Feili isimlər (məsdərlər). Feildən düzələn isimlərin bəzi xüsusiyyətləri onların işgüzar üslubda istifadəsini vacib edir. Onlar rəsmi iş yazışmasının xarakterik vasitələrinin əlamətlərini daşıyırlar. Ilk növbədə, bu vəziyyət həmin məsdərlərin konkret hərəkəti deyil, ümumi təsəvvürü ifadə etmək xüsusiyyəti ilə bağlıdır. Müqayisə edək: xəbər vermək-اخبر,أعلم ,أبلغ ,أفا د və xəbər- إخبار,إعلام ,إبلاغ ,إفاد ة
Feillər hərəkəti dar mənada, konkret bildirdikləri halda, məsdərlər isə əksinə, geniş, ümumi mənada istifadə olunurlar. Onlar feilin hal, şəxs, zaman, cins kimi kateqoriyalarına malik olmadıqları üçün, işgüzar üslubda şəxslərə görə ayrılmalara rast gəlmək mümkün deyil. Məsdərlərdə bu kateqoriyaların olmaması sənədə yığcamlıq, rəsmilik verir. Buna görə də bəzi tədqiqat əsərlərində məsdərlərə qrammatikanın tərkib hissəsi kimi deyil, sırf epistolyar üslubun tərkib hissəsi kimi baxılır [26,53].
Dostları ilə paylaş: |