ŞƏRİ suallara cavab



Yüklə 6,71 Mb.
səhifə34/47
tarix03.06.2018
ölçüsü6,71 Mb.
#52481
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

RuhaniLərə iqtida etmək


Sual 673. Çox savadlı qardaşlardan bəziləri hələ ruhani libası geyinməyiblər. Onların camaata imamlıq etməsi düzgündürmü?

Cavab: Əmmaməli şəxslər olmayan surətdə əmmaməsiz şəxslərin imamlıq etmələrinin işkalı yoxdur. Ancaq əmmaməli şəxs olan təqdirdə işkalı vardır. Xüsusilə məscidlərdə, əgər əmmaməli olmayan şəxsin imamlıq etməsi hörmətsizliyə səbəb olarsa, haramdır və caiz deyildir.

Sual 674. Bəzi vaxtlar İmam-camaat namaza hazır olmur, sıravi möminlərdən birini İmam-camaatın yerinə seçə bilərlərmi?

Cavab: Bəli, əgər İmam-camaatın şərtlərinə malik olsa və başqa bir ruhani də olmasa maneəsi yoxdur.


Qadının imamlıq etməsi


Sual 675. Namazda qadının imamlıq etməsi səhihdirmi?

Cavab: Qadının imamlıq etməsi kişilər üçün düzgün deyildir, qadınlar üçün isə ehtiyat-vacibin xilafınadır.

Sual 676. Bir müctəhid, qadının qadınlar üçün İmam-camaat olmasına icazə verirsə, Sizə və imam Xomeyniyə (r) təqlid edənlər o qadına iqtida edə bilərlərmi?

Cavab: Hər kəsin vəzifəsidir ki, öz təqlid etdiyi müctəhidin fətvasına əməl etsin. Bunun üçün İmam Xomeynidən və məndən təqlid edən şəxslər vacib ehtiyata əsasən o xanıma iqtida edə bilməzlər. Çünki, bu məsələ fətva deyildir. Qadının imamlığını caiz və səhih bilən ələm müctəhidə ələmiyyət qaydalarına riayət etməklə müraciət etmək olar.

Sual 677. Qız ya oğlan olması müəyyən olmayan bir şəxs evlənibdir. Bu adam müəyyən miqdar cinsi əlaqədə olmağa qadirdir. Lakin batində qadınlıq əlamətləri çoxdur. Bu şəxs ruhani libası geyinə bilərmi, imam-camaat ola bilərmi, başqası üçün əcir tutula bilərmi? Məğrib, işa ya sübh namazını ahəstə qılsın ya ucadan?

Cavab: Bu şəxsin qadınlıq, ya kişilik əlamətindən biri daha aşkar müəyyən olsa, əgər cərrahlıq yolu ilə aydın olan müəyyən cinsə salsalar, müəyyən olan öz cinsi hökmündədir. Amma onun kişi ya arvad olmasını ayırd etmək müşkül olsa, gərək geyim və sair işlərdə ehtiyat etsin, ruhani libası kimi kişilərə aid olan geyimləri geyinə bilməz və İmam-camaat da ola bilməz. Namaz və oruc üçün əcir tutulsa maneəsi yoxdur.

İmam-camaata birləşmək


Sual 678. Neçə mərtəbəli binaların birinci mərtəbəsində camaat namazı qılınırsa, yuxarı təbəqələrdə olanların iqtida etmələrinin hansı hökmü vardır?

Cavab: İqtidanın səhih olması camaatın yığılması və sıraların bir-birinə birləşməsi ilə mötəbər sayılır. Buna görə yuxarı təbəqədə olanlar çox yuxarıda olmasalar, cərgələrin birləşməsi və vəhdət pozulmayıb desələr, iqtida səhihdir. Əks halda səhih deyildir.

Sual 679. Birinci cərgədə yaxşını pisdən ayırd edə bilən iki uşaq iqtida etsə, birləşmə pozulurmu?

Cavab: Onların namazlarının batil olmalarını bilməsə İmam-camaatla əlaqə kəsilmir.

Sual 680. Camaat namazının birinci sırasında bir nəfər namazını tək qılırsa rabitə pozulurmu? Və bu fasilə sayılırmı?

Cavab: Bir nəfər adətən cərgələrin pozulmasına və bir-birinə dəyməsinə maneə ola bilməz. Bəli, İmamı görməsə, ya imamı görən məmum üçün mane yaradarsa, fasilə sayılır və maneçilik törədir.

Sual 681. Təqiyyə olmayan halda əvvəlki cərgələrdə duran əhli-sünnətdən olan məmumların vasitəsi ilə İmam-camaata birləşmək olarmı?

Cavab: Verilən suala əsasən səhih deyil.

İqtidanın səhih vaxtı


Sual 682. Məmumun İmam-camaatla eyni vaxtda təkbirətul-ehram deməyi səhihdirmi?

Cavab: Ehtiyat-vacib odur ki, İmamın təkbiri tamamlanmamış təkbir deməsinlər.

Sual 683. Əgər səhvən bir kəs İmam-camaatla eyni vaxtda təkbir desə vəzifəsi nədir?

Cavab: Ehtiyat- vacib odur ki, bu halda namazını camaatla tamamlasın və sonra yenidən qılsın.

Sual 684. Əgər məmum səhvən, ya İmamın namaza daxil olduğunu güman edib təkbirətul-ehram desə vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən namazı tək halda səhihdir. Onu tək niyyəti ilə tamamlaya bilər, əgər camaatla qılmaq istəsə niyyətini müstəhəbbi namaza döndərsin. Onu tamam edəndən sonra iqtida etsin, ya onu saxlayıb namazı batil edən bir iş görüb (danışmaq, qibləyə arxa çevirmək) yenidən iqtida etsin.

Sual 685. İmam rükuya getməmişdən əvvəl iqtida etmək işkallıdırmı?

Cavab: Əgər birinci və ikinci rəkətlərdə rükuya gedən halda olan İmama iqtida etsə işkalı yoxdur. Amma üçüncü və dördüncü rəkətlərdə iqtida etmək istəsələr və İmam rükuya getməmişdən əvvəl ən azı həmdi oxumağa fürsət qalmadığını bilsələr, vacib-ehtiyata əsasən səbr etsinlər, İmam rükuya çatan vaxt iqtida etsinlər.

Sual 686. Bir şəxs rükudan qalxandan sonra İmamın rükusuna çatıb-çatmamasında şəkk etsə, vəzifəsi nədir?

Cavab: Rüku halında İmamın rükusuna çatmasına yəqinlik tapıbsa, şəkkinə etina etməsin, amma qəflətdə olubsa ehtiyata görə namazını camaatla tamamlasın və ikinci dəfə təzədən qılsın.

Sual 687. Camaat namazında qadınlar və kişilər arasında kərpicdən ya dəmirdən nazik bir divar çəkmək səhihdirmi?

Cavab: Camaatın vəhdəti və namaz qılınan yer qarışmasa, qadınlar da İmamın hansı halda olduğunu bilsələr maneəsi yoxdur.

TABELİK


Sual 688. Gözündə cərrahiyyə əməliyyatı aparılan bir şəxs səcdəni uzada bilmirsə, camaat namazında iştirak edə bilərmi və İmamdan tez səcdədən qalxa bilərmi? Yaxud səcdəsi çox çəkməsin deyə, İmamdan sonra bir miqdar səbr edib sonra səcdəyə gedib İmamla birlikdə qalxa bilərmi?

Cavab: İmamdan tez səcdədən qalxmaq düzgün deyil, İmamdan bir az sonra səcdəyə gedib onunla birlikdə qalxa bilər.

Sual 689. Məmum rükuya gedəndən sonra İmamın səhvən qunuta məşğul olduğunu bilsə vəzifəsi nədir?

Cavab: Gərək o qədər rükuda qalsın ki, imam qunutunu tamamlayıb rükuya getsin.

Sual 690 İmam-camaat surədən bir miqdar unudub rükuya getsə bu işə diqqət yetirən məmumların vəzifəsi nədir?

Cavab: Əgər məmum rükuya gedəndən sonra başa düşsə ki, İmam surənin bir miqdarını unudub, namazı səhihdir. Lakin rükudan əvvəl başa düşsə gərək furada niyyət etsin, İmamın unutduğu hissəni özü oxuyub furada niyyəti ilə namazını tamamlasın.

Sual 691. Əgər məmum səhvən ikinci rəkətdə qunutdan əvvəl rükuya getsə, sonradan İmamın qunuta məşğul olduğunu başa düşsə vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən, gərək rükudan qalxsın və İmamla birlikdə qunut tutub, sonra onunla birlikdə rükuya getsin. Bu surətdə etdiyi artıq rüku İmama tabeçilik üzündən olduğu üçün namaza zərər yetirmir, namaz səhihdir.

Sual 692. Risalədə buyurmusunuz: Əgər məmum İmamdan əvvəl rüku və səcdədən başını qaldırsa, gərək rükuya, ya səcdəyə getsin. Rüku, ya səcdənin artıq olması namazı batil etmir. Xahiş edirik buyurun: Artıq rüku və səcdə üçün səcdeyi-səhv yerinə yetirmək lazımdırmı?

Cavab: Verdiyiniz sual səcdeyi-səhvə aid deyil, habelə camaat namazının başqa yerlərində də tabeçilik üzündən artıq olsa səcdeyi-səhvə səbəb olmaz.

Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin