Sual 18. Əgər iki müctəhiddən hansı birinin ələm olması məlum olmasa vəzifə nədir?
Cavab: Gərək ələm olması ehtimal verilənin fətvasına əməl etsin.
Sual 19. İki müctəhidin ələm olmasını xəbər verən Əhli-Xibrənin şəhadəti bir-birinin əksinə olarsa vəzifə nədir?
Cavab: Verilən suala əsasən, müqəllid ixtiyar sahibidir və hər birindən istəsə təqlid edə bilər.
20. Ələm müctəhiddən təqlid etmək vacibdirmi? Vacib olan surətdə fiqhdə ələm olması əsasdır və ya zəmanə və hadisələrlə tanışlığı da şərtdir?
Cavab: Ələmdən təqlid etmək vacibdir. Ələmiyyətdən məqsəd İlahi hökmlərin mötəbər mənbələrdən istinbatında daha kamil bacarığın və daha çox məlumat və biliyin olmasıdır.
Sual 21. Bir müctəhidin müqəllidi onun göstərişlərinə əməl etdikdən sonra başa düşmüşdür ki, onun elm və ədaləti digər müctəhidlərdən azdır. Onun keçmiş əməllərinin hökmü nədir?
Sual 22. Ələm olmayan müctəhid öz nəzərlərinə əməl edə bilərmi, ya gərəg ələmdən təqlid etsin?
Cavab: Müctəhid olan hər bir kəsin, istər ələm olsun, istər qeyri ələm, digər müctəhiddən təqlid etməsi düzgün deyildir.
Sual 23. Müctəhid olmayan şəxs Üsuli-Kafi və başqa mötəbər kitablarda nəql olunan rəvayətlərə əməl edə bilərmi? (Yaxud, camata oxumaqla onların da əməl etməsini söyləyə bilərmi?)
Cavab: Əgər mükəlləf insan ehtiyata əməl etmək istəməsə, ya gərək müctəhid olsun və ya öz ictihadına uyğun əməl etsin, yaxud da Camiuş-şərait müctəhiddən təqlid etsin.
Sual 24. Əgər insan təqlid etdiyi müctəhidin ölümündən sonra onun axır vaxtlarına kimi mərcəiyyət şəraitində qalıb-qalmamasında şəkk etsə, onun təqlidində qala bilərmi?
Cavab: Bəli, onun təqlidində qala bilər.
Sual 25. Təqlid etdiyi müctəhidi dünyadan getmiş bir şəxs başqa diri müctəhidə müraciət etmişdir. Onun yenidən həmən müctəhidə qayıdıb təqlid etməsi caizdirmi?
Cavab: Xeyr, caiz deyildir.
Sual 26. Bir şəxs əvvəllər Həzrət İmam Xomeynidən (r) təqlid etmiş, sonra sizə müraciət etmişdir. Təkrar olaraq bəzi məsələlərdə (məs. hədiyyəyə xumsun vacib olmaması kimi ) o mərhuma müraciət etmək caizdirmi?
Cavab: Xeyr, caiz deyildir.
Sual 27. Mərhum Ayətullah Xoinin (r) zamanında işi səfər etməkdən ibarət olan bir şəxs əslən namaz qılmamışdır. İndi tövbə etmiş və namazlarını qəza etmək istəyir. Onları qəsr şəklində qəza etsin, ya tamam?
Cavab: Əgər onun təqlidində qalıbsa, öz namazlarını kamil surətdə qəza etsin. Amma əgər digər bir müctehidə təqlid edirsə, onun fətvalarına uyğun əməl etsin.
Diri müctəhiddən başqa diri müctəhidə keçmək
Sual 28. Bir müctəhidə təqlid etdikdən sonra digərinin ələm olması məlum olsa, ona müraciət etmək olarmı?
Cavab: Ələm olana müraciət etmək lazımdır.
Sual 29. Mərhum Ayətullah Ərakinin (r) vəfatından sonra bir şəxs əməllərini təqlidsiz yerinə yetirməsin deyə, tədqiq etmədən bir müctəhiddən təqlid etmişdir. İndi digər bir müctəhidə müraciət edə bilərmi?
Cavab: Əgər mərcəiyyət şəraiti onda mövcud olmasa, üdul etməsi (dəyişməsi) lazımdır.
Sual 30. Əhli-xibrə olması məlum olmayan iki adil şəxsin sözünə əsasən, bir nəfər bir müctəhidə müraciət etmişdir. Bu kimi müraciət səhihdirmi?
Cavab: Əgər Əhli-xibrə olmasa, onların şəhadətinin etibarı yoxdur.
Ölü müctəhidin təqlidində qalmaq
Sual 31. Mərhum Ayətullah Ərakinin (r) vaxtı zamanı ondan təqlid etmək istəyirdim və özümü onun müqəllidi bilirdim. Amma onun fətvasını öyrənməyib ehtiyata uyğun əməl edirdim, bu surətdə onun təqlidində qalmağın hökmü nədir?
Cavab: Verilən suala əsasən onun təqlidində qalmaq caiz deyildir. Çünki, ondan təqlid etmək ölü müctəhiddən təqlidə başlamaq hesab olacaqdır.
Sual 32. Mən Həzrət İmam Xomeyninin (r) vəfatından sonra bir çox məsələlərdə Ayətullah Ərakiyə müraciət etmişəm. O məsələlərdə onun fətvasında qala bilərəmmi?
Cavab: Əgər İmamın ələm olması sizin üçün sabit olubsa, gərək bütün məsələlərdə onun təqlidində qalasınız.
Sual 33. Ölü müctəhidin təqlidində qalmaq düzgündürmü? Diri müctəhidə keçmək olar, ya yox?
Cavab: Bütün məsələlərdə (hətta əməl etmədiyi məsələlərdə belə,) ölü müctəhidin təqlidində qalmaq caizdir. Ölü müctəhidin diri müctəhiddən ələm olması fərz olunsa, onun təqlidində qalmaq vacibdir.
Sual 34. Sizin fətvanıza əsasən İmam Xomeyninin (r) təqlidində qalan şəxslər bəzi məsələlərdə sizdən (yəni F. Lənkəranidən) təqlid edə bilərlərmi?
Cavab: Əgər İmam Xomeyninin (r) ələm olması sizin etiqadınıza görə mənə nisbətdə sabit olmasa maneəsi yoxdur
Sual 35. Mən əvvəl Həzrət İmam Xomeyni (r) sonra Həzrəti Ayətullah Gülpayqani (r) və daha sonra Həzrət Ayətullah Ərakidən (r) təqlid etmişəm. İndi onlardan hər hansı birinin təqlidində qala bilərəmmi?
Cavab: Qala bilərsiniz və o üç böyük şəxsiyyətdən hər hansı birini ələm bilsəniz, onun təqlidində qalmağınız lazımdır.