənləşdirilməsi;
Hər hansı bir xalqın inkişafı və yaməhf olmasının etnopsixoloji səbəblərinin öyrənilməsi;
Etnik şüur - insanın insan tərəfindən başa düşülməsinin yolu (humanist tərkibli), etnik eyniləşmə - insanın özünü müəyyən mədəniyyətin, dilin, etnosun nümayəndəsi kimi dərk etməsi, etnik özünütərbiyə - insanın mədəni inkişafın mexanizmlərini dərk etməsi kimi təyin edilir. Etnik şüur və etnopsixologiya etnosun tarixi yaşantısının məhsuludur: burada əsas yerli gen yaddaşı, tarixi yaddaş, dini inanc yaddaşı tutur. Etnik şüur özündən sonralar tarixi dövrlərə xalq, millət, mentalitet (hətta sinif!) kimi problemləri doğurur. Fəqət, bunların hamısının əsasında əsrlərlə formalaşmış adət və ənənələr təbii inanclar, din amili və sənət - bədii yaradıcılıq dayanır.Bütün dinlərin bəşər tarixində, sivilizasiyaların təkamülündə müstəsna rolu var. Və bütün monteist dinlərin ətrafında qara bir örtük də mövcuddur - bu fanatizm, xurafatdır. Əslində dini özündən çox insanlar mövhumatçı dindarlar tərəfindən uydurulmuş dini əfsanələrə, hədislərə inanırlar.
Etnik şüur mentaliteti müəyyən edən əsas amildir: "Mentalitet müəyyən bir xalqın xarakterində, şüur, düşüncə və davranışında, məişətində, situasiyalardan asılı olmayaraq sabit qalan milli xüsusiyyətdir.
Dostları ilə paylaş: |