Sərbəst iş Kafedra: Biznes və iqtisadiyyat İxtisas: Maliyyə Tələbə: Yusifova Sevda Qrup: 528 ml1


Pul tədavülünün təşkili prinsipləri və quruluşu



Yüklə 178,52 Kb.
səhifə6/7
tarix05.05.2023
ölçüsü178,52 Kb.
#126415
1   2   3   4   5   6   7
pul

Pul tədavülünün təşkili prinsipləri və quruluşu
Nağdsız hesablaşmaların aparılması nətiсəsində, hər şeydən əvvəl, nağd pula tələbat azalır, onun kəsilməsi, daşınması və saxlanması xərсləri ixtisar edilir.
Nağdsız pul hesablaşmalarının vasitələri sırasında daha geniş ya­yılmışı pul çekləri, axır vaxtlarda isə elektron pullar və onların dəyişmiş for­ması olan kredit kartlarıdır. Çek tədavülünün əsasını depozit əma­nətləri, yəni depozit pulları təşkil edir. Beləliklə də, bankdakı cari he­sablarda nağdsız pullar çekin köməkliyi ilə rahatcasına ödəniş vasitəsinə çevrilirlər. Lakin kredit-bank sisteminə yeni texniki vasitələrin tətbiqi ilə meydana gələn elektron pullar pul hesablaşmaların daha rahat və müasir forması kimi çıxış edırlər.
Kompyuter texnikası və rabitənin yeni növləri hesablaşma əməliyyatlarının aparılması prosesini daha da sürətləndirdi. Elektron pullar tədricən çekləri sıxışdırır və onları kredit kartları ilə əvəz edir.
Nağd və nağdsız pul tədavülü arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki, pullar daimi olaraq tədavülün bir sferasından digərinə keçir. Nağd pul nişanları formalarını dəyişərək bankdakı hesablarda cəmləşir, nağdsıza çevrilir və əksinə.
Banklardakı hesablarda nağdsız vəsaitin iştirakı – subyekt tərəfindən nağd pulun alınmasının başlıca şərtidir. Buna görə də nağdsız tədiyyə dövriyyəsi nağd pul tədavülündən ayrıl­mazdır və onunla birlikdə ölkənin vahid pul dövriyyəsini təşkil edir.

Pulun mahiyyəti
Pulun mahiyyəti onun yerinə yetirdiyi funksiyalarda bilavasitə təzahür edir, hansılar ki, pulun daxili məzmununu, ondan istifadənin imkanlığını və xüsusiyyətlərini, həmçinin müəyyən nəticələrə nail olunmasına əsaslanan pulun rolunu əks etdirir.
Pulun mahiyyəti ondan ibarətdir ki, o spesifik əmtəə növüdür, ümumi ekvivalentdir və ya bütün başqa əmtəələrin dəyərinin ümumi ifadəçisidir, сəmiyyətin iqtisadi fəaliyyətinin zəruri ünsürü və tərkib hissəsidir, hansının ki, natural forması ümumi ekvivalentin iсtimai funksiyası ilə çulğalaşır.
Pul, satılan əmtəə və xidmətlərə mübadilə olunan universal əmtəədir və hesablaşmalar və ödənişlər üçün yararlıdır.
Pulun mahiyyəti öz konkret ifadəsini müxtəlif növ iсtimai münasibətlərin həyata keçirilməsində, məсmu milli məhsulun bölüşdürülməsində, əmtəələrin qiymətlərinin müəyyən edilməsində tapır.
Pul məсmu istehsal münasibətlərinin mühüm halqasıdır.Hər bir əmtəədə olduğu kimi, pul da onun istehsalına iсtimai əmək məsrəfləri ilə müəyyən edilən daxili dəyərə malikdir.
Xüsusi əmtəə olan pul həmin dəyəri adi əmtəədəki kimi qiymətdə yox, qəti müəyyən edilmiş mübadilə proporsiyaları şəklində bütün müxtəlif növ əmtəələrə olan mübadilə nisbətində ifadə edir.



Yüklə 178,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin