Sual 556. Əgər heyzli qadın səcdə ayəsini eşitsə səcdə etməsi lazımdırmı?
Cavab: Bəli, gərək səcdə etsin.
Səcdə yeri (səcdəgah)
Sual 557. Solfetkaya səcdə səhihdirmi?
Cavab: Bəli səhihdir.
Sual 558. Əskinasa (kağız pullara) səcdə səhihdirmi?
Cavab: Əgər kağız pullar səcdə səhih olan saman, pambıq və ya ağacdan hazırlansa, onlara səcdə etmək olar və səhihdir. Əgər bu kimi şeylərdən olmasa səhih deyil. Hər halda yaxşı olar ki, mümkün surətdə kağız pullara səcdə etməsinlər.
Sual 559. Kağızların bəziləri kimyəvi maddələrdən düzəlir, onlara səcdə etməyin hökmü nədir?
Cavab: Verilən suala əsasən onlara səcdə səhih deyildir.
Sual 560. Qabı plastikdən olan bir möhr düzəldiblər. Hər dəfə alını ona qoyanda rəqəm dəyişilir və namazın rəkətlərinin sayını göstərir. Ona səcdə etmək səhihdirmi və ona etimad göstərmək olarmı?
Cavab: Əgər səcdə səhih olan şeylərin şəraitinə malik olsa və arxayınçılığa səbəb olsa eybi yoxdur və ona etimad etmək olar.
QUNUT
Sual 561. Birinci rəkətdə səhvən qunut tutulsa səcdeyi-səhv etmək lazımdırmı?
Cavab: Vacib deyil. Amma müstəhəbdir.
Sual 562. İkinci rəkətdə qunut yaddan çıxsa və rükuda yada düşsə, rükudan qalxandan sonra qunut tutmaq olarmı?
Cavab: Bəli, tutmaq olar.
Sual 563. Bəziləri qunut zamanı öz əqiq üzüklərinin qaşını öz üzlərinə tərəf çevirirlər, bu işin savabı varmı?
Cavab: Sualda verilən əməl üçün, xüsusi ilə qunuta görə bir rəvayət ələ gəlməmişdir, amma Həzrəti Peyğəmbər (səllallahu əleyhi və alihi vəsəlləm)-dən səhih rəvayətlərə görə nəql edilir ki, əqiqə baxmaq təriflənmişdir.1
Sual 564. Vacibi namazların qunut və səcdəsində başqa dildə (məsələn, azərbaycanca, farsca, rusca və s.) dua etmək caizdirmi?
Cavab: Vacib-ehtiyatın ziddinədir. (Yəni ehtiyat vacib budur ki, başqa dildə olmasın.)
Bir namazdan başqa namaza keçmək
Sual 565. Zöhr namazının nafiləsinə məşğul olan bir şəxsin yadına düşüb ki, sübh namazını qılmamışdır. Nafilə namazını sübh namazına döndərə bilərmi?
Cavab: Xeyr, müstəhəbbi namazı vacibi namaza döndərmək səhih deyil.
Namazın təqibatı (namazdan sonrakı işlər)
Sual 566. Bəziləri namazdan sonra öz barmaqlarını gözlərinin üstünə qoyub Ayətəl-kürsü oxuyurlar, bu əməl haqqında bir rəvayət, ya hədis gəlibmi?
Cavab: Xatunabadinin (r) “Cənnatil-xülud” adlı kitabında (səh. 58) göz ağrıları haqqında Məsum İmamlardan (ə) nəql olunub ki, göz ağrıyan vaxtı bu duanı oxuyun:
«Uizu nurə bəsəri bi-nurilləhil- ləzi la yutfə» və Ayətəl-kürsünü şəfa tapmaq üçün oxusun. Həmçinin Məfatihul-cinan kitabının haşiyəsində (səh. 409.) İmamlardan (əleyhimussalam) nəql olunub ki, göz ağrıları üçün Ayətəl-kürsünü sağalmaq niyyəti ilə oxusun və ondan əvvəl əli gözün üzərinə qoyub sağalmağı üçün mənfəətli olan bu duanı zikr etsin:
«Uizu nurə bəsəri bi nurillahil-ləzi la yutfə» Gözləri zəif olanlar üçün oxumaq yaxşıdır.1
ŞƏKKİYYAT
Sual 567. Əgər namaz qılan “səmiəllahu” kəlməsini deyən zaman rükunu yerinə yetirib-yetirməməsində şəkk etsə vəzifəsi nədir? Həmçinin qunutda həmd və surənin deyib-deməməsində şəkk etsə öz şəkkinə etina etməlidir, ya yox?
Cavab: Verilən suala əsasən rükunu yerinə yetirsin, bu şəkkin vaxtı keçməmişdir. Amma qunut halında həmd və surənin oxuyub-oxumamasında şəkk etsə, etina etməməliir, onun şəkki vaxtı keçəndən sonradır.
Sual 568. Çox şəkk edən şəxs iki və üç rükətli namazların rəkətlərində öz şəkkinə etina etməməlidirmi? Dörd rəkətli namazların birinci və ikinci rükətlərində şəkk edərsə hökmü nədir?
Cavab: Bəli (kəsiruş-şəkk) çox şəkk edən şəxs, gərək etina etməsin. Namazlar və rəkətlər arasında heç bir fərq yoxdur.
Sual 569. Bir şəxs öz namazlarında şəkk edir, şəkkiyyat məsələlərini də öyrənməyə hazır deyil, namazı pozub əvvəldən başlayır, onun sonrakı namazı səhihdirmi?
Cavab: Bəli, namazı pozub təzədən qılandan sonra səhihdir. Lakin verilən suala əsasən məsələni öyrənməyə qüdrəti vardır amma öyrənməyə çalışmayıb namazını pozursa, günah etmişdir. Bu məsələnin hökmü ilə bağlı Tovzihul-məsail risaləsinin 1223-cü məsələsinə müraciət olunsun.
Sual 570. Namaz əsnasında bir şəxs namazın səhih olub-olmamasında şəkk edir, o namazı saxlayıb fasiləsiz namazı batil edən bir iş görmədən ikinci namaza başlayır. Namazı səhihdirmi?
Cavab: Birincisi, şəkkə görə namazı sındırmaq caiz deyil və lazımdır ki, Tovzihul-məsail kitabında bəyan olunan şəkkiyyat məsələlərini öyrənsinlər, şəkk qarşıya çıxan zaman onlara uyğun əməl etsinlər.
İkincisi, namazın batil olmasına səbəb olan işləri görmədən niyyəti sındırmaq namaz qılanı məşğul olduğu namazdan xaric etmir. Buna görə də namazını sındırıb başqa namaza məşğul olmaq istəyən şəxs gərək bir fasilə yaratsın. Məsələn, danışsın, ya qibləyə arxa çevirsin və sonrakı namaza başlasın.
Dostları ilə paylaş: |