SəRBƏst iŞ TƏLƏBƏ: Kərimova Səmanur faküLTƏ


Gözlərin və Üzün Mühafizəsi



Yüklə 0,7 Mb.
səhifə3/4
tarix01.03.2023
ölçüsü0,7 Mb.
#123713
1   2   3   4
Kərimova Səmanur (1)

Gözlərin və Üzün Mühafizəsi: Yaşayış və ofis binalarından kənarda bütün istehsalat və inşaat obyektlərində gözləri mühafizə edən vasitələrdən istifadə olunmalıdır və onlar BS EN 166 standartının tələblərinə cavab verməlidir. Gözləri və üzü mühafizə edən vasitələr aşağıdakılardır:
Eynəklər: Minimal mühafizə üçün istifadə edilir.
Qoruyucu Gözlüklər: Qoruyucu gözlüklər gözləri və gözətrafı dərini kimyəvi maddələrin sıçrantılarından tam mühafizə etmək üçün istifadə olunmalıdır.
Üzün mühafizəsi üçün lövhəciklər: Üzün mühafizəsi üçün lövhəciklərdən üzü qığılcımlardan və qəlpələrdən qorumaq üçün istifadə edilməlidir.
Əlavə olaraq qaynaq işləri zamanı işçinin gözlərini qaynaq qövsündən yaranan şüalardan qorumaq üçün EN 175 standartına cavab verən qaynaq maskasından istifadə etməsi vacibdir. Bu maska gözlə yanaşı bütün üzü şüalardan və sıçrantılardan qorumalıdır.



Əllərin Mühafizəsi: Əllərin mühafizəsi EN 420 standartına uyğun gəlməlidir. Ümumi təyinatlı əlcəklərdən yalnız əlləri qızdırmaq və sağlamlıq və təhlükəsizlik baxımından minimal risqlərdən (məsələn, kəsik və sıyrıntılırdan mühafizə etmək, bəzi mayelərə müqavimət göstərmək və əşyaları yaxşı tuta bilmə imkanı təmin etmək) qorumaq üçün istifadə olunmalıdır. Dərini qıcıqlandıra biləcək kobud, kələ-kötür materiallarla və maddələrlə iş görərkən, əlcəklərdən istifadə etmək bir çox zədələrin qarşısını alır və mümkün olan hər bir halda əlcəklərdən istifadə olunmalıdır. Təsdiq olunmuş mühafizə əlcəklərindən müəyyən növ təsirlərdən qorunmaq üçün istifadə olunmalıdır, xüsusilə:
Kimyəvi maddələrlə işləyərkən: Kimyəvi maddələrlə işləyərkən, həmin maddələrin dəri ilə kontakta girməməsi üçün diqqətli və ehtiyatlı olmaq lazımdır. Turşu / qələvilərlə işləyərkən kimyəvi maddələrin təsirindən qoruyan (PVC) əlcəklərdən istifadə olunmalıdır (EN 374).
Elektrik avadanlıqları ilə işləyərkən: Elektrik avadanlıqları ilə işləyərkən elektrik cərəyanının təsirindən qoruyan əlcəklərdən istifadə olunmalıdır. Bu əlcəklər BS EN 60903 standartına uyğun olmalıdır.
Qaynaq işlərini yerinə yetirərkən istiyə davamlı əlcəklərdən istifadə olunmalıdır və onlar EN 407 standartının tələblərinə cavab verməlidir. Borular və metal məmulatlarla işləyərkən EN 388 standartının tələblərinə uyğun gələn dəri əlcəklərdən istifadə olunmalıdır.

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin