Tənlik — məchulu olan bərabərlik. Dəyişənin (dəyişənlərin)
tənliyi doğru
bərabərliyə çevirən qiymətinə (qiymətlərinə) tənliyin kökü deyilir.
Həqiqi ədədlər meydanında verilmiş tənlik üzərində aşağıdakı çevirmələrdən hər
hansı biri aparılarsa, onunla eynigüclü olan tənlik alınar:
1.
Tənliyin hər tərəfinə eyni ədədi əlavə etmək olar.
2.
Tənliyin hər tərəfindən eyni ədədi çıxmaq olar.
3.
Tənliyin hər tərəfini 0-dan fərqli eyni ədədə vurmaq olar.
4.
Tənliyin hər tərəfini 0-dan fərqli eyni ədədə bölmək olar.
Birməchullu tənlik
Bir məchulu olan tənliklərə deyilir.
Nümunə:
Misal:
I -nin sürəti 12 km/saat, digərinin sürəti – 15 km/saatdır. Hər saatda
ikinci 3 km çox yol gedir. Çünki görüş zamanı digərinin 12 km-dən çox
məsafəni
getdiyi məlum oldu, buna görə hər biri yola 4 saat vaxt sərf etdi. 4
saatda birinci 48 km, ikincisi isə – 60 km məsafəni qət etmişdir. Ümumi məsafə
108 km-dir. Burada tənlik tərtib etmədən bir həll tapa bildik. Ancaq, tənlik tərtib
etmədən bir məsələni həll etmək həmişə asan olmur. Bu nümunələri müzakirə
etdikdən sonra, yoxlama suallarını şagirdlərlə müzakirə edə bilərik. Bu
nümunədə, hər bir velosipedin hərəkəti üç kəmiyyətlə əlaqədardır: sürət (hər
saatda getdiyi məsafə şəklində), görüşənə qədər getdiyi məsafə (bilinmir),
görüşənə qədər sərf etdiyi vaxt (naməlum). Sonuncu
kəmiyyəti qeyd etməklə
başlaya bilərik; Deyək ki, görüşənə qədər hər
biri x saat hərəkət etmişdir, o
zaman birincisi 12 km, ikincisi – 15 km yol getmiş olar, tapşırığın
şərtinə görə
tənliyi yaza bilərik:
15x–12x=12,
3x=12
x=4 (saat) – görüşdən əvvəl keçirilmiş vaxt.
Birincisi 48 km, ikincisi 60 km məsafəni getmişdir. Ümumi məsafə 108 km
olacaq. Tənliyi həll edərkən bu həll üsulu tənlik tərtib etmədən həll edilən üsula
daha yaxındır.
Məsələnin müxtəlif yollarla həlli şagirdlərin yaradıcı təfəkkürünün inkişafı
üçün faydalıdır. Şagird məsələni müxtəlif yollarla həll etməyə başlaya bilər,
mübahisə
etməklə məsələ həllini,, əgər bu yolu sona qədər aparırsa, şagirdin
seçdiyi şəkildə tamamlamağa çalışın.
Sinifdəki “testlər” əsasən, verbal təsvir olunan vəziyyət şəklində qeyd etmə
qabiliyyətinin inkişafına xidmət edir. Hər bir “testdə” cavabı
tapmazdan əvvəl,
qısa bir müzakirə olmalıdır. Məsələn, 1 testin cavabını şagird belə təqdim
etməlidir: Deyək ki, məchul ədədi x olsun. x-dən 3 vahid az ədəd belə yazılacaq:
x-3. Şərtə görə 15=x–3. Buna görə düzgün cavab 2) olacaq.