Хüsusi şəraitdə tətbiq edilən əmək haqqı. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmaya iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar müəyyən edilir.
Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi qaydası. Işçinin təqsiri olmadan zay məhsul hazırlandıqda onun hazırlanması üçün əmək haqqı azaldılmış qiymətlərlə ödənilir. Bu halda işçinin əmək haqqısı müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşından üçdə iki hissəsindən az olmamalıdır.