AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DİLLƏR UNİVERİSİTETİ
SƏRBƏST İŞ
TƏLƏBƏ: Kərimova Səmanur
FAKÜLTƏ: Tərcümə
İXTİSAS: Tərcümə (ingilis dili-azərbaycan dili)
QRUP: 442A
FƏNN: Mülki müdafiə
MÜƏLLİM: Kərimova Aygün
MÖVZU: Fərdi mühafizə vasitələrinin təyinatı və təsnifatı
Fərdi mühafizə vasitələrinin təyinatı və təsnifatı FMV-dən danışmazdan öncə ümumi nəzarət iyerxiyasına diqqət etsək daha yaxşı olar:
1. Təhlükənin aradan qaldırılması
2. Təhlükənin daha az təhlükə ilə əvəz edilməsi
3. Texniki tədbir və ya mühəndislik yanaşması
4. İnzibati tədbirlər
5. Fərdi Mühafizə Vasitələri
Təhlükələrin nəzarətdə saxlanması zamanı iyerarxiyadakı ən üst üsullardan istifadə məsləhətdir. Lakin, bəzən elə olur ki, yuxarıda adları qeyd olunan nəzarət tədbirləri praktiki mümkün olmur. Bu zaman FMV əhəmiyyəti önə çıxır. 5-ci nəzaərt tədbirinin özünü doğrultması üçün tələb olunan FMV-nin təmin olunması, istifadəsi və düzgün şəkildə saxlanması şərtdir.
Hansı işi görməyinizdən asılı olmayaraq tapşırığın xarakterinə uyğun FMV istifadəsinə ehtiyyac yaranır. FMV işçinin şəxsi sağlamlıq və təhlükəsizliyinin qorunması üçün əla vasitədir.
FMV ilə bağlı əsas məqamlardan biri onun düzgün seçilməsidir. FMV işin xarakterinə uyğun olmalıdır. Seçilməzdən əvvəl hansı sahə və iş üçün seçilirsə, bu zaman təhlüklərin qiymətləndirilməsi həyata keçirilməlidir. FMV hər bir işçinin bədən ölçüsünə uyğun olmalıdır. FMV işçi üçün rahat olmalı və onun işini çətinləşdirməməlidir.
FMV vasitələrinin risklərin azaldılmasında effektiv olması üçün aşağıda göstərilmiş şərtlər nəzərə alınmalıdır.
Düzgün FMV vasitələrinin seçilməsi (növü, ölçüsü və s);