Sual 693. Vacibi namazlarını təklikdə qılan İmam və ya məmum ikinci dəfə namazı camaatla təkrar qıla bilərlərmi?
Cavab: Müşküldür, amma namazını qılmayan bir şəxs onlarla camaat-namazı qılsa işkalı yoxdur.
Sual 694. Vacibi namazını camaatla qılan İmam ikinci, ya üçüncü dəfə başqa şəxslərlə təkrar qıla bilərmi?
Cavab: Qeyd olunan halda ikinci dəfə maneəsi yoxdur.
Sual 695. Mərcəyi-təqlidi məmumların mərcəyi təqlidindən ayrı olan İmam-camaatın arxasına namaz qılmağın hökmü nədir?
Cavab: Məmumların mərcəyi-təqlidinin fətvası ilə onun namazı səhih olsa iqtida etməyin maneəsi yoxdur.
Sual 696. Namazı qəsr olan bir nəfər İmam-camaat olur, ikinci rəkətdən sonra məmumlar furada surətdə namazı tamamlamaq məsələsini bilmirlər. Bura da İmam-camaatın vəzifəsi nədir?
Cavab: Gərək namaza başlamamışdan əvvəl məmumları agah etsin. Yaxud da salamları deyəndən sonra fasiləsiz məmumlara xatırlatsın.
Sual 697. Camaat namazı qılınan vaxt bir nəfər yatmışdır, onu oyatmaq olarmı?
Cavab: Əgər camaat namazına mane olursa onu oyatmağın maneəsi yoxdur.
Sual 698. Namazdan sonra məmumların bir-birinə salam verib görüşməsinin savabı varmı?
Cavab: Qeyd olunan iş üçün savab sabit olmamışdır, amma savab ümidi ilə olsa maneəsi yoxdur.
Sual 699. İmam-camaat bir gündə bir, ya bir neçə məsciddə camaat namazı bərpa edə bilərmi? Əgər edə bilsə namazını necə niyyət etsin?
Cavab: Məmumların müxtəlif olması ilə iki dəfə İmamlıq edə bilər, ikinci namazını müstəhəbb adıyla yerinə yetirsin.
Sual 700. Bir şəxs İmamın rükusuna çatacağını güman edib iqtida etsə, amma rükuya çatmasa, sonra namazını kəsib namazı batil edən bir iş görmədən təkrar təkbirətul-ehram deyərək namazını camaatla, ya furada tamamlayarsa vəzifəsi nədir?
Cavab: Verilən suala əsasən gərək namazı təkrarlasın. Bu məsələdə camaat, ya furada arasında bir fərq yoxdur.
Sual 701. Camaat namazının axırıncı rəkətində İmam-camaat təşəhhüdə məşğul olduğu halda özünü çatdıran bir şəxsə camaat namazının savabını ələ gətirmək üçün bir yol vardırmı?
Cavab: Bəli, camaat namazının savabını bu yolla ələ gətirə bilər: camaat namazı niyyətini etsin və təkbirətul-ehramı iqtida qəsdi ilə desin, camaat namazının cərgələrinin birində oturub təşəhhüdü camaatla birgə oxusun. Amma namazının salamını verməsin və İmam öz salamını deyənə qədər səbr etsin, sonra qalxıb niyyət və təkbirətul-ehram demədən öz namazını həmdin əvvəlindən başlasın; bu surətdə camaat namazının savabını ələ gətirmiş olur.
Sual 702. Məscidə daxil olan bir şəxs yəqinlik tapdı ki, İmam-camaat namazın axırıncı təşəhhüdündədir. O, camaat namazının fəzilətini ələ gətirmək üçün təkbir deyib oturdu və təşəhhüdü camaatla oxudu. Sonra axırıncı təşəhhüdün olmadığı məlum oldu, vəzifəsi nədir?
Cavab: Verilən suala əsasən namaza daxil olmuşdur, namazı səhihdir. Camaat namazının üçüncü rəkəti onun birinci rəkəti hesablanır. Niyyəti təzələmədən və təkbir demədən həmd və surə oxuyub namazını camaatla davam etsin. Ehtiyata əsasən iki səhv-səcdə yerinə yetirsin. Yaxşıdır ki, namazını təzələsin.
Sual 703. İmamın təkbirdən sonra həmdi deməyib rükuya getdiyini başa düşsək vəzifəmiz nədir?
Cavab: Əgər rükudan əvvəl bilsəniz ki, gərək furada niyyət edəsiniz, həmd və surəni deyin və namazı tamamlayın. Amma rükuda başa düşsəniz ki, namazı camaatla tamamlamalısınız, müstəhəbb ehtiyat odur ki, namazı təzədən qılasınız.
Sual 704. Camaat namazında tabeçilik üzündən məmum bir rükn artıq yerinə yetirmişdir. Namazdan sonra da məlum olmuşdur ki, İmam-camaatın namazı təharət, ya başqa işlərin olmadığı səbəbindən batil olub. Məmumun namazı səhihdir, ya gərək təzədən qılsın?
Cavab: Verilən suala əsasən batil olma məsələsi namazdan sonra məlum olmuşdur. Məmumun namazı düzgün və camaat namazı səhihdir, təkrarlamaq lazım deyil.
Sual 705. Namaz əsnasında İmam-camaat öz namazının batil olduğunu bilsə vəzifəsi nədir? Lüzum halında namazı pozmağa xəcalət çəkərsə, bu şəkildə namazı davam etdirməsi caizdirmi?
Cavab: Verilən suala əsasən namazını buraxsın, imkan olan surətdə imamət şərtlərini bilən məmumlardan birini öz yerinə təyin etsin və o namazı camaatla davam etdirsin. Əks halda məmumlara məlumat versin ki, onlar öz namazlarını furada niyyəti ilə davam edib, tamamlasınlar. Namaza davam etməsi vacib-ehtiyatın xilafınadır. Xəcalət çəkmək şəri hökmü və vəzifəni dəyişmir. Bunun üçün lazımdır ki, burundan qan gəlmə bəhanəsi ilə dəsmalı burnuna aparıb namazını saxlayıb camaat namazından xaric olsun. Əgər namazı zahirdə davam etdirsə, məmumların namazı batil olmur və bu surətdə onlara məlumat vermək lazım deyil.
Sual 706. Əgər bir ruhaninin vəzifəsi namazı cəm (yəni həm qəsr və həm bütöv) qılmaq olsa, ona iqtida etmək səhihdirmi?
Cavab: Məmumların da vəzifəsi cəm qılmaqdırsa iqtida edə bilərlər. Əgər məmumların vəzifəsi cəm qılmaq deyilsə iqtida edə bilməzlər. O halda ki, onun hər iki namazına iqtida etsinlər. Məsələn, iki zöhr namazı qılsınlar, ancaq imamı qəsr qıldığı namazda məmumlar qılan iki rəkəti furada şəkildə tamamlasınlar.
Sual 707. Müsafir şəxslər zöhr, ya əsr, ya işa namazında İmam-camaata iqtida edirlər. İkinci rəkətdə salamları deyib təkrar ehtiyat qəza namazı niyyəti ilə İmamın üçüncü və dördüncü rəkətinə iqtida edirlər. Bu əməl səhihdirmi?
Cavab: Verilən suala əsasən iqtida etməyin işkalı yoxdur və namaz səhihdir.
Sual 708. Adi şəxslər sübh namazı üçün camaat namazı dağılmasın deyə bir nəfəri İmam təyin edə bilərlərmi? Bu halda daimi təyin olunmuş İmam-camaatın razılığı şərtdirmi?
Cavab: İşkalı yoxdur. Onun İmamlıq etməsi səhihdir. Daimi gələn İmam-camaatın razılığı səhih olmasına şərt deyildir.
Sual 709. İmam-camaat onun yerinə təyin olunan bir şəxsə maneçilik törədə bilərmi?
Cavab: İmam-camaatın buna ixtiyari yoxdur və düzgün deyil.
Sual 710. Buyurublar ki, İmam-camaat məmumların ən zəifinin halını riayət etsin. Bu məmumun cismi zəifliyi və xəstəliyi olan yerdədir, ya ümumi haldadır?
Cavab: Məxsusi olaraq qeyd olunan yerə aid deyil, yalnız müstəhəbbdir ki, İmam-camaat kiçik surələri seçsin, səcdənin və rükunun zikirlərinə vacibi miqdarda kifayətlənsin. Əgər bəzi məmumların tələsdiyini və işləri olduğunu hiss etsə və ya namazı uzatmaqla onlardan bəzilərinin camaat namazına rəğbətsiz olmasına və namazdan qaçmasına səbəb olsa, müstəhəbbdir namazı müxtəsər şəkilə qılıb ən azı vaciblə kifayətlənsin. Bəli, əgər namazı uzatmağa bütün məmumların razı olduğunu bilsə, razı olan miqdarda namazı uzada bilər.
Sual 711. Camaat namazında İmam-camaat həmdi tamamlayandan sonra məmumun «Əlhəmdu-lillahi- rəbbil aləmin» deməsi müstəhəbbdir. Sual budur ki, İmam zöhr və əsr namazında həmdi ahəstə deyirsə, bu müstəhəbbilik qalırmı? Halbuki məmum o vaxt xəbərdar olur ki, İmam həmdi qurtarıb surəni oxumağa başlayır.
Cavab: Verilən suala əsasən, onu vürud1 qəsdi ilə deməsi müşküldür, amma mütləq zikr qəsdi ilə olsa maneəsi yoxdur.
Sual 712. Səccadənin və möhürün qarşısına təsbeh qoymağın şəri dəlili varmı?
Cavab: Bəli, namaz qılan şəxsin qarşısında camaat cərgə yaratmasa, ya divar olmasa və onun qarşısında gediş-gəliş yaranırsa müstəhəbbdir, təsbeh, ya əsa kimi şeyləri öz möhür və ya səccadəsinin qabağına qoysun. Onunla gediş-gəliş yaradanlar arasında fasilə, ya bir maneə olsa və əgər onun qarşısında bir şəxs dayansa, bu halda da müstəhəbdir ki, möhür və səccadənin qabağına bir şey qoysun.
Sual 713. Öz namazlarını qılan İmam və məmum namazlarının səhih olmasına yəqinlik tapan surətdə ikinci dəfə namazlarını təkrar qılmaları caizdirmi? Caiz olan surətdə bu iş müstəhəbbdir, ya xeyr?
Cavab: Bəli, xüsusi ilə gündəlik vacibi namazları bir dəfə təkrar qılmaq müstəhəbbdir.