Seçki hüququ dedikdə Azərbaycan Respublikası konstitusiya hüququnun ən vacib hissəsini təşkil edən Azərbaycan Respublikası Prezidenti seçkiləri, onun qanunverici orqanı olan Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri zamanı yaranan ictimai münasibətləri nizama salan normaların və qaydaların məcmusu başa düşülür.
Seçki hüququ termini təkcə konstitusiya-hüquqi institutlardan birini deyil, həm də ölkə vətəndaşlarının ən vacib subyektiv hüquqlarından birini ifadə etmək üçün istifadə olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin birinci bəndində deyilir: «Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır».
Seçki hüququ termini ədəbiyyatlarda iki mənada işlədilir:
obyektiv mənada;
subyektiv mənada.
Dostları ilə paylaş: |