Sərbəst iş Kafedra: Maliyyə və iqtisadiyyat Fakültə



Yüklə 46,09 Kb.
səhifə3/13
tarix01.01.2022
ölçüsü46,09 Kb.
#106468
1   2   3   4   5   6   7   8   9   ...   13
nitqin əsas keyfiyyətləri1 I

NİTQİN ZƏNGİNLİYİ. Nitqin zənginliyi dil və nitq əlaqəsi əsasında meydana gəlir. Nitqdə müxtəlif və təkrarlanmayan dil vahidlərinin işlədilməsi nitqi zənginləşdirir. Nitqdə eyni işarələr və işarələr həlqəsi nə qədər az təkrarlanarsa, nitq o qədər qazanar, zəngin olar. Bu, o deməkdir ki, dil strukturu nə qədər zəngin olarsa, nitq də o qədər zəngin olacaq. Nitqdə eyni dil ünsürlərinin yersiz təkrarlanması, eyni konstruksiya və formaların dalbadal verilməsi, düzülməsi, şablon ifadə vasitələrinə tez-tez müraciət nitqi zənginləşdirmir. Əksinə, bu, nitqin yoxsulluğu, kasıblığı deməkdir. Eyni cür danışıq tərzi, monoton intonasiya dinləyiciləri yorur, nitqi korlayır.

Nitqin zənginliyini və ya kasıblığını obyektiv mühakimə etmək üçün mətnin statistik təhlili, eyni üslubda yazan müxtəlif müəlliflərdən götürülmüş mətnlərin müqayisəsi aparılmalıdır.

Nitqin zənginliyi bütün üslublar üçün səciyyəvidir. Lakin bədii və publisistik üslublarda nitq zəngin, elmi üslubda isə zəifdir.

Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır. İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən — sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcazlardan, intonasiya, üslubi vasitələr və s.-dən məharətlə istifadə etməyi bacarmalıdır.

Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən biri də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünəmüvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır.

Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə, həyati misallarla, dinləyicini qane edəcək bir formada şərh edilsin.




Yüklə 46,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin