Başlıq- sənədin əsas məzmunu haqqında qısa məlumatdır. Adətən hə haqda? kim haqda? suallarına cavab verir və بخصوص, الموضوع, بشأن –sözləri ilə (qısa .../م) ifadə olunur. Ondan sonra qısa, 3-4 sözlə onun məzmunu işıqlandırılır. Məsələn: dənli qəhvənin qiyməti haqqında – أسعارالبنّ/ م
Mətn. İşgüzar sənədin (müqavilə, akkreditiv, hesab faktura və s.) əsas rekvizitidir. İşgüzar sənədlərin mətninin qrafik quruluşu digər mətnlərdən fərqlidir; onun quruluşu sənədin növündən və hansı ölkədə tərtib olunmasından asılıdır. Rəsmi məktub sənədin ən geniş yayılmış formasıdır.
Məktubun mətni aşağıdakı quruluşda olur:
müraciət.
Mətnin əvvəlində iki hissədən ibarət olan salamlama gəlir:qısa müraciət- cənab- السيّد,السادة,حضرة; və “çoxhörmətli” atributivləri ilə olan müraciət-
المحترم السلام عليكم و رحمة اللّه ...جناب السيّد
حضرة السادة المحترمين... السيد الموقر... السيد المحترم
Ardınca salamlamadan sonrakı klişelərdən biri gəlir:
تحية و إجلالا و بعدُ ,التحية الطيبة و بعدُ , تحيتنا و بعدُ ,بعد التحية, onlar müraciətdən bilavasitə sonra işlənir.
giriş hissəsi nəzakət formullarından ibarət olur və adətən iş yazışmalarında daha çox istifadə olunan aşağıdakı ifadələrdən birini özündə əks edir:
Dostları ilə paylaş: |