Sual 714. Lütfən xahiş edirik bəyan edəsiniz: Böyük günahlar dedikdə məqsəd nədir və böyük günahlar hansılardır?
Cavab: Böyük günahlar elə günahlardır ki, aşkar ya gizli yerinə yetirənə Mütəal-Allah cəhənnəm vədəsi vermişdir. Dəlillərdən belə istifadə olunur ki, onlardan bəziləri öz-özlüyündə mütləq şəkildə böyük, bəlkə daha böyük günahlardandır, bəziləri isə özündən aşağı dərəcədə olan günahlarla müqayisədə böyük günah hesab olunur.
Onlardan bəzilərini Qurani-Kərimdə olan ayələrlə qeyd olunduğu üçün yada salırıq. Ümidvarıq ki, möminlər bütün günahlardan pəhriz etsinlər:
1) Allaha şərik qoşmaq;
«Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə böyük günah etmiş olur.»1
2) Qətli haram olan bir kəsi öldürmək;
«Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar.»2
«Özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir. Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz tezliklə onu cəhənnəm oduna atarıq. Şübhəsiz ki, bu iş Allah üçün çox asandır.»3
3) Valideynə hörmətsizlik;
«O, həmçinin məni anama qarşı olduqca nəvazişkar etdi, zülmkar və asi eləmədi.»4
Bu ayəyə diqqət yetirməklə: ,,Hər bir inadkar təkəbbür sahibini isə ziyana uğratdı.
«Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. Və irinli və pis qoxulu sudan içirdiləcəkdir.»1
«Amma bədbəxt olanların hamısını həsrətdən ah-fəryad çəkə-çəkə cəhənnəm oduna atacaqlar.»
4) Cihaddan qaçmaq;
«Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədi ilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.»2
5) Yetimin malını yemək;
«Həqiqətən, yetimlərin mallarını zülm və haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə ) alovlu Cəhənnəmə girəcəklər.»3
6) Riba yemək;
«Riba yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş və dəli olmuş kimi qalxarlar (özünü ayaq üstə saxlamağa qadir deyil, belə ki, gah yıxılar və gah da dururlar.) Bunların belə olmaları: “Alış-veriş də riba kimi bir şeydir.“- dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, riba almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.»4
7) İffətli qadınlara zina töhməti vurmaq;
«Zinadan xəbəri olmayan namuslu, ismətli hər növ çirkinliklərdən uzaq olan mömin qadınları zinada ittiham edənlər dünya və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.»5
8) Zina;
«Onlar zina etməzlər, Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o əzab) içində zəlil olub qalar.»1
9) Əlaqəni kəsmək (qohumluq, ya yoldaşlıq əlaqəsi);
«Fasiqlər o kəslərdir ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır.»2
10) Zülm;
«Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri hər bir tərəfdən onları bürüyəcəkdir. Onlar su istədikdə onlara qızmış dəmir kimi üzlərini biryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir.»3
11) Allah bəndələrini Allah yolundan azdırmaq;
«O, boynunu Allah yolundan çıxartmaq məqsədi ilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, Qiyamət günü isə ona Cəhənnəm odunun əzabını daddıracağıq.»4
12) Allaha yalan bağlamaq;
«Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?»5
«De! Allaha qarşı yalan uyduranlar, (sözsüz ki,) nicat tapmazlar.»
«Onlar üçün dünyadan bir azacıq mənfəət vardır. Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq.»6
13) Təkəbbür;
«Girin Cəhənnəm qapılarından və həmişəlik orada qalın. Ora təkəbbürlülərin sığınacağı üçün necə də pis məkandır.»7
14) İsraf;
«Biz həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir.»1
15) Malı əbəs yerə səpələmək;
«Heç vaxt (mal-dövlətini əbəs yerə) səpələmə.
Həqiqətən (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.»2
16) Zalımlara arxalanmaq;
«Zülm edənlərə meyl etməyin, yoxsa sizi də atəş bürüyər.»3
17) Mütəal Allahın rəhmətindən ümidsiz olmaq;
«Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər.»4
18) Alış-verişdə çəki və ölçüdə aldatmaq;
1) Vay olsun çəkidə və ölçüdə aldadanlara.
2) O kəslər ki, özləri insanlardan bir şey aldıqları zaman onu tam ölçüb alar.
3) Onlar üçün ölçüldükdə və ya çəkdikdə isə (onu əskildərlər).
4) Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlər?..
5) Özü də böyük bir gündə?..
6) O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbi olanın (Allahın) hüzurunda duracaqlar..5
19) Allahın qəzəbindən qorxmamaq;
«Məgər Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allah (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına (cəzalanmayacağına) zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz.»6
20) Oğurluq;
«Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah yenilməz qüvvət, hikmət sahibidir...»
«Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Bu cəzadan əfv olunar, çünki həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.»1
21) Sehr;
(Yəhudilər) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman heç vaxt (əlini sehrə bulamadı) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək (o iki mələk sehr və onu batil etməyin yolunu camaata öyrədirdilər) kafir oldular. Halbuki, (o iki mələk) “Biz Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq) sən gəl kafir olma..“- deməmiş heç kəsə (sehr) öyrətmirdilər. Bu öyrəndiklərindən adi istifadə etmə. Ancaq onlar o iki mələkdən mətləblər öyrənirdilər ki, onun vasitəsi ilə ər-arvad arasına ayrılıq salsınlar. Lakin onlar heç vaxt Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər.2
22) Ğina və bihudə əyləncə işlərlə tar, nağara kef və əyyaşlıq məclisinə uyğun olan musiqi ilə məşğul olmaq;
«İnsanlar içərisində eləsi də vardır ki, nadanlıq üzündən Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alar. Məhz belələri üçün rüsvayedici bir əzab vardır.»3
23) Bilərəkdən yalandan xəbər vermək, onu isbat və ya təkid etmək üçün Allaha and içmək.
«Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz. Onlar şiddətli bir əzaba düçar olarlar...»4
Dostları ilə paylaş: |