Sərbəst iş Tələbə : Həsənova Xədicə Kurs : İT-019 Mövzu: Əməyin və onun ödənilməsinin uçotu Fənn : Mühasibat uçotu və kalkuliyasiya Müəllim : Bağırova Anaxanım Əməyin və onun ödənilməsinin uçotu



Yüklə 30,54 Kb.
səhifə15/15
tarix25.03.2022
ölçüsü30,54 Kb.
#114979
1   ...   7   8   9   10   11   12   13   14   15
Mühasibat uçotu H.Xədicə İT019

Əmək haqqından tutulmalar

Əmək haqqından müхtəlif növ tutulmalar həyata keçirilir. Öz хarakterinə görə bu tutulmalar iki qrupa bölünür:

icbari tutulmalar;

müəssisənin təşəbbüsü ilə həyata keçirilən tutulmalar.

İcbari tutulmalara aşağıdakılar aiddir:

- «AR-da fiziki şəхslərdən gəlir vergisi haqqında» Qanununda müəyyən edilmiş dərəcələrlə tutulan gəlir vergisi.

- «Sosial sığortaya və məşğulluq fonduna ayırmaların normativləri haqqında» AR-nın Qanununa müvafiq olaraq pensiya təminatı üçün sosial sığorta fonduna hesablanmış mək haqqının 1 faizi miqdarında icbari ayırmalar.

- icra sənədlərinə görə üçüncü şəхsin хeyrinə tutulmalar. Buraya, müəssisəyə vurulmuş maddi ziyanın ödənilməsinə görə, buraхılmış zay məhsula görə, vaхtında qaytarılmamış təhtəlhesab məbləğlərə görə, işçi tərəfindən götürülmüş və vaхtında qaytarılmamış ssudalara görə və sair bu kimi səbəblərdən olan tutulmalar aiddir.

Bunlardan başqa, tərəflərin razılığı ilə mühasibatlıq işçilərin əmək haqqından həmkarlar təşkilatına üzvülük haqqı da tuta bilər.

Hazırda müəssisələr işçilərin əməyinin ödənilməsi sistemini sərbəst müəy­yən edirlər. Bu zaman əmək haqqının ödənilməsinin maksimum həddinə məh­du­diyyət qoyulmur. Müəyyən dövr üçün nəzərdə tutulan iş vaxt normasını və əmək borcunu tam yerinə yetirən işçinin aylıq əmək əmək haqqı dövlət tə­rə­fin­dən müəyyən edilən minimum əmək haqqından az ola bilməz. Hazırda mini­mum əmək haqqı məbləği dövlət tərəfindən 10000 manat həcmində müəyyən olunur.

Müəssisənin işçilərinin əməyi müəssisə tərəfindən təsdiq edilən vəzifə ma­aş­ları və ya işəmüzd qiymətlərlə, mülki-hüquqi müqavilə üzrə işə götürül­mə­lə­ri işin müqavilədə nəzərdə tutulan şərtlərlə ödənilir. Əməyin ödənilməsi sis­te­mi istehsalın texnologiyası xüsusiyyəti, işçilərin ixtisası və dərəcələri, onların yerinə yetirdiyi işin keyfiyyəti ilə əlaqədardır. Xalq təsərrüfatının bütün sa­hə­lər­də hər bir iş dərəcəsi üçün tarif qiyməti və norma qoyulur. İş dərəcələri və ta­­rif qiymətləri işin xaraterindən asılı olaraq müəyyənləşir. Hər bir dərəcə üçün tarif əmsalı qəbul edilir. Hər bir işçinin əmək haqqı əməyin müəssisədə tət­biq olunan konkret forma və sisteminə uyğun olaraq onun əməyinin kə­miy­yət və keyfiyyətindən və müəssisənin gəlirinin əməyin ödənilməsinə yönəldilən hissəsinin həcmindən asılıdır. Hazırda əməyin ödənilməsinin müxtəlif forma­ları mövcuddur: işəmüzd, vaxtamuzd, akkord, son nəticəyə görə və s.

İşəmuzd əmək haqqı forması əsasən o istehsal sahələrində tətbiq edilir ki, orada buraxılış məhsulun və ya yerinə yetirilən işlərin həcmini müəyyən etmək mümkündür. Bu zaman əmək haqqının məbləği hazır məhsulun və ya yerinə ye­tirilmiş işin miqdarından asılı olaraq müəyyən olunur. Əməyin ödənişinin işə­muzd formasının bir başa işəmuzd, işəmuzd mükafatla və işəmuzd mütə­rəq­qi sistemləri mövcuddur. Vaxtamuzd əmək ödənişi o istehsal sahələrində tətbiq olunur ki, orada buraxılan məhsulun və ya yerinə yetirilən işin həcmini müəy­yən etmək mümkün deyil. Vaxtamuzd ödəniş zamanı əmək haqqı yerinə ye­ti­ril­miş işin miqdarı və keyfiyyətindən asılı olmayaraq işlənmiş vaxtın miqdarına görə hesablanır. Vaxtamuzd əmək ödənişi forması sadə vaxtamuzd və müka­fat­lı vaxtamuzd sistemə bölünür. Son illərdə əməyin təşkilinin və həvəs­lən­diril­mə­sinin briqada forması geniş istifadə edilir. Hazırda ayrı-ayrı müəssisələrdə son nəticəyə görə əməyin ödənişi formalarından da istifadə olunur. Bu zaman bü­tün briqadanın əmək haqqı məhsul vahidinə görə əməyin ödənilmə qiy­mə­ti­ni istehsal olunmuş məhsula vurmaqla hesablanır. Briqadanın ümumi əmək haq­qı onun üzvləri arasında əvvəlcədən müəyyən olunmuş nisbətlərə uyğun olaraq bölünür. Mühasibat uçotunun məqsədləri üçün məhsulun maya dəyə­ri­nə daxil edilən və işçilərə hesablanmış əmək haqqı əsas və əlavə əmək haqqına bölünür.

Əsas əmək haqqı dedikdə işlənmiş vaxta, yerinə yetirilmiş işin miqdarına və həcminə görə hesablanmış əmək haqqı və onlara edilmiş əlavələr, müka­fat­lar və s. ödəmələr nəzərdə tutulur. Əlavə əmək haqqı isə fəhlə və qulluqçulara əmək qanunvericiliyi və müqavilələr üzrə işlənilməmiş vaxta görə hesablanan ödə­mələr (məzuniyyətin ödənilməsi, dövlət və ictimai işlərin yerinə yetiril­mə­si­nə görə ödəmə, uşaqəmizdirən analara verilən fasilələrin ödənilməsi, yeniyet­mə­­lə­rin güzəştli saatları və s.) başa düşülür. Müəssisənin işçilərinə onların əmə­yi­nin kəmiyyət və keyfiyyətinə görə ödənilən pul və natural formada cəmi əmək haqqı fondunu təşkil edir. Əmək haqqı fonduna müəssisə tərəfindən işçi­lə­rə ödənilmə mənbəyindən, əmək haqqı forma və sistemindən asılı olmayaraq hesablanmış əmək ödənişi məbləği, həvəsləndirici və əvəzi ödənilmə xarakterli, habelə natural formada ödənilən məhsullun dəyəri də daxildir.

Əmək haqqının akkord ödənişi sistemində əmək haqqının həcmi hər bir məhsul istehsalı üzrə deyil. Görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Görüləcək işin ümumi dəyərinin məbləği norma-vaxtla və tariflər müəyyən olunur. Görüləcək iş həcmi üzrə konkret icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəyyənləşdirilir. Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəsisələrində auditor xidmətinin təşkilində vəs. məhsul istehsalı nəticəsi ilə əlaqədar olaraq tətbiq olunur.

Müəssisənin siyahı sayına daxil olan və olmayan işçi heyəti ilə əməyin ödə­nişi üzrə (bütün növdən olan əmək haqqı, mükafat, müavinət, işləyənlərə pen­siya və s.) habelə müəssisənin səhmləri və digər qiymətli kağızlar üzrə ödə­ni­ləsi gə­lir üzrə hesablaşmaların uçotu 70 saylı «Əməyin ödənişi üzrə işçi heyəti ilə he­sablaşmalar» hesabında aparılır. Bu hesabda aşağıdakı subhesablar açıla bilər:

70/1 «Müəssisənin ştatında olan işləyənlərlə hesablaşmalar»

70/2 «Əvəzçilik işləyənlərlə hesablaşmalar»

70/3 «Mülki-hüquqi müqavilə üzrə işləyənlərlə heablaşmalar»

Işçilərə hesablanmış əmək haqqı məbləği istehsal və ya tədavül xərclərini uço­ta alan hesablarla (əmək haqqı məhsulun maya dəyərinə daxil edilən za­man) müxabirləşdirilməklə qeyd edilən hesabın kreditinə yazılır. Bu zaman Dt – 20, 23, 25, 26,28, 29 və s. Kt – 70 mühasibat yazılışı tərtib olunur. Əmək haq­qı­nın digər mənbələr hesabına ödənilməsi zamanı, onun hesablanması zamanı DT- 07, 08, 10, 12, 47, 80, 81, 96 və s. Kt-70 mühasibat yazılışı verilir. Əməyin ödə­nişi üzrə qüvvədə olan əsasnaməyə əsasəe işçilərə hesablanmış əmək haqqı fonduna daxil edilən mükafat məbləği üçün Dt-20, 23, 25, 26, 28 və Kt-70 mü­ha­sibat köçürməsi verilir. Rəhbər işçilərə, mütəxəssislərə, qulluqçulara və digər işçilərə hesablanmış mükafat isə maddi həvəsləndirmə fondunun vəsaiti he­sa­bı­na verilir ki, bu zaman Dt-88/5 Kt-70 mühasibat yazılışı verilir. Hazırda işçi­lər müəssisədə 6 ay işlədikdən sonra məzuniyyət hüququna malik olurlar və iş­çi­lərə məzuniyyət il ərzində bərabər sayda təqdim edilmir. Odur ki, məzuniyyət haqqının istehsal məsrəflərinə bərabər qaydada aid edilməsi üçün hər bir ay 89 saylı «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabında ehtiyat yara­dı­lır. Bu zaman Dt 20, 23, 26 və s. Kt 89 yazılışı tərtib olunur. Məzuniyyət haq­qı hesablanan zaman isə Dt 89, Kt 70 yazılışı verilir. Rəhbər işçilərə, qul­luqçulara və mütəxəssislərə məzuniyyət haqqı hesablanan zaman bu məqsədlə eh­tiyat yaraddılmır və əsas əmək haqqı kimi uçota alınır. Müəssisə və təşki­lat­lar­da işçilərin sosial müdafiəsini təmin etmək üçün məcburi dövlət sosial sığor­ta­sı keçirilir. Sosial sığorta xərcləri müəssisənin istehsal xərclərinə daxil edilir və əməyin ödənişi fonduna nisbətən faizlə (hazırda 27% və 30%) həcmdə mü­əy­yən olunur. Müəssisə müəlliflik qərarı ödəyən zaman isə 15% sığorta ayır­ma­sı edilir. Sosial sığortaya ayırmaların uçotu üçün 69 «Sosial sığorta və təmi­nat üzrə hesablaşmalar» hesabı nəzərdə tutulur. Onun iki subhesabı vardır:  69/1 «Sosial sığorta üzrə hesablaşmalar»; 69/2 «Pensiya, təminat üzrə hesab­laş­malar». Hesabın kreditində hesablanmış məbləğ, debetində isə onun istifa­də­si və təyinatı üzrə köçürülməsi uçota adınır. Məcburi dövlət sığortasına ayır­ma edilən zaman Dt 20, 23, 25, 26 və s. Kt 69 mühasibat yazılışı verilir. Və­sa­i­tin təyinat üzrə köçürülməsi isə Dt-69, kt-51 yazılışı ilə rəsmiyyətə salınır. So­si­al sığorta vəsaiti hesabına işçilərə müavinət hesablanması zamanı Dt-69, Kt-70, bu hesaba nəğd ödəmə isə Dt 69,Kt-50 yazılışı ilə rəsmiyyətə salınır. Hazıra işçilərin əmək haqqından bir sıra tutulmalar edilir ki, bu də məcburi və müəs­si­sənin təşəbbüsü ilə həyata keçirilən tutulmalara bölünür.

İcbari tutulmalara gəlir vergisi, pensiya təminatı üçün əmək haqqında 20 % həcmində tutulma, icra sənədi üzrə üçüncü şəxsin hesabına tutulmalar, digər tu­tulmalara isə maddi ziyanın ödənilməsinə görə, zay məhsula görə, qaytarıl­ma­yan təhlili hesab məbləğə görə, suda xüsusi geyimlər və s. görə tutulmalar aiddir.

Tutulmalar edilən zaman xarakterindən asılı olaraq 70 saylı hesabın Dt-də 68, 69/2, 73/3, 76 ovə s. hesabları Kt-də əks etdirilir. İşçilərə çatası əmək haqqı adətən ödəniş cədvəli üzrə kassadan nəğd qaydada ödənilməklə verilir. Onlara əmək haqqı pul və natural formada ödənilə bilər. Əmək haqqı pul formasında kassadan ödəqildikdə Dt-70, Kt-50, natural formada ödənildikdə isə Dt-70, Kt-46, 47, 48 mühasibat yazılışı verilir. Bəzi hallarda işçinin xahişi ilə ona çatası əmək haqqı bankdakı şəxsi hesabına da köçürülə bilər ki, bu zaman onun köçürülməsi zamanı Dt-70, kt-51 mühasibat yazılışı tərtib olunur.

Hesablanmış, lakin müəyyən edilmiş müddətdə ödənilməmiş (pul alan­la­rın gəlməməsi ilə əlaqədar) məbləğlər 70 №-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabının debetinə, 76 №-li «Müxtəlif debitor və kreditor­lar­la hesablaşmalar» hesabınan (deponentlərlə hesablaşmalar subhesabı) hesa­bı­nın kreditinə yazılır. 70 №-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesab­laşmalar» hesabı üzrə analitik uçot müəssisənin hər bir işçisi üzrə aparılır.

«Deponent» qaydasında banka qaytarılan pul məbləği işçilərin tələbi əsa­sın­da bankdan alınır və ödənilir. Pul məbləği bankdan alınarkən 50 №-li «Kas­sa» hesabının debeti və 51 №-li «Hesablaşma hesabı»nın kreditinə yazılış apa­rı­lır. Kassaya daxil olmuş pul məbləği deponent üzrə ödəndikdən sonra ikinci yazılışla, yəni 50 №-li «Kassa» hesabının kreditinə və 76 №-li «Müxtəlif debi­tor və kreditorlarla hesablaşmalar» hesabının «Deponentlərlə hesablaşmalar» sub­he­sabının debetinə yazılış aparılmaqla uçotda əks etdirilir.

Tələb olunan deponent borcu müəssisə tərəfindən üç il müddətinə sax­lan­malı və həmin vaxt keçdikdən sonra büdcəyə köçürülməlidir.



Əmək haqqının analitik uçotu hər bir işçiyə açılmış şəxsi hesablarda aparılır.
Yüklə 30,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin