SəRƏncam №384s



Yüklə 137,54 Kb.
səhifə1/4
tarix04.01.2022
ölçüsü137,54 Kb.
#56761
  1   2   3   4

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə ayrılması nəzərdə tutulmuş vəsaitin azaldılması hesabına, bu sərəncamın əlavəsində göstərilən bir sıra sifarişçi təşkilatlara və obyektlərə layihə-smeta sənədlərinin hazırlanması üçün vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 

SƏRƏNCAM

 

384s



 

Bakı şəhəri, 23 noyabr 2011-ci il

 

“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 3.2-ci bəndinə əsasən:



1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü»ndə layihə-smeta sənədlərinin, texniki-iqtisadi əsaslandırmaların hazırlanması və investisiya layihələrinin qiymətləndirilməsi, monitorinqi üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə ayrılması nəzərdə tutulmuş vəsaitin 2719100 (iki milyon yeddi yüz on doqquz min bir yüz) manat azaldılması hesabına, bu sərəncamın əlavəsində göstərilən bir sıra sifarişçi təşkilatlara və obyektlərə layihə-smeta sənədlərinin hazırlanması üçün 2719100 (iki milyon yeddi yüz on doqquz min bir yüz) manat vəsait ayrılsın.

2. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın əlavəsində göstərilən obyektlər üzrə görüləcək işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 


Yüklə 137,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin