FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ VƏ ONLARDAN İSTİFADƏ EDİLMƏSİ Əhalinin mühafizə qurğularında daldalanması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, adamların fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Mühafizə vasitələrin-dən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə silahı, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, o cümlədən mülki müdafiə dəstələrinin şəxsi heyəti müəyyən müddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM), yaxud bakterioloji vasitələrlə (BV) zəhərlənmiş sahələrdə qalmalı, ya da burada xilasetmə işləri aparmalıdır.
Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:
tənəffüs üzvlərinin mühafizə vasitələri;
dəri səthinin mühafizə vasitələri;
tibbi mühafizə vasitələri.
Tənəffüs üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir.
Əleyhqazlar Müasir əleyhqazlar adamın tənəffüs üzvlərini və gözlərini hava-dakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcılarının), radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu pato-gen mikro-orqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu vasitələrə və istismar göstəricilərinə malikdir. Əleyhqazların təcridedici və süzücü növləri olur. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş yayılmışdır. Onların işi, içərisində fəallaşdırılmış kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır.
Təcridedici əleyhqazlar Təcridedici əleyhqazlar (İP-4, İP-5 tipli) və ya oksigen cihazları (KİP-5, KİP-7, KİP-8) adamın tənəffüs üzvlərini ətrafdakı havadan tamamilə təcrid edir, nəfəs almaq üçün regenerativ (bərpaedici) ava-danlıqlardan - oksigen hasil edən regenerasiya patronlarından və ya oksigen silindrlərindən istifadə olunur. Bu maskalar və alətlər havada ZM-in qatılığı çox yüksək olduqda istifadə olunur.
Respiratorlar Tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitə aero-zollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə üçün respira-torlardan istifadə oluna bilər.