Tədqiqatın obyekti. Tədqiqatın obyekti kimi ərəb dilində işgüzar yazışmalar, onların linqvistik xüsusiyyətləri çıxış edir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi işgüzar yazışmaları, onların quruluşunu, burada istifadə olunan standart formulları öyrənməkdən ibarətdir. Tədqiqatın vəzifələrinə gəlincə isə, qeyd etmək lazımdır ki, burada ərəb dilində tərtib olunan işgüzar sənədlərin tərtibi zamanı meydana gələn çətinlikləri aradan qaldırmaq əsas məsələdir. Belə ki, ərəb dilini bilmək ərəb dilində sənəd tərtib etmək üçün kifayət deyildir. Ərəb dilində mükəmməl şəkildə sənəd tərtib etmək üçün ərəblərin adət ənənələrini, mentalitetini, həmçinin ərəb dilində istifadə olunan şablon ifadə vasitələrini də bilmək əsas məsələlərdəndir.