ŞƏRİ suallara cavab

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 6.71 Mb.
səhifə46/47
tarix03.06.2018
ölçüsü6.71 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   47

Cənabətli halda oruc tutmaq


Sual 894. Əgər bir gecə cənabətli olan şəxs, məsələn gecə saat üçdə oyanıb boynuna cənabət quslu gəldiyini bilsə və ikinci dəfə yatıb səhər saat doqquzda oyansa qəza və kəffarəsi varmı?

Cavab: Əgər bu niyyətlə ki, məsələn bir saatdan sonra oyanıb qusl verməyə gedəcək, səhvən oyanmasa orucu qəza etsin, kəffarəsi yoxdur. Amma etinasızlıq üzündən olubsa orucu batildir, qəza və kəffarə də vardır.

Sual 895. Mən dini hökmləri və təbliğatı az olan bir kənddə idim. Bunun üçün şəri məsələlərdən xəbərsiz qalmışam. Təkcə namaz və orucun vacib olduğunu bilirdim, amma cənabət və qusldan məlumatım olmadığımdan bir müddət namaz və orucu qüsulsuz yerinə yetirmişəm. İndi məsələdən xəbərdar olmşam, vəzifəm nədir? Əlbəttə, cənabətli halda namaz və orucları yerinə yetirdiyimə yəqinim vardır.

Cavab: Verilən suala əsasən məsələləri öyənməkdə təqsiriniz olmayıbsa, tutduğunuz oruclar səhih və qəzası da yoxdur. Amma cənabət halında qıldığınız namazları bilirsinizsə gərək qəza edəsiniz.

Sual 896. Mübarək Ramazan ayında bir şəxsə qusl vacib olmuşdur, onu yerinə yetirməyə imkanı olmasa nə etməlidir?

Cavab: Verilən suala əsasən onun vəzifəsi quslun əvəzinə təyəmmüm etməkdir və onun orucu təyəmmümlə səhihdir.

Sual 897. Mübarək Ramazan ayında bir şəxs nəcis su ilə qusl etsə və üç gündən sonra suyun nəcis olmasını başa düşsə, bu müddətdə qıldığı namazların və tutduğu orucların hökmü necədir?

Cavab: Orucları səhihdir, gərək qusldan sonra namazlarını qəza etsin.

Sual 898. Mübarək Ramazan ayında qadın öz əri ilə mazaqlaşsa və sonradan özündə yaşlıq görsə vəzifəsi nədir?

Cavab: Qeyd olunan yaşlıq spermadırsa və qadın bu əməlin spermanın gəlməsinə səbəb olmasını bilsə orucu batildir.

Sual 899. Qadın öz əri ilə eşqbazlıq edib yatsa və özündə yaşlıq görürsə vəzifəsi nədir?

Cavab: Qadın da kişilər kimi möhtəlim olur, amma o yaşlığın sperma olmasına yəqinlik tapmayana qədər qusl etməsi lazım deyil.

Sual 900. Bir şəxs sübh azanından əvvəl cənabətli olmuşdur və bundan xəbəri olmadığı üçün sübh azanından sonra həmin halda Ramazan ayının qəza orucunu, ya başqa oruc niyyəti edə bilərmi?

Cavab: Güclü rəyə əsasən bilməyərəkdən Ramazan ayının qəza orucunda cənabətli qalmaq orucun batil olmasına səbəb olar. Verilən suala əsasən, Ramazan ayının qəza orcunu niyyət edə bilməz və səhih deyil. Amma başqa oruclara zərər yetirməz və batil edən deyildir. Buna əsasən sualda qeyd olunan şəraitdə başqa orucun niyyətini tuta bilər və səhihdir.

Sual 901. Cənabətli olan bir şəxs bilərəkdən sübh azanına kimi bu handa qalmış, yaxud cənabətli olub yuxuya getmişdir. Günortadan əvvəl isticarə orucu niyyəti edə bilərmi?

Cavab: Verilən suala əsasən zahirən, isticarə orucunu niyyət etməyin işkalı yoxdur. Amma ehtiyatın xilafınadır.

Heyz və hamiləliyin qarşısını alan dərmanlardan istifadə etmək


Sual 902. Qadın orucunu axıra qədər tutsun deyə, aylıq adətinin qarşısını alan dərmanlardan istifadə edir. Onun orucu səhihdirmi?

Cavab: Əgər dərmanı istifadə etməklə aylıq adətini görmürsə orucu səhihdir.

Sual 903. Mübarək Ramazan ayında hamiləliyin qarşısını alan dərmandan istifadə etməsinin hökmü nədir?

Cavab: Əgər mühüm bir zərəri olmasa işkalı yoxdur. Bu işdə Ramazan və başqa aylar arasında heç bir fərq yoxdur.

Xəstələrin və zəiflərin orucu


Sual 904. Mən sinə xəstəliyinə düçar olmuşam, bəzən dözülməz dərəcədə zəifliyə məruz qalıram. Bu halda orcumu açmağa razı olmuramsa, oruc tutsam səhihdirmi?

Cavab: Əgər oruc tutmağınız xəstəliyin yaranmasına, ya şiddətlənməsinə səbəb olursa səhih deyil və gərək orucu iftar edəsiniz.

Sual 905. Mən göz zəifliyi xəstəliyinə tutulmuşam, oruc tutmağa çox meyilliyəm, amma gözlərimə zərər olacağından qorxuramsa, oruc tutummu?

Cavab: Göz üçün zərər verəcəyindən qorxan surətdə oruc tutmaq səhih deyil.

Sual 906. Oruc tutmaqla qan azlığına və şiddətli baş ağrısına tutulan bir şəxs oruc tuta bilərmi?

Cavab: Əgər zəiflik, qan azlığı və baş ağrısı adətən dözülməz dərəcədə olsa oruc vacib deyil.

Sual 907. Qızım doqquz yaşına çatmışdır, amma onun üçün oruc tutmaq çətinlik yaradır və bəzən şiddətli zəifliyə düçar olur; o iftar etməlidirmi? Orucunu açarsa sonradan qəzasını yerinə yetirmək lazımdırmı?

Cavab: Əgər oruc tutması dözülməz dərəcədə zəifliyə səbəb olarsa və onun üçün çətinlik yaradarsa oruc tutmasın, amma sonradan imkanı və qüdrəti olan surətdə qəza etsin.

Sual 908. Həkim mənə oruc tutmağı qadağan edib və orucun mənə zərəri olduğunu bildirib. Onun dediyinə əsasən orucumu iftar etməliyəmmi?

Cavab: Əgər zərər qorxusu olsa gərək oruc tutmayasınız.

Sual 909. Həkim bir şəxsə oruc tutmağı qadağan etsə, onun sözünə əməl olunmalıdırmı?

Cavab: Əgər mütəxəssis həkim olsa və onun dediyindən xatircəmlik hasil olsa onun sözü höccətdir.

Müsafirin orucu


Sual 910. Namazını qəsr qılan müsafir, qəza namazını tamam qılıb oruc tuta bilərmi?

Cavab: Səfərdə qəza orucu tutmaq səhih deyil, amma qəza namazlarını tamam qıla bilər.

Sual 911. Səfərdə olan bir şəxs zöhrdən əvvəl öz vətəninə çatacağını və oruc niyyəti edəcəyini qəsd etmişdir. Amma yolda olarkən səhvən bir şey yesə o günün orucunu tuta bilərmi?

Cavab: Müşküldür.

Sual 912. Zöhrdən əvvəl şəri məsafəyə səfər edən bir şəxs zöhrdən qabaq öz vətəninə qayıtmışdırsa, vəzifəsi nədir?

Cavab: Əgər səfədə orucu batil edən işlərdən görməyibsə oruc niyyəti etməsi vacibdir.

Sual 913. Səfərdən qayıdan bir şəxs zöhrdən əvvəl vətəninin tərəxxüs həddinə çatarsa, o günün orucu ona vacibdirmi?

Cavab: Verilən suala əsasən, ehtiyat vacib odur ki, həmin günün orucunu tutsun və sonra da qəza etsin.

Sual 914. Günah iş üçün edilən səfərdə namaz tamam qılınırsa oruc da tutulmalıdır?

Cavab: Bəli, gərək oruc tutsun.

Sual 915. Mübarək Ramazan ayında zöhrdən əvvəl vətənindən, ya iqamə qəsdi etdiyi yerdən hərəkət etsə, tərəxxüs həddini keçməsi zöhrdən sonraya düşərsə, o günün orucu ona vacibdir, ya xeyr?

Cavab: Səfərə başlaması zöhrdən əvvəl olsa, tərəxxüs həddindən keçməsi zöhrdən sonra olarsa ehtiyat vacib odur ki, orucu tutsun və sonra qəzasını da yerinə yetirsin.

Sual 916. Mübarək Ramazan ayında səfərdən qayıdan bir şəxs zöhrdən əvvəl öz vətəninin və ya on gün qalmaq istədiyi bir yerin tərəxxüs həddinə çatsa, amma zöhrdən sonra vətəninə, ya on gün qalmaq istədiyi bir yerə çatsa, oruc batil edən bir iş görməyibsə,həmin günün orucu ona vacibdir, ya yox?

Cavab: Verilən suala əsasən, vacib ehtiyata görə oruc tutsun və sonra qəzasını da yerinə yetirsin.

Sual 917. Mübarək Ramazan ayında müsafir olan şəxs oruc tutsun deyə tərəxxüs həddinə zöhrdən əvvəl gəlib oruc niyyəti etsə, zöhr olan kimi oradan yenidən səfərə başlasa, onun orucu səhihdir, ya xeyr?

Cavab: Orucunun səhih olmasını istəyirsə gərək zöhrdən əvvəl vətəninə daxil olsun və zöhrdən sonra vətəndən xaric olsun. Əks halda vacib ehtiyata əsasən orucu tutub sonradan da qəza etməsi lazımdır.

Sual 918. Həddi-tərəxxüs fasiləsində səfərdə olan şəxsin namaz və orucunun hökmü fərqlidirmi?

Cavab: Bəli, xüsusi ilə vətəndən səfərə başlayanda; əgər vətən və tərəxxüs həddi arasında olan məsafədə namaz qılmaq istəsə namazı hökmən tamam qılmalıdır. Amma bu məsafədə, orucla iki məsələdə əvvəldə qeyd olunduğu kimi, gərək ehtiyat etsin. Amma iqamət qəsdi etdiyi yerdən səfər etsə və tərəxxüs-həddinə çatmamışdan əvvəl namaz qılmaq istəsə, vacib ehtiyata əsasən gərək namazını həm qəsr və həm də tamam qılsın. Orucunu da vacib ehtiyata əsasən gərək tutsun və qəzasını da yerinə yetirsin.

Sual 919. Ramazan ayında ölkədən xaricə səfər edən bir şəxs gərək İran azanı vaxtı ilə iftar etsin, yoxsa getdiyi ölkənin azan vaxtı ilə? Onun namazı necədir?

Cavab: Gərək getdiyi ölkənin azan vaxtına uyğun iftar etsin və namaz qılsın.

Sual 920. Əgər mübarək Ramazan ayında öz vətəninə tərəf hərəkət edən bir müsafir zöhr azanı vaxtı öz vətəninə çatsa, amma vətənə daxil olub-olmamasında şəkk etsə vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən şəhərə daxil olub-olmamasında şəkk etsə və o vaxta qədər oruc batil edən bir iş görməyibsə ehtiyata əsasən oruc niyyəti edib orucu tutsun və sonradan onun qəzasını da yerinə yetirsin.

Sual 921. Bir şəxsin Ramazan ayının qəza orucunu səfərdə tutmağı nəzir etməsi səhihdirmi?

Cavab: Səfərdə vacib, ya nəzr oruclarının səhih olması sabit olmayıb və kifayət deyil. Ramazan ayının orucu, ya onun qəzası, kəffarə, isticarə və valideyn, ya başqaları üçün olmasının fərqi yoxdur. Bəli, bir şəxs öz vətənində olan zaman səfərdə müstəhəbbi oruc tutmağı nəzr etsə, ya müəyyən bir günü - istər səfərdə, istərsə öz vətənində olsun - müstəhəbb oruc tutmağı nəzr etsə, onun nəzri düzgündür və orucu səfərdə də tutmaq səhihdir.


Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə