ŞƏRİ suallara cavab



Yüklə 6.71 Mb.
səhifə17/47
tarix03.06.2018
ölçüsü6.71 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

MEYYİT QUSLU


Sual 333. Meyyitin sümükləri bir neçə ildən sonra ələ gəlmişdir, qusl, kəfən və namaz vacibdirmi?

Cavab: Sümüklərin hamısı ələ gəldiyi üçün meyyitə aid olan bütün hökmləri yerinə yetirmək vacibdir. Yəni üç qusl versinlər, kəfənə büksünlər, hənutdan sonra namaz qılıb dəfn etsinlər.

Sual 334. Diri insanın bədənindən bir tikə ayrılmışdır, o meyyit hökmündədirmi?

Cavab: Bəli, əgər o tikənin sümüyü olsa ehtiyata əsasən qusl verib bir parçaya büksünlər, əgər hənut yerlərindəndirsə hənut edib dəfn etsinlər. Amma əgər sümüyü olmasa qusl lazım deyil, onu bir parçaya büküb dəfn etsinlər.

Sual 335. Meyyit quslu üçün nə qədər su lazımdır?

Cavab: Meyyitə verilən üç qusl suyu müstəhəbdir altı tuluq miqdarında olsun, bu miqdar su təkcə vacibat üçün deyil, tamam vacibat və müstəhabbatın istifadəsi üçündür.

Sual 336. Əgər su olsa, amma sidr və kafur olmasa vəzifə nədir?

Cavab: Bu halda gərək xalis su ilə üç qusl verilsin, birinci quslu sidr suyu niyyətinə, ikinci quslu kafur suyu niyyəti ilə yerinə yetirin.

Sual 337. Əgər qusl əsnasında, ya qusllardan sonra meyyitin bədəni nəcis olsa və ya ondan qan, sidik və bir nəcasət xaric olsa quslları təkrarlamaq lazımdırmı?

Cavab: Təkrarlamaq vacib deyil, amma müstəhəbdir təkrarlasınlar.

Sual 338. Əgər qusllardan sonra və dəfndən əvvəl meyyitin bədəni onun öz nəcasəti (qan, sidik və s. kimi) vasitəsi ilə murdarlansa nə etmək lazımdır?

Cavab: Nəcasəti aradan aparıb bədəni paklamaq vacibdir. Təmizləmək çətin olarsa, ya meyyitin hörmətsizliyinə səbəb olarsa paklamaq lazım deyil, meyyiti təmizlənməmiş dəfn edə bilərlər.

Sual 339. Bədəni yara olan meyyitin qanı kəsilmirsə cəbirə quslu edilməlidir, ya təyəmmüm?

Cavab: Meyyit qusluna cəbirə qeyd olunmamışdır, əslində mənası da yoxdur. Verilən suala əsasən gərək qan kəsilənə qədər səbr etsinlər və əgər quslu gecikdirmək meyyitə hörmətsizlik gətirərsə, mümkün olan hər vasitə ilə qanı saxlasınlar və qusl versinlər, yaxud da boruya və kür suyuna bitişik olan sidr və kafur suyu ilə qusl versinlər. Əgər mümkün olmasa təyəmmüm etsinlər.

Sual 340. Bir meyyitin cəsədi bir neçə gündən sonra tapılmışdır. Çox üfunətli olduğu üçün qusl verən şəxs əziyyət çəkər, ikincisi də bədənin parçalanıb dağılması mümkündür. İndi vəzifə nədir?

Cavab: İmkan olan surətdə üfunət və iydən qorunmaq üçün bir şeydən istifadə edib meyyiti paklasınlar. Sidr, kafur və xalis suyu əl sürtmədən meyyitin bədəninə töksələr meyyit parçalanmaz. Gərək bu yolla meyyitə qusl versinlər, əks halda ona təyəmmüm edib dəfn etsinlər.

Sual 341. Bir şəxs vəfat etmişdir, qusl üçün su tapılmırsa vəzifə nədir?

Cavab: Əgər su tapılana qədər quslu gecikdirmək, yaxud su olan yerə meyyiti aparıb çatdırmaq meyyitə ehtiramsızlıq gətirərsə, ya iylənərsə gərək təyəmmümlə dəfn etsinlər. Vacib ehtiyata əsasən hər quslun əvəzinə ayrıca təyəmmüm versinlər və bir təyəmmüm də bütün quslların niyyəti ilə verilsin.

Sual 342. Meyyitə təyəmmüm verilməlidir, amma təyəmmüm yerləri nəcis və qana bulaşmışdır. Paklamaq mümkün olmasa, ya da qanın qarşısını ala bilmirlərsə vəzifə nədir?

Cavab: Əgər mümkündürsə qanı təmizləsinlər, əks halda üzərinə parça, ya salafan çəksinlər və onun üzərinə təyəmmüm versinlər.

Sual 343. Hadisə zamanı bir şəxs vəfat etmişdir, əgər qusl vermək istəsələr bütün bədəni parçalanar; bütün təyəmmüm üzvləri də aradan getmişdir. Vəzifəmiz nədir?

Cavab: Suala əsasən qusl və təyəmmüm lazım deyil. Ehtiyat budur ki, cənazəni bir salafana büksünlər və onun üzərindən meyyitə aid olan üç quslu versinlər.

Sual 344. Dörd aylıq uşaq siqt1 olmuşdur. Ona qusl və kəfənlə yanaşı hünut da lazımdırmı?

Cavab: Bəli, hünut da lazımdır.

HADİSƏ NƏTİCƏSİNDƏ ƏZİLƏNLƏRİN VƏ YARALANANLARIN QUSLU


Sual 345. Sürücü avtomobil qəzası nəticəsində vəfat etmişdir. Qusl üçün bədəninin qanı heç yolla dayanmırsa vəzifə nədir?

Cavab: İmkan olan surətdə qan dayanana qədər səbr etsinlər, əgər dayanmasa qan axan yerləri yapışqan, ya başqa şeylərin vasitəsi ilə bağlasınlar, qanaxmanın qarşısını alıb qusl etsinlər. Əgər mümkün olmasa, o halda axar, ya kürr su ilə qusl etsinlər. Sidr və kafur suyunu bir qaba töküb axar su hökmündə olan krant suyunu şlanq vasitəsi ilə o qaba birləşdirsinlər. Sonra meyyitin bədəninə töküb qusl etsinlər. Ya bir miqdar sidr və kafuru kürr suyuna töksünlər, bir şərtlə ki, müzaf suya çevrilməsin və meyyiti onun içərsinə salsınlar və tovziul-məsail risaləsində qeyd olunan tərtibə riayət edib qusl versinlər. Ehtiyat budur ki, qusldan sonra təyəmmüm yerlərini qurudub təyəmmüm də etsinlər.

Sual 346. Hadisə zamanı yaralanmış bir cəsədin qanı nə yapışqan, nə gips nə də başqa vasitələrlə saxlamaq mümkün deyil. Belə cəsədi salafan bir kisəyə salıb kəfənləsək səhihdirmi? Çünki, belə etməsək kəfən qanlı olar.

Cavab: Başqa cür mümkün olmayan surətdə bu işi qusl və təyəmmümdən sonra yerinə yetirsinlər.

Sual 347. Yol qəzası nəticəsində bir şəxsin sinə, baş və qarın nahiyələri təmamilə məhv olmuşdur, vəzifə nədir?

Cavab: İçərsində sümüyü olan hissələrinə qusl verib, bir parçaya büküb dəfn etsinlər və içərsində ürək olan sinə tapılsa qusl və kəfəndən sonra namaz da qılsınlar.

Sual 348. Bir şəxs yol qəzasında ölmüş, başı dağılıb və bədəni əzilmişdir; onu bir kisəyə qoymuşlar, indi onun quslu necə olmalıdır?

Cavab: Əgər ona qusl verən zaman bədən üzvləri ayrılıb düşmürsə, qusl versinlər. Əks halda, əgər əlləri varsa əllərinə təyəmmüm versinlər və yaxud başı, əlləri təyəmmüm və qusla yararsızdırsa qusl və təyəmmüm hər ikisi ondan götürülür. Həmin kisəyə namaz qılıb dəfn etsinlər.

Sual 349. Bir şəxs suda boğulmuş və bir müddət suda qaldığı üçün şişmişdir. Qusl zamanı nə etmək lazımdır?

Cavab: Əgər qusl verməklə bədəni qopub tökülmürsə qusl versinlər, əgər qopub tökülürsə təyəmmüm etsinlər.

Sual 350. Çarəsizlik üzündən ana bətnində 4 aylığından çox olan uşağı doğrayıb çıxartmışlar, vəzifə nədir?

Cavab: Sümüyü olmayan doğranmış tikələri o halda bir parçaya büküb dəfn edin, amma sümüyü olan tikələri və onda olan sinə və ürəyi qusl edin, kəfənə büküb dəfn edin.

Sual 351. Bir cənazəni cərrahiyyə yolu ilə yarıb, sonra isə tikiblər. Dərinin bir miqdarı tikilən zaman içəridə qalıb, əgər su tamamilə dəriyə çatmırsa nə edilməlidir?

Cavab: Sualda fərz olunan halda meyyitə olduğu kimi qusl versinlər və ehtiyat üçün təyəmmüm də etsinlər.



Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə