SəRƏncam №318s



Yüklə 8,38 Kb.
tarix13.12.2018
ölçüsü8,38 Kb.
#85774

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə İçərişəhər ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, ətrafının abadlaşdırılması və işıqlandırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılması nəzərdə tutulmuş vəsaitin 1,0 (bir) milyon manat azaldılması hesabına, “Qız Qalası” tarix-memarlıq abidəsində ölçmə və bərpasına aid elmi tədqiqat, layihələndirmə və təmir-bərpa işlərinin aparılması (2-ci mərhələ) üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 1,0 (bir) milyon manat vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

318s



 

Bakı şəhəri, 13 oktyabr 2011-ci il

 

“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:



1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə İçərişəhər ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, ətrafının abadlaşdırılması və işıqlandırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılması nəzərdə tutulmuş vəsaitin 1,0 (bir) milyon manat azaldılması hesabına, “Qız Qalası” tarix-memarlıq abidəsində ölçmə və bərpasına aid elmi tədqiqat, layihələndirmə və təmir-bərpa işlərinin aparılması (2-ci mərhələ) üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 1,0 (bir) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.



3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin