Sual 655. İdarənin namazxanasında zöhr və əsr namazını qılmaq üçün gələn İmam-camaatın gediş-gəliş xərcini ödəmək caizdirmi?
Cavab: Maneəsi yoxdur.
Sual 656. Dövlət orqanlarının bəziləri orada namazı qılmaq və şəri məsələlərdən söhbət etmək üçün ruhanilərdən bəzilərinə haqq verirlər, bunun hökmü necədir?
Cavab: Əgər qürbətən iləllah versələr və o da qürbətən iləllah namaz qılsa, eybi yoxdur və gediş-gəlişi üçün də ona pul versələr maneəsi yoxdur.
Ruhani olmayan şəxsin imamlıq etməsi
Sual 657. İmam-camaatın şərtlərini bilən qeyri-ruhaninin vasitəsi ilə camaat namazını bərpa etmək necədir?
Cavab: Ruhani ola-ola el arasında ruhani olmayan şəxsin imamlıq etməsi, ruhaniyyətə hörmətsizlik hesab olunarsa, caiz deyil.
Sual 658. Şəhər məscidlərində ruhani olmayan şəxslərin camaata imamlıq etmələrinin hökmü nədir?
Cavab: İmkan olan surətdə ruhanilərdən istifadə etsinlər.
İmam-camaatın namazında nöqsanın tapılması
Sual 659. Müəyyən səbəblərə görə İmam-camaatın namazı batil olubsa, məmumlara məlumat vermək lazımdır ki, onlar öz namazlarını təzələsinlər?
Cavab: Əgər namazdan sonra namazının batil olduğunu başa düşsə, məmumların namazı səhihdir. İmamın aşkar etməsi lazım deyil.
Sual 660. Namaz əsnasında İmam-camaatdan hədəs xaric olsa, hökmü nədir?
Cavab: İmamın namazı batil olur, məmumlara lazımdır ki, namazı furada niyyəti, ya başqasının imamlığı ilə tamamlasınlar.
Sual 661. Bir İmam-camaat salamları deyəndən sonra yadına düşür ki, namazını qəsr qılmaq əvəzinə bütöv qılmışdır. Ona iqtida edən və namazı bütöv qılan məmumların vəzifəsi nədir? Gərək təzədən qılsınlar, ya əgər vaxt keçibsə qəza etsinlər?
Cavab: Təkrarlamaq və qəza etmək lazım deyil.
Bədən üzvləri əlil olan şəxslərin imamlıq etməsi
Sual 662. İmam-camaatın ayağı sındığına görə düzgün yığılmır, səcdə və təşəhhüd halında onu çəkmək məcburiyyətində qalır. Amma sair şərtlər öz qaydasındadır. Onun imamlığı səhih və caizdirmi?
Cavab: Barmağının, ayağının və dizlərini ucu yerə dəyirsə onun imamlığı caiz və ona iqtida etmək də səhihdir; ayağının ucunu fərqli surətdə yerə qoysa və təşəhüddə adi qaydada oturmasa da.
Sual 663. Risalənin 1473-cü məsələsində yazılmışdır: «Vacib ehtiyata əsasən xora xəstəliyi olan bir şəxs İmam-camaat olmasın.» Sual bundan ibarətdir ki, birincisi, əgər xora görünməsə, ya az olsa və camaat bilməsə, ya görməsələr (paltarın altındadır) təkcə özü bilsə, gərək İmam-camaat qalmasınmı? İkincisi, əgər xora xəstəliyi olan şəxs camaata imamlıq etsə məmumların namazı işkal tapırmı?
Cavab: Rəvayətə əsasən xora xəstəliyinə düçar olan bir şəxs imamlıq etməsin. Az ya çox, zahirdə ya batində olması və məmumların bilib-bilməməsi arasında heç bir fərq qoyulmamışdır. İmamlıq etməmək şəxsin öz vəzifəsidir. Gərək bu işi öhdəsinə götürməsin. Lakin İmamlıq etsə və camaat da onu İmamlığa layiq bilib ona iqtida etsələr hamısının namazı səhihdir. Əgər sonradan məsələnin nə yerdə olduğunu bilsələr də belə.
Sual 664. Beli bir azacıq əyilmiş bir şəxs camaata imamlıq edə bilərmi?
Cavab: Əyrilik rüku həddinə çatmırsa işkalı yoxdur.
Sual 665. İmam-camaatın naqis üzvlü olması camaat namazında işkal yaradırmı?
Cavab: Üzvün naqis olması namazın xüsusiyyətləri ilə bağlı olmasa, məsələn İmam-camaat görmə qabiliyyətindən məhrumdursa camaat namazında bir işkal yaratmır, ayağı, ya əli kəsilmiş olsa, belə ki, səcdədə yeddi üzvü yerə qoysun, ehtiyat vacibin zərurətinə görə ona iqtida etməsinlər
Sual 666. Ayağı topuqdan kəsilən bir şəxs məmumlara məlumat vermədən İmam-camaat ola bilərmi? Məmumların məlumatı olmayan surətdə necə?
Cavab. Xeyr, caiz deyil.
Sual 667. Yuxarıda qeyd olunan halda, məlumat vermədən imamlıq etsə, namazdan sonra məmumlara namazlarını təzələmək üçün məlumat verməsi lazımdırmı?
Cavab: Verilən suala əsasən bilmədikləri üçün namazın təkrarı və qəzası yoxdur. Məlumat verməsi lazım deyil.
Sual 668. Mən müharibə əliliyəm, əlim yaralandığına görə namazda sağ əlimin içini kamil surətdə yerə qoya bilmirəm. İmam-camaat ola bilərəmmi?
Cavab: Əgər əlinizin içini adi şəkildə yerə qoya bilmirsinizsə İmam-camaat ola bilməzsiniz.
Sual 669. Barmaqlarının bəzilərindən məhrum olmuş bir şəxs İmam-camaat ola bilərmi?
Sual 670. Əhli-sünnət məğrib namazını məğribdən əvvəl qılırlar. Həcc mərasimi, ya başqa vaxtlar onlara iqtida edib həmin namazla kifayətlənə bilərikmi?
Cavab: Təqiyyə olan zaman maneəsi yoxdur və səhihdir.
Sual 671. Məkkə və Mədinədə, xüsusilə Məscidul-həram və Məscidun-Nəbidə Əhli-sünnətə iqtida zamanı möhür qoyaq, ya möhürsüz caizdir?
Cavab: Möhür qoymaq lazım deyil, məscidin həsir və daşlarından da istifadə etmək olar.
Sual 672. Fasiləyə riayət etməyən surətdə əhli-sünnətə iqtida etmək caiz və kifayətdirmi?