ŞƏRİ suallara cavab


Xəstənin və bir bədən əzası kəsilən şəxsin dəstəmazı



Yüklə 6.71 Mb.
səhifə10/47
tarix03.06.2018
ölçüsü6.71 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

Xəstənin və bir bədən əzası kəsilən şəxsin dəstəmazı


Sual 186: Bir nəfər elə bir xəstəliyə düçar olub ki, düz bağırsağın çıxacağı tutulub. (Qəbz olub) Bağırsağı qarından çıxarıb bir kisəyə birləşdiriblər. Namaz üçün dəstəmaz alanda nə etməlidir?

Cavab: Əgər nəcis və sidik fasiləsiz olaraq xaric olursa və dəstəmazla namazın heç bir hissəsini qıla bilmirsə, namazları bir dəstəmazla qıla bilər.

Sual 187: Bir nəfərin əli dirsəkdən yuxarı kəsilibsə, sağ ayağı məsh etməlidirmi?

Cavab: Verilən sualın şərtinə əsasən sol əllə sağ ayağı əvvəl, sonra sol ayağı məsh etməlidir.

Sual 188: Əli və ayağı olmayan, ya bir əli və bir ayağı olmayan necə dəstəmaz alsın?

Cavab: Əgər hər iki əli dirsəkdən yuxarı kəsilibsə bacardığı halda dəstəmaz almaq üçün üzünü yusun. Məsələn üzünü suya salsın dəstəmaz niyyəti ilə tərtiblə, yəni yuxarıdan aşağı sudan çıxarmaqla yusun. Ya da kranın altında saxlasın. Başı və ayaqları məsh etmək üçün köməkçi tutsun ki, onun üzünün nəmi ilə onun başını və ayaqlarını məsh etsin. Əgər üzünü suya sala bilmirsə, məsələn köməkçi aftafa olan su ilə onun üzünü yusun və başını və ayaqlarını məsh etsin. Dirsəkdən aşağı bir hissə qalıbsa onu özü dəstəmaz niyyəti ilə yusun və həmin hissə ilə başını və ayaqlarını məsh etsin. Ehtiyat budur ki, dəstəmazdan əlavə təyəmmüm də etsin. Belə ki, alnını yerə özü məsh etsin. Köməkçi də öz əllərini yerə vurub onun alnını məsh etməlidir. Əgər iki ayağı topuqdan yoxdursa, bu təklif ondan götürülmüşdür. Əgər ayağın üstündən bir hissə qalıbsa onu məsh etməlidir. Əgər bir əli dirsəkdən yuxarı yoxdursa, o əli yumaq onun öhdəsindən götürülüb.

O biri əli qabaqda deyilən qaydada dəstəmaz üçün yumalı və həmin əllə başı və ayaqları məsh etməlidir. Əgər dirsəkdən aşağı bir miqdar qalıbsa, dirsəyə qədər qalan hissəni və digər əli də dəstəmaz niyyəti ilə yusun yusun. Məsh üçün sağ əl naqisdirsə həmin qalan hissə ilə başı və sağ ayağı məsh etsin. Sol əllə də sol ayağı məsh etsin. Əgər bir ayaqda məsh olunan yerin bir hissəsi qalıbsa, həmin hissəni məsh etsin. Qalmadığı halda məsh etmək lazım deyil. Yalnız o biri ayağı məsh etsin.



Sual 189: Əgər bir xəstənin damarına sistem köçürülmək üçün xüsusi iynə bağlanıbsa üç növ təharəti (qusl, təyəmmüm, dəstəmaz) necə yerinə yetirməlidir?

Cavab: Verilən suala əsasən belə xəstənin vəzifəsi cəbirə hökmündədir. Lazımdır ki, cəbirə dəstəmazı və cəbirə quslu alınsın.1

Sual 190: Yuxarıda qeyd olunan əksər hallarda, plastik boruların içində və onların xarici hissəsində qan toplanır. Qanın olmasının namaz üçün bir maneəsi varmı?

Cavab: Əgər çətinliyi yoxdursa borunu dəyişin, yaxud da boşaldıb təmizləyin. Əks təqdirdə həmin vəziyyətdə namaz qılsa düzgündür

Dəstəmaz haqqında olan başqa məsələlər


Sual 191: Dəstəmaza başlamazdan əvvəl əl-üzümü yumuşam. Dəstəmaz almaq üçün onları qurutmalıyammı?

Cavab: Qurutmaq lazım deyil.

Sual 192: Bir nəfər su təşkilatının xəbəri olmadan qonşudan əlavə boru çəkib. Suyun pulunu isə qonşuya verir. Həmin su ilə dəstəmaz və quslun hökmü nədir?

Cavab: Əgər boru xəttini müvəqqəti istifadə niyyəti ilə çəkibsə hələlik maneəsi yoxdur, əks halda istifadə etmək düzgün deyil. Qusl və dəstəmazın düzgünlüyü müşküldür.

Sual 193: İmamzadə kənarında ölülərin dəfn olunduğu bir yerdə hovuz düzəldiblər. Orada dəstəmaz almağın hökmü nədir?

Cavab: Verilən suala əsasən, zahirən orada dəstəmaz almaq düzgündür.

Sual 194: Bir nəfər dəstəmazdan sonra üzündə bir qan görür. Bilmir ki, dəstəmaz əsnasında olub, ya dəstəmazdan sonra. Dəstəmazı düzgündürmü?

Cavab: Aldığı dəstəmaz düzgündür

Sual 195: Dəstəmaz suyu saflaşdırılmış su olmalıdırmı?

Cavab: Saflaşdırılması lazım deyil. Mütləq su olması lazımdır.

Sual 196: Qəsbi ayaqqabı ilə alınan dəstəmazın hökmü nədir?

Cavab: Eybi yoxdur.

Sual 197: Dəstəmazın düzgün icra olunub-olunmamasındakı şəkkin hökmü nədir?

Cavab: Əgər dəstəmaz alandan sonra şəkk edərsə əhəmiyyət vermək lazım deyil, dəstəmazı düzgündür. Amma dəstəmaz aldığı əsnada şəkk edərsə, şəkki aradan qaldırmalı (yəni şəkk etdiyi yeri yenidən yumalı), ondan sonra ardıcıllıqla dəstəmazı tamamlamalıdır.

Sual 198: Əgər insan namaz əsnasında şəkk etsə ki, dəstəmaz alıb ya yox, nə etməlidir? Cavab: Əgər əvvəlki vəziyyətini bilməsə, namazı yarıda qoymalıdır. Dəstəmaz alandan sonra əvvəldən namazı qılmalıdır. Daha yaxşı olar ki, namazı şəkk etdiyi halda başa vurub, sonra dəstəmaz alıb namazı təzədən qılsın. Əvvəlki vəziyyətini bilirsə, onu əsas tutmalıdır. Deməli namazdan əvvəlki vəziyyəti dəstəmazlı olmaqdırsa, namazı davam etsin, təkrar namaz qılmaq lazım deyil.

Qabaqkı vəziyyətində dəstəmazsız olduğunu bilirsə və sonra dəstəmaz aldığını ehtimal edirsə, namazı yarıda qoyub, dəstəmaz alsın və namazı əvvəldən qılsın.



Sual 199: Həddi-büluğa çatmayan uşağın dəstəmazı düzgündürmü? Onun əlinə Quran vermək olarmı?

Cavab: Bəli, dəstəmazı düzgündür, onun əlinə Quran verməyin eybi yoxdur.





Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə