ŞƏRİ suallara cavab



Yüklə 6,71 Mb.
səhifə4/47
tarix03.06.2018
ölçüsü6,71 Mb.
#52481
1   2   3   4   5   6   7   8   9   ...   47

TƏHARƏT VƏ NƏCASƏT


Sual 50: Paltarın ipi nəcis olmuşdur, günəş onu pak edirmi?

Cavab: Günəş onu pak etmir.

Sual 51: Əgər günəşin şüası güzgü vasitəsi ilə nəcis yerə düşürsə, pakedicidirmi?

Cavab: Xeyr, pakedici deyil.

Sual 52: Suyun rəngi, iyi və dadının dəyişilməsi, onun müzaf olmasına səbəb olurmu?

Cavab: Xeyr, qeyd olunan cəhətlərlə dəyişən su müzaf olmur. Doğrudur, əgər su ilə qatışmış bir şey o qədər ola ki, el arasında artıq ona su deyilməmiş olsa, müzaf sudur. Şərbət, ayran, çay və bu kimi şeylər.

Sual 53: Nəcis olan kürr suyunun rəngi, iyi və dadı kimyəvi maddələr vasitəsi ilə dəyişərsə pak olarmı?

Cavab: Xeyr, pak olmur.

Sual 54: Nəcis bir yerin üzərinə sərilmiş yorğan oradan nəm çəkib ağırlaşmışdır. Nəcisdirmi?

Cavab: Əgər yer rütubətli olubsa, yorğan nəm çəkərək ağırlaşıbsa nəcis deyildir. Lakin, əgər yer yaş olub və yaşlıq yorğana yetişibsə, nəcis olmuşdur.

Sual 55: Əl-üz yuyulan yerin və tualetin divarı bir metr hündürlükdə nəm çəkmişdir, nəcisdir, ya yox?

Cavab: Suala əsasən, divar nəcis deyildir.

Sual 56: Nəcislənmiş suyun və ya sidiyin buxarı nəcisdirmi?

Cavab: Buxar mütləq şəkildə pakdır.

Sual 57: Nəcis neftin, çubuğun və yaxud başqa nəcis olan şeylərin tüstüsü pakdırmı?

Cavab: Əgər qara his halında cəm olsa və onda nəcislə qarışmış zərrəciklər olmasa, pakdır.

Sual 58: Nəcis şey neçə vasitə murdarlayıcı olur?

Cavab: Üç vasitə murdarlayıcıdır.

Sual 59: Murdar sudan içmək və ya təharət üçün istifadə etmək olarmı?

Cavab: Caiz deyildir.

Sual 60: Bəzən, düşmək vaxtı çatan bədən dərisini qoparan zaman onunla yanaşı vaxtı çatmamış dəri də qoparılır. Qoparılan zaman qanaxma, göynəmə və ağrı olmasa, qopardıb atmağın eybi vardırmı və nəcis olurmu?

Cavab: Eybi yoxdur və nəcis olmur.

Sual 61: Ov iti, yaxud çoban iti başqa itlər hökmündədirmi?

Cavab: Nəcasət cəhətdən başqa itlərdən fərqi yoxdur.

Sual 62: Nəcis yeyən heyvanın əti və yumurtası nəcisdirmi?

Cavab: Xeyr, nəcis deyil, amma gərək onu yeməkdən çəkinsinlər.

Sual 63: Süd sağılan vaxt üstündə köpük yaranır. Əgər quru qan zərrəcikləri onun üstünə tökülərsə süd nəcis olurmu?

Cavab: Nəcis olur; lakin o qanı və köpükləri götürərkən südə toxunarsa və ya onu götürəndən sonra yenə südün üstündə köpük qalsa nəciz olmaz.

Sual 64. Əti halal olan heyvanın qanı nəcisdirmi?

Cavab: Nəcisdir. Amma bir dirhəm ölçüsündən az olsa onunla namaz qılmağın eybi yoxdur.

Sual 65. Əgər yumurtada bir miqdar qan müşahidə olunsa, hökmü necədir?

Cavab: Nəcis deyildir. Amma o qanı yeməkdən çəkinsinlər.

Sual 66. Südün içərisində bir miqdar qan olarsa, onu nəcis edirmi?

Cavab: Əgər məlum olsa ki, qan südün içərisindədir, bütövlükdə nəcis olur.

Sual 67. Sarı və ağ spirt nəcisdirmi?

Cavab: Texniki spirt və əczaçılıqda, iynə vurulanda və bu kimi şeylərdə istifadə olunan spirtlər nəcis deyildir.

Sual 68. İt və kafir kimi nəcisül-eyn olanların bədənindən bir hissə müsəlmanın bədəninə köçürülərsə, hökmü nədir?

Cavab: Müsəlman bədəninin hökmünü tapacaqdır.

Sual 69. Əgər insan üzvlərini verən kafir olsa, kəsilmiş üzv müsəlmanın bədənində ruh daxil olmamışdan əvvəl, ya sonra hansı hökmədir?

Cavab: Ruh daxil olandan sonra pak olur.

Kafirin nəcis olması


Sual 70. İslam dinində olmayanlar nə üçün nəcis hesab olunurlar. Belə ki, onların çox təmiz olmalarını görürük?

Cavab: Bu haqda mənim nəzəriyyəm budur ki, kitab əhli (məsihilər və yəhudilər) müşrik olmayan surətdə pakdırlar. Amma müşrik olsalar nəcisdirlər. Onların nəcis olmalarında bir hikmət vardır. O cümlədən, müsəlmanlar onlarla gediş-gəliş etməsinlər və cinsi əlaqədə olmasınlar, onların əxlaqi və davranışlarının təsiri altına düşməsinlər. Onlar da müsəlmanların müqabilində zillət və təhqir olmalarını hiss edəcəklər. Başa düşərlər ki, səviyyəsiz və nəcisdirlər. Bundan başqa məsləhətlərdə İslam qanunlarında geniş şəkildə qeyd olunmuşdur.

Sual 71. Yəhudi və nəsrani kimi əhli kitabın yeməyindən istifadə etməyin hökmü nədir?

Cavab: Kitab əhli müşrik olmayan surətdə zatən nəcis deyildirlər. Buna əsasən onların yeməkləri nəcis deyildir. Qida maddələrinin murdar ətdən, yaxud şərab və bunun kimi şeylərin vasitəsi ilə hazırlanması məlum olsa, nəcisdir. Lakin kitab əhlini nəcis bilənlərin nəzərincə isə, onların yeməklə təmasda olduqlarını bildikləri üçün, yeməkləri nəcis hökmündədir.

Sual 72. Zərdüştilər də kitab əhli hesab olunurlarmı?

Cavab: Kitab əhli hökmündədirlər.

Sual 73. Sizdən yəhudi, nəsrani və məcusilərin müşrik olub-olmamaları haqqında sual ediblər. Buyurmusunuz ki, əgər müşrik olmasalar pakdırlar. Müşrik olmağın mənası nədir? İki Allaha (məcusilər) və üç Allaha (nəsranilər) etiqad etmək şirkdirmi?

Cavab: Əgər Allahın vahid olmasının ziddinə olsa şirkdir.

Sual 74: Yəhudi və nəsranilərin hər hansı birinin nəcis olmalarını haradan müəyyənləşdirmək olar?

Cavab: Müşrik olmadıqları məlum olsa və ya onların müşrik olmalarında şəkkiniz olsa, pakdırlar.

Sual 75: Mən həzrət İmam Xomeyninin (r) müqəllidi idim. Sizin icazənizlə onun təqlidində qalmışam. İndi sizin kitab əhlini pak bilməyinizi eşitmişəm. Kitab əhli ilə birgə çalışdığım üçün bu məsələdə sizə təqlid edə bilərəmmi?

Cavab: Əgər İmam Xomeyninin (r) ələm olması sizin üçün sabit olmasa, maneəsi yoxdur.

Sual 76: Özləri üçün xüsusi ayinləri olan «Əliallahlılar» pakdırlarmı? Onlarla ailə qurmağın hökmü necədir? Onlarla bir yerdə yemək yeməyin hökmü nədir?

Cavab: Əgər Həzrət Əlini (ə) allah bilsələr və ya namaz, oruc kimi dinin zəruri hökmlərindən birini, həmçinin məadı inkar etsələr, kafir və nəcisdirlər. Onlarla ailə qurmaq düzgün deyil, həm də onlarla gediş-gəliş etmək, bir yerdə xörək yemək səhih deyildir. Çünki yaş əllə hər bir şeyə əl vursalar nəcis olur. Amma bu cür əqidələri olmasa dinin zəruri hökmlərini və məadı inkar etməsələr, müsəlman və pakdırlar. Suala əsasən, onların başqa müsəlmanlardan fərqləri yoxdur.

Sual 77: Bir şəxs Allaha və Peyğəmbərə (ə) narahat və əsəbi halda nalayiq sözlər demiş, sonradan peşiman olmuşdur. Bu təhqir onun mürtəd və nəcis olmasına səbəb olarmı?

Cavab: Əgər onun əsəbiliyi özündən çıxmış həddə gəlib çatıbsa, bu halda nəcis və mürtəd deyildir. Amma əsəbiliyi bu halda olmayıbsa çətindir. Gərək tövbə etsin.

Sual 78: Sufilik, dərvişlik və şeyxilik kimi təriqətlərdə olanların əməllərində bidətlər müşahidə olunursa, onları pak hesab etmək olarmı?

Cavab: Pak hökmündədirlər. Amma daha yaxşıdır ki, onlarla az əlaqədə olsunlar.

Sual 79: Məsihi, yəhudi və hinduların evlərinin divarlarına və ya onlara aid olan əşyalara yaş əllə toxunmağın hökmü nədir? Nəcis olurmu?

Cavab: Nəcis olmasına yəqinliyiniz olmasa pakdır.

Sual 80: Müəllimlərin Bəhai şagirdləri ilə bir yerdə olması necədir? Onların ixtiyarında Quranın qoyulması düzgündürmü?

Cavab: Onların nəcis olmasını nəzərə alıb, Qurani-Kərimi onların öhdəsinə qoymaq caiz deyildir.

Sual 81: Namazı bilərəkdən qılmayan, amma inkar da etməyən adam kafir və nəcisdirmi?

Cavab: Namazı inkar etmirsə fasiq və günahkardır, kafir və nəcis deyil.

Sual 82: Qurana ehtiramsızlıq edən müsəlman mürtəd olurmu? Bu kimi şəxslərə qarşı insanın vəzifəsi nədir?

Cavab: Əgər ehtiramsızlıq əsəbilik üzündən ola və əsəbiliyi bir həddə çata ki, özündən ixtiyarsız nalayiq sözlər söyləyə, gərək tövbə etsin. Amma Peyğəmbər (s) və İmamlara (ə) qəsdən ədavət, istək və naşılıq üzündən olsa, nəcasət hökmündədir. Əgər Peyğəmbərin risalətini inkar etsə nəcis olması ilə yanaşı həm də mürtəddir. Onun bu əməlini görən kəslər hakimi şərin onun barəsində hökmü müəyyən edənə qədər onu bu yoldan çəkindirmək və ondan uzaq olmaq kimi vəzifələri vardır.

Sual 83: Altı İmamı qəbul edənlər müsəlmandırlarmı?

Cavab: Müsəlmandırlar.

Sual 84: Xüms və zəkat verməyə etiqadı olmayan bir kəs bəzən bu məsələni məsxərə də edir. Bu şəxsin ibadət və əməlləri batil, yaşayışı da nəcisdirmi?

Cavab: Onun öz malından istifadə etməsi düzgün deyildir. Bu məsələyə aid olmayan ibadətləri səhihdir.


Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin