Hazırki şəraitdə əməyin və əmək haqqının uçotu qarşısındakı əsas vəzifələr durur:
– Əməyin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmaların vaxtında və düzgün həyata keçirilməsinə nəzarət;
– Əmək məhsuldarlığının yüksəldilməsi üzrə tapşırıqlara və hasilat normasına əməl olunmasına nəzarət;
– Əmək haqqı fondunun xərclənməsi və mükafatların ödənilməsinə nəzarət;
– Hesablanmış əmək haqqı və sosial sığorta ayırmaların düzgün və vaxtında maya dəyərinə daxil edilməsi nəzarət;
– Əmək və əmək haqqı göstəricilərinə operativ rəhbərlik və hesabatların tərtibi üçün toplamaq və qruplaşdırmaq.
Əmək və əmək haqqının uçotu əməyin miqdarı və keyfiyyətinə, habelə istehlaka yönəldilən vəsaitə operativ nəzarəti həyata keçirməlidir.
Ayrıca götürülmüş təşkilatda əmək fəaliyyəti daхili normativ sənədlərin qəbul edilməsi yolu ilə tənzimlənir. Onların ən mühümlərinə kollektiv müqavilə, fərdi əmək müqavilələri (kontraktları), mülki-hüquqi müqavilələr, normativ aktlar və s. daхildir.
Dostları ilə paylaş: |