SəRBƏst iŞ Müəllim: Həsrətova Leyla Fakültə: Nəqliyyat və logistika Kurs: 1 Qrup: M151a5



Yüklə 217,47 Kb.
səhifə2/9
tarix15.05.2022
ölçüsü217,47 Kb.
#115908
1   2   3   4   5   6   7   8   9
Kənan İslamov (3)

Giriş

Marketinq” termini ingilis dilində “market” sözündən götürülüb “bazar” mənası verir. Marketinq - buraxılan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır. Istehsalın istehsalı və mürəkkəbləşdirilməsi, yeni məhsul növünün yaradılması, texnika və texnologiyanın modelləşdiriləsi, dizaynın yaxşılaşdırılması istehsalçını məcbur edir ki, o əvvəlcədən insanların və sahibkarların tələblərini dəqiq öyrənsin. Bu onun üçün zəruridir ki, müəsisə məhsul (xidmət) istehsal etmək məqsədilə xeyli miqdarda maliyyə, əmək və material resurslarını hədər yerə sərf etməsin. Marketinq XX əsrin əvvəllərində ABŞ-da meydana gəlmişdir.

Filipp Kotlerin verdiyi tərifə görə: Marketinq-ehtiyacların və tələbatların mübadilə vasitəsilə öyrənilməsinə yönəldilmiş insan fəaliyyəti növüdür. Satış - marketinq aysberqinin yalnız üst hissəsidir, suyun altında qalan hissə isə marketoloqların biz görmədiyimiz zəhməti və səyləridir. “Əgər bazar xadimi-Filipp Kotler demişkən-marketinq istehlakçı ehtiyaclarının aşkar olunması, münasib əmtəələrin hazırlanması və onlara müvafiq qiymətlərin qoyulması, onların bölüşdürülməsi sisteminin təşkili və səmərəli stimulaşdırılması kimi bölmələri üzərində yaxşı çalışmışsa, belə mallar əlbət ki, asanlıqla satılacaq”.

Marketinq haqqında idarəetmə problemləri üzrə aparıcı nəzəriyyəçilərdən biri olan Piter Druker deyir “Marketinqin məqsədi satış üzrə qüvvə sərfini lüzumsuz etməkdir. Onun məqsədi, müştərini elə dərk etmək və başa düşməkdir ki, əmtəə və ya xidmət sonuncuya tamamilə münasib olsun və özləri “ özlərini satsınlar”. Lakin bu heç də o demək deyil ki, satış üzrə səylər və onun stimullaşdırılması öz əhəmiyyətini itirir. Söhbət ilk növbədə bundan gedir ki, onlar daha geniş ―marketinq kompleksinin bir hissəsinə, yəni bazara yüksək dərəcədə təsir göstərmək üçün bir-biri ilə uzlaşdırılması zəruri olan marketinq vasitələrinin məcmusuna çevrilirlər.



  1. Yüklə 217,47 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin