Sorğu-lazımi əmtəə və ya müəyyən xidmətlər haqqında əhatəli məlumat vermək və ya təchizatla bağlı təklif göndərmək məqsədilə yazılan işgüzar sənədə deyilir[26,191].
Bir qayda olaraq, sorğu artıq təsbit edilmiş ticari münasibətlər əsasında tərtib edilir. Hər hansı bir əmtəə üçün sorğu tərtib etdikdə, sorğu üçün əsas şərtlər hesab olunan əmtəənin adı və kəmiyyəti, markası, keyfiyyəti, modeli, istifadə müddəti və s. dəqiq qeyd edilməlidir. Məsələn:
طلب معلومات (اكتساب تجهيزات)
السيد,
لي الشرف العظيم أن أطلب منكم تمكيني من بعض المعلومات الخاصة بإكتساب التجهيزات.
في إنتظار جواب منك تقبلوا فائق الإحترام و التقدير
Məlumatların tələb edilməsi (cihazların əldə edilməsi haqqında)
Cənab,
Cihazların əldə olunması haqqında bəzi xüsusi məlumatların bizə təqdim edilməsini tələb etməkdən şərəf duyuruq.
Sizin cavabınızın intizarındayıq. Bizim dərin hörmətimizi qəbul edin.
Müqavilə-xarici iqtisadi fəaliyyət dairəsinə aid olunan sənədlərdən biridir. Müqavilə-tərəflərin qanuni əsasda bu və ya digər sahədə hüquq və vəzifələrini qarşılıqlı şəkildə tənzimləyən sənəddir. Bağlanma qaydası və xarakterindən asılı olaraq müqavilənin üç növünü ayırırlar: 1) konsensual (razılaşma) müqavilə; 2) real müqavilə (razılıqdan əlavə əşyaların başqasına verilməsi şərtilə bağlanan müqavilə, məsələn, daşımaq, istifadə etmək); 3) formal müqavilə (belə müqavilə yazılı tərtib edilir və notarius təsdiq edir, tərəflər müqavilənin şərtlərini yerinə yetirməyə borcludur).
Müqavilənin rekvizitlərinə aşağıdakılar daxildir:
sənədin növünün adı, nömrə;
bağlanma yeri və tarixi;
müqaviləni imzalayanların adları;
müqavilənin predmeti;
əmtəənin keyfiyyəti;
qiymət;
təchiz yeri və tarixi.
Standart sənədlərin növləri kimi, onların əsasını təşkil edən rekvizitlər də sənədin anlaşıqlı olması üçün mühüm əhəmiyyət kəsb edirlər. İş fəaliyyətində istifadə olunan sənədlərin əsas rekvizitlərinə təşkilatın adı, emblem (loqotip), əlaqə müəssisəsinin indeksi, poçt ünvanı, telefon, faks, bank hesabının nömrəsi, sənədin növünün adı, tarix, sənədin indeksi, başlıq, mətn, əlavələr haqqında qeyd, imza, viza, möhür, surət haqqında qeyd, çatdırılma haqqında qeyd və s. daxildir[26,207].
Təşkilatın adı. Hüquqi qüvvəyə malik olan hər bir ticari təşkilat müəyyən ada malik olmalıdır. Bu ad təsisat sənədlərində qeydiyyata alınmış orijinal adla tam uyğunlaşmalıdır.
Avropa ölkələrində sənədin adı həm tam, həm də ixtisarla yazıla bilər. Məsələn, Səhmdar Cəmiyyəti-SC. Ərəb dilində isə sənədlərin adı əksər vaxt tam yazılır. Məsələn, Abdul Malik və oğulları- عبد الملك وأولاده
İxtisarlar yalnız ərəb ölkələrinin Elmlər Akademiyaları tərəfindən sənəd əsasında təsdiq olunduqda istifadə olunur.
Dostları ilə paylaş: |