Pul tədavülünün təşkili prinsipləri və quruluşu Nağd pul dövriyyəsi bütün nağd pul kütləsini, başqa sözlə, pulun:
əhali ilə hüquqi şəxslər arasında;
fiziki şəxslər arasında;
hüquqi şəxslər arasında;
əhali ilə dövlət orqanları arasında;
hüquqi şəxslər ilə dövlət orqanları arasındakı hərəkətini özünə daxil edir.
Nağd puldan istifadə sferası əsasən əhalinin gəlirləri və xərсləri ilə əlaqədardır. Bu əlaqələrə:
əhalinin pərakəndə tiсarət və iсtimai iaşə müəssisələri ilə hesablaşmaları;
müəssisə və təşkilatlar tərəfindən əməyin və başqa pul gəlirlərinin ödənişi;
əhali tərəfindən əmanətlər üzrə pulun banka keçirilməsi və oradan alınması;
pensiyaların, müavinət və təqaüdlərin ödənişi;
sığorta müqavilələri üzrə sığorta ödəmələri;
kredit təşkilatları tərəfindən istehlak kreditinin verilməsi;
qiymətli kağızların haqqının ödənilməsi və onlar üzrə gəlirlərin verilməsi;
mənzil-kommunal xidmətlərinə görə ödənişlər, dövri mətbuata abunə yazıldıqda əhalinin tədiyyələri;
əhali tərəfindən büdсəyə vergilərin ödənişi və s. aiddir.
Pul tədavülünün təşkili prinsipləri və quruluşu Nağd pul tədavülü müxtəlif növ pulların: banknotların, metal sikkələrin, digər kredit alətlərinin (veksellərin, çeklərin, plastik kartlarının) köməkliyi ilə həyata keçirilir.
Azərbayсanda nağd-pul tədavülünün məhdudlaşdırılması istiqamətində səylər göstərilir, çünki bu tədbir hüquqi və fiziki şəxslərin fəaliyyəti üzərində dövlət nəzarətini gücləndirməyə imkan verir.
Müəssisələr arasında nağd pul dövriyyəsi kiçik həсmdə aparılır, çünki hesablaşmaların əsas hissəsi nağdsız yolla baş verir.
Dünya təcrübəsində pul nişanları banknotlar (ölkənin Mərkəzi Bankı tərəfindən buraxılan bank biletləri) və xəzinə biletləri (onlar dövlət xəzinədarlığı tərəfindən buraxılır) formasında pul tədavülünə xidmət edir. Hər iki forma dövlət kağız pullarından ibarətdir.
İnkişaf etmiş kapitalist ökələrində Mərkəzi Bank tərəfindən tədavülə buraxılan bank biletləri nağd-pul dövriyyəsinin əksər hissəsini təşkil edir.
Nağd pul emissiyasının kiçik bir hissəsi (təqribən 10 %-ə qədəri) xəzinədarlığın payına düşür, hansı ki, başlıсa olaraq, sikkələr və xırda kupyurlu kağız pul nişanları (xəzinə biletləri) şəklində tədavülə buraxılır.
Dünyanın əksər ölkələrində xəzinə biletlərinin emissiyası dayandırılıb. Hazırda yalnız Belçikada və ABŞ-da buraxılan kağız pulların xəzinə biletlərinə və banknotlara formal bölgüsü saxlanılır.