Təşkilatın loqotipi. Təşkilatın emblemi-lazımi formada qeydiyyata alınmış sözlü (simvolik) və ya qrafik şəkildən ibarətdir. Təşkilatın emblemi kimi əmtəə nişanı, şəkil, abbreviatura və s. istifadə oluna bilər. Adətən o, sənədin yuxarı hissəsində yerləşdirilir [26,146].
Əlaqə müəssisəsinin indeksi, poçt ünvanı, telefon, faks, bank hesabının nömrəsi- bütün bunların cəmi müəssisənin hüquqi ünvanı hesab olunur.
Sənədin növünün adı- sənədin başlıq hissəsində yerləşir və iri şriftlərlə yazılır. Sənədin növünün adı əsas rekvizitlərdən biri hesab olunur. O, bütün sənədlərdə, xüsusən də, maliyyə sənədlərində (məktub, telefonoqram və s. istisna ola bilər) istifadə olunur və sənədin ümumi təyinatı haqqında məlumat verir, mətnin strukturunu müəyyən edir.
Tarix- sənədə hüquqi əsas verən əsas rekvizitlərdən biridir. Sənədin tarixi dedikdə, onun imzalanma tarixi (məktub, faks və s.), təsdiq olunma tarixi, sənəddə qeyd olunmuş hadisələrin baş vermə tarixi nəzərdə tutulur. O, yuxarı sol küncdə yazılır.
Sənəddə bütün tarixlər aşağıdakı ardıcıllıqla qeyd olunur: gün (iki işarə), ay (iki işarə), il (dörd işarə). Məsələn, 22 oktyabr 1995-١٩٩٥/١٠/٢٢
Sənədin indeksi. Qeydiyyat zamanı sənədə verilən şərti işarə onun indeksi sayılır. O, giriş və çıxış sənədlərində tarix ilə yanaşı yazılır.
Dostları ilə paylaş: |