Şərqşünaslıq fakültəsi İstiqaməti, şifri və adı: hsm- 040000 Dilşünaslıq İxtisası, şifri və adı: hsm- 040009 Ərəb dili


Etnik dil xüsusiyyətləri: antroponimlər, toponimlər



Yüklə 129,86 Kb.
səhifə13/24
tarix10.01.2022
ölçüsü129,86 Kb.
#106099
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Etnik dil xüsusiyyətləri: antroponimlər, toponimlər.

Ərəb dilində kütləvi mətnlərdən biri kimi çıxış edən işgüzar sənədlərin xarakterik cəhəti ilk növbədə, bu mətnlərdə olan xüsusi adların xarakerik cəhəti ilə bağlıdır. Sənədin əvvəlində istifadə olunan nəzakət formulları ərəb işgüzar sənədlərinin ayrılmaz hissəsini təşkil edirlər. Bu nitq vasitələri həm tonallıq cəhətdən, həm də etnik-tarixi və şəriətə uyğunluq cəhətdən sənədləri gözəlləşdirirlər.

Ərəb dilində olan klassik a n t r o p o n i m ik m o d e l (AM) orta əsrlərdə tamamilə formalaşmışdır. O, ərəb-müsəlman dünyasında xüsusi ad sisteminin inkişafı üçün əsas rolunu oynayır. AM-təkcə ata-babaların adlarınının sadalandığı sistem deyil [26,54], həm də titul, ləqəb və s. sıralandığı sistemdir. Həyatı boyunca ərəb bir neçə ada malik ola bilərdi. Birinci ad ona dünyaya gələndə verilirdi, sonradan isə buraya atanın da adı əlavə olunurdu. Sonralar o, titul, ləqəb və s. ala bilərdi. Qeyd etmək lazımdır ki, bütün adlar, ləqəblər, titullar heç vaxt eyni anda istifadə olunmurlar. AM-daha çox əmirlərin, tarixi və siyasi xadimlərin, alimlərin, yazıçıların və s. təqdim edərkən tam şəkildə ifadə olunur.

AM-in elementlərinin sadalanmasında ənənəvi ardıcıllıq mövcuddur:

1) künyə; 2) ələm; 3) nəsəb; 4) ləqəb, xitab, nəbəz və ya mənsəb; 5) nisbə və ya təxəllüs[26,73].

Tarixi insanlar sadalanan ad tiplərindən istənilən biri ilə öz müasirləri və sonrakı nəsillər arasında tanına bilərdi. Tədqiqatçıların da qeyd etdiyi kimi, klassik ərəb dilində mövcud olan adları dəqiq ayırmaq mümkün deyil. Eyni bir ad forma, funksiya və ya semantika cəhətdən baxılmasından asılı olaraq bir neçə tipə aid ola bilər. V.A.Nikonovun sxeminə uyğun olaraq, ərəblərin xüsusi adlarının əsas semantik tiplərini belə təsnif etmək olar:

1) təsviredici adlar (deskriptivlər); buraya aşağıdakılar aiddir:

a) qohumluqla bağlı olan adlar;

b) fərdi xüsusiyyətlərə və fiziki çatışmamazlıqlara görə verilən adlar [26,74]: اعمى,بصير,أطرش,كبير,طويل

c) valideynlərin övlada münasibəti ilə bağlı olan adlar: محبوب,حبّة

2) arzu-istək bildirən adlar (deziderativlər):

a) uşağa olan arzu: طقليب,سعيد,نصر,وردة

b) aldadıcı (müdafiə məqsədli) adlar (bəd nəzərdən, pis ruhlardan qorumaq üçün): مرّة,يموت,قبحة

3) ithaf edilən adlar (memorativlər)-dini fikirlərlə, tarixi şəxsiyyətlərlə bağlı olurlar: محمد,علي,فطيمة

Beləliklə, əminliklə demək olar ki, ərəb antroponimik modeli-kifayət qədər mürəkkəb linqvistik mexanizmdir.

Ərəb antroponimik modeli ilə müqayisədə toponimlərin ifadəsi daha asandır. Aşağıdakı cədvəldə ərəb dünyasında daha çox rast gəlinən toponimlər verilmişdir[26,76].




Yüklə 129,86 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin