II. İşgüzar sənədlərin tədqiqatına sistemli yanaşma
İşgüzar sənədlərin dil xüsusiyyətlərinin xarakteristikasını araşdırmaq məqsədilə elmi tədqiqin sitemli yanaşma adı ilə tanınan müasir metodoloji konsepsiyasına müraciət etmək vacibdir. Işgüzar sənədlərin analizi zamanı sistemli yanaşma aşağıdakıları araşdırır:
bu sənədlərin mahiyyətini;
onların elementlərini;
sənədin strukturunu;
mövcud işgüzar sənədlərin funksiyalarını;
onların tarixi aspektini [21,54].
Nitq fəaliyyətinin xüsusi altsistemi olan işgüzar yazışmaların adı çəkilmiş xüsusiyyətlərini ardıcıl aydınlaşdıraq.