MƏSH (Əli başa və ayaqlara sürtmə)
Sual 151: Başa məsh zamanı əlin içində su çox qalarsa, suyu azaltmaq lazımdırmı?
Cavab: Ehtiyat budur ki, suyu azaltsınlar.
Sual 152: Başına tük əkdirən bir şəxs başa məsh çəkmək üçün nə etməlidir?
Cavab: Verilən suala əsasən, əgər tük onun bədəninin bir hissəsidirsə və başın tükü hesab olunursa təbii surətdə başqaları kimi o da məsh etsin. Əgər tüklər başa bir vasitə ilə yapışdırılıbsa və onu götürmək çətindirsə, dərinin üst qatını yapışdırıcı maddə tutubsa, həmin yapışdırıcı maddənin, yaxud da tüklərin dibinə məsh etsin; ehtiyata əsasən təyəmmüm də etsin.
Sual 153: Sağ əli dirsəkdən kəsilən bir şəxs başa və sağ ayağa sol əllə məsh çəkə bilərmi?
Cavab: Daha yaxşıdır ki, kəsilmiş olan sağ əlin yaşlığı ilə məsh etsin. Amma sol əllə məsh çəksələr də kifayət edər.
Sual 154: Ayağını iki dəfə məsh edən şəxsin dəstəmazı batildirmi?
Cavab: Dəstəmaz batil deyil, ikinci məsh hesaba alınmır.
Sual 155: Bir şəxs tüklərinin dibinə məsh etmək üçün onları kənarlaşdırır, nəticədə tüklər islanırsa bu məsh üçün zərərlidirmi?
Cavab: Məsh zamanı əlin yaşlığı quru tüklərin dibinə çatarsa məsh səhihdir və həm də əlin yaşlığı birinci yaşlığa üstün gəlsə, məshə aid olan yaşlıqdır desələr, bu halda da dəstəmaz səhihdir.
Sual 156: Təqiyyə vacib olduğu yerdə, bir şəxs təqiyyə etməyib, onun ziddinə dəstəmaz alsa, səhihdirmi?
Cavab: Daha üstün rəyə əsasən onun dəstəmazı səhihdir, amma şəriətin xilafına mürtəkib olmuşdur.
Sual 157: Təvaf halında olan bir qadın camaatın sıxlığından, qabağından yel xaric olduğunu hiss edir. Onun təvaf və dəstəmazı batil olurmu?
Cavab: Ümumi halda qabaqdan yelin çıxması dəstəmazı, təvafı hətta namazı da batil etmir.1
Sual 158: Ürvətül-Vüsqa əsərində 45-ci məsələdə buyurublar: “Dəstəmaz suyunda israf etmək məkruhdur. “ İsraf haram olduğu halda bu ibarətdən məqsəd nədir?
Cavab: Müstəhəbdir ki, dəstəmaz suyu 750 qram olsun. Necə ki, rəvayətdə gəlmişdir: “O miqdardan artıq bir az çox olsa da belə, israf hesab edilir və məkruhdur. “İmam Sadiq (ə) buyurmuşdur: “Mütəal Allahın dəstəmazda israfçılığı və nöqsanları yazan bir mələyi vardır.1
Həzrəti Peyğəmbərdən (s) nəql ediblər ki, buyurub “Dəstəmaz suyunun miqdarı bir müdd (yəni 750 qram), qusl suyunun miqdarı isə bir sadır.2 Məndən sonra bir qrup insanlar suyun bu miqdarını az bilərlər. Bu adamlar mənim qoyduğum qayda-qanunların ziddinə olacaqlar. Mənim qayda-qanunlarıma əməl edən (dəstəmazı bir müdd (750,) və quslu bir sa (3 kq) ilə alan) şəxslər müqəddəs behiştdə mənimlədirlər.”3 Zahirən Ürvətül-Vüsqanın sahibi də buyurmuşdur: “Dəstəmaz suyunda israf etmək o zaman məkruhdur ki, su üçün qiymət qail olunmasın. Qiymətli sayılan və ya su tapılmayan yerlərdə istifadəsi öz miqdarından çox olarsa, israf və haramdır. Başqa şeylərdə israf olduğu kimi.”
Sual 159: Vaxtın darlığına görə vəzifəsi təyəmmüm olan şəxs vəzifəsinin xilafına əməl edərək dəstəmaz alarsa, onun dəstəmazı səhihdirmi?
Cavab: Bəli, verilən suala əsasən, qəsdi qürbət olmuşdur. Onun dəstəmazı səhihdir.
Sual 160: Gözü görməyən şəxslər üçün Qurani-Kərimi xırda nöqtələr vasitəsilə deşərək yazırlar. Belə şəxslər bu nöqtələrin üzərinə əllərini sürtməklə oxuyurlar. Bu nöqtələr Quran xəttinin hökmündədirmi? Onun üzərinə dəstəmazsız məsh etmək caizdirmi?
Cavab: Soruşulan suala əsasən, Quran adını daşıyan bu nöqtələr də Quran ayələri qəsdi ilə tənzim olunmuş və hazırlanmışdır. Quran xəttinin hökmündə olduğu üçün ona dəstəmazsız məsh etmək caiz deyildir.
Sual 161: Quran ayəsi və səhifəsinin üzərinə şəffaf plastik vərəq çəkilmişdir. Cünub və ya dəstəmazsız bir şəxsin onun üzərinə əlini qoymasının hökmü nədir?
Cavab: Heç bir eybi yoxdur.
Sual 162: Zəhmət olmasa buyurun: Bir nəfərdən yel xaric olmuşdur. Lakin onun, iki məlum yeldən hansının olduğunu və ya onlardan başqa bir yelin olduğunu bilmir. Belə bir yel dəstəmazı pozurmu və ya əgər qeyri-təbii kanaldan xaric olarsa, hökmü nədir?
Cavab: Ümumiyyətlə, mədə və bağırsaqdan xaric olan hava dəstəmazı pozur. Əgər qeyri-təbii kanaldan (məsələn: mədə və ya bağırsağa birləşdirilmiş şlanqdan) xaric olarsa və yel adətən həmin yerdən xaric olursa (təsadüfi olmasın), bu da qaitin məxrəcindən xaric olması hökmündədir və dəstəmazı batil edir. Bəli, bağırsaqdan sonrakı hissədə yaranan hava, (xaricdən məxrəcə daxil və xaric olur) batiledici deyildir. Belə ki, bir şəxsdən dəstəmazlı olduğu halda yel xaric olsa və onun hansı növdən olmasında şəkk etsə, birinci qisimdəndir. Dəstəmazı batildir ya ikinci fikir verməsin və dəstəmazı təzələməyə ehtiyac yoxdur.
Sual 163: Suda israf etmək xüsusən üzdə su az olarsa dəstəmazı və quslu batil edirmi?
Cavab: Batil etmir, bəli əgər sol ələ miqdarından çox tökülən dəstəmaz suyu məsh üçün düzgün hesab olunmasa məsh yeni su ilə çəkilsə dəstəmaz batildir. Hər halda vasvasılıqdan və suyu çox israf etməkdən pəhriz etmək lazımdır.
Sual 164: Baş və ayağın üstü bir qədər nəm olarsa, onların üstünə məsh çəkmək üçün qurudulmalıdır, ya kifayət edər?
Cavab: Əgər nəmlik o qədər az olsa ki, məsh edəndən sonra əlin yaşlığıdır deyilsə və əlin yaşlığı başın və ayaqların məsh yerinin nəmliyindən artıq olsa qurutmaq lazım deyil. Əks təqdirdə, gərək qurudulsun.
Sual 165: Əgər bir nəfər başı məsh etməzdən əvvəl üzərində su damlaları olan kranı bağlasa, sonra isə məsh etsə dəstəmazı necədir?
Cavab: Əgər kranın üzərində olan nəmlik az olsa və ələ keçməsə eybi yoxdur.
Sual 166: Əgər dəstəmazda ayağın üstünü bir dəfə məsh etsək, amma su ona yaxşı dəyməsə nə etməliyik?
Cavab: O yeri qurudub ikinci dəfə məsh edin. Yaxud da quru qalan yeri ayaq barmaqlarından birinin ucundan hündür yerə məsh edin.
Sual 167: Başın qabaq tərəfində çox tük olarsa, onların üstünə məsh etmək düzgündürmü?
Cavab: Deyilən halda başın qabaq hissəsinin tüklərini aralayıb onların dibini məsh edin.
Sual 168: Başı məsh etdikdə əl, alına dəyərsə dəstəmaz düzgündürmü?
Cavab: Başın məsh edilməsi düzgündür. Lakin ayağı məsh etmək üçün əlin ovucu ilə məsh etmək lazımdır ki, üzün suyu ilə qarışmış olsun.
Sual 169: Əgər ayağın üstü nəcis olsa və onu məsh etmək üçün yuya bilməsə vəzifəsi nədir?
Cavab: Gərək namaz üçün təyəmmüm etsin.
Dostları ilə paylaş: |