Sevənlər də xoşbəxt olmur bəzən
Sevgi nədi? Hisslər yox oldu getdi
Sevdalı sözlər də tükəndi bitdi
Gözlərində nur da itdi kor oldu
Sevda üçün axan yaşın qurudu
Sevgi üçün fədakarlıq budumu?
Sevən insan illər ötüb tənhasan
Sevgin söndü Söylə sən nə haldasan?
Qovuşmaqdı sənin arzu istəyin
Ağlayanda göz yaşların sel oldu
Sevgi üçün ölmək belə heç oldu
Qovuşmusan, sevgin hanı nec oldu?
Peşimansan Sevdaların puç oldu.
Nə tez söndü od alovlu məhəbbət
Sevgi yaşın acılarla boyandı
Nə tez qəlbdə yeni Sevdan oyandı?
Kimdi axı günahkarı Bilən yox
Sənə həsrət sevgilindən xəbər yox
Sən unutdun o yalnızdı bilən yox
Qəm kədərdən pay vermisən Sevgi Yox
Səndə yeni eşq günləri yaşanır
Onun dərdi bir tək Sənsən...... Sən də Yox.
Tural Museyibov 14 Aprel 2013
__________________________________________________
Tez gülüb tez yanan könlüm ağlama
Gülməyi də sənə çox gördü həyat.
Vaxtsız sevinc imiş pənah gətirən
Yardan yarımıyan könlüm ağlama.
Yalançı gülüşlər qonsun dodağa
Həqiqət həsrətli könlüm ağlama
Səmimi sevgiyə həsrət qalmısan
Riyakar dünyaya baxıb ağlama.
Nə tez bezdi səndən, bəs səni sevən?!
Nə tez doydu səndən doymuram deyən?!
Sevgi axtardığın ala gözlərə
İnamsız baxırsan... baxıb ağlama.
Dalıb xəyallara, getmisən fikrə
Bir anlıq yanında Sən Onu istə
Yalan olduğunu Sən bilə bilə
Sarıl sevgilinə, dolan boynuna
Cismindən uzaqsan bağlan Ruhuna
Axan göz yaşına baxıb ağlama......
Səndən ayrı qalıb, səni düşünən
Gizlin görüşlərdə duya bildiyin
Uzaq arzulara, isti nəfəsə
Sevginin səsinə yanıb ağlama.
Ağır olsa belə bu tale qismət
Hər gecə yanacaq içində həsrət.
Tənhalıq bir dostdur gecələr sənə
Qaralan gecəyə batan günəşə
Sabah açılacaq qara Zülmətə
Qarğama Bəxtinə, Gülüm Ağlama............
Səni sevən qəlbə acı Ağlama.......
Sil gözün yaşını canım Ağlama.
Sən mənə uzaqsan yaxin olsan da
Canimda bir cansan, ayri qalsan da.
Qəlbimə hakimsən, sevgi tacimsan
Sən mənim deyilsən, mənim olsan da!
***
Heç zaman biz xoşbəxt ola bilmərik
Bərabər yaşamaq yasaqdir bizə.
Sən mənə lazimsan sevgi ocağim
Məni məhv eləyən baxişlarinla......
***
Biz başqa dünyanin adamlariyiq
Biz yasaq sevginin kölələriyik
Dərd yükü daşiyan dolu bir bulud
Biz xoşbəxt olmadan sevgidən yanan
Əriyib yox olan bir cüt şamlariq.
***
Gözləri kor edən sevgi aynamiz
Indi parçalanib dağilib artiq
Hər parça bir sevgi yayacaq gülüm
Sevgimiz dillərdə əzbər olacaq
Dünyanin həsədlə baxdiği sevgi
Bizə yaxin ikən uzaq olacaq.....
Mən Necə İtirim Səni Bir Daha
Bir toy məclisində görüşdük sənlə
Bu toydan bizimçün ola bilərdi.
Bir zaman tərk edib getməsəydin Sən
İndi o masada biz əyləşmisdik
Bəlkə də bu toya bərabər gəlib
Gələcək gunlərə dilək tutardıq
Övlad toyu uçun arzu edərdik...
Sənin baxışların sevinc bəxş etdi
Hay kuylu gecedə sakit baxişla
Sevindirdin məni o izdihamda
Səni gorməyimlə itirdiyim gun
Ekizdir eynile, aci həsrətdir
Sənlə gəldiyi tək Sənlə gedəndir....
Mən necə itirim səni bir daha
Mən sənlə yaşadım ömrüm boyunca.
Bütün xəyallarım sənlə olubdur:
O qədər səninlə dərdləşmişəm ki
Deyib gulmuşəm mən yalan olsa da
O qədər sevirəm deyib mən sənə
Səndən hə cavabi eşitmişəm ki.
Yalandan bir xəyal olsa da bunlar
Amma həqiqətdir sevgi hissləri
Yalniz səni görən gözlər kor olar
Səndən başqasında görsə Sevgini!
Yalandan danışmaq xəyal da qurmaq
Təsəlli olurdu sənsiz anlarda.
Əlindən tuturdum mənlə olanda
Səni qucaqlayıb isti nəfəslə
Soyuq kuləklərdən qoruyurdum mən.
Bəzən də bərabər gəzirdim sənlə
Şəhərdə bəxtəvər insanlar kimi
Hamının həsədlə baxıb gizlincə
Xoşbəxtlik verdiyi cütlüklər kimi
Sən hərdən küsürdün danışmırdın ki
Könlünü almaqçün nələr etmirdim
Gülən çöhrən üçün əldən gedirdim.
Bitməz bu xəyallar, ömrü uzundur
Acı bir talenin həyat yoludur.
Gözəl xəyallardı deyilmi gülüm
Bunlar hech bir zaman yox olmadi ki
Hər anım hər günüm sənlə bərabər
Səninlə yaşayıb, yaşayacaq da
Bir zaman mənimlə gəldiyi kimi
Bir anda mənimlə yox olacaq da....
Tural Müseyibov. 2011. 15 noyabr
________________________________________________________________
TƏRK EDİR MƏNİ
Necə də gözəldir sənli hisslərim
Elə bil illərlə dayanıb zaman
Səni itirməkdən qorxduğu üçün
BU GÜNÜN sabahı olsun olmasın
Düşünüb daşınıb yox deyim gərək
Çünki Sabah olsa gedəcəksən sən
Sənsiz yaşamaqsa ÖLÜMDÜR GERÇƏK.
Gözünün yaşına qıymaram sənin
Onsuz da qırmısan qəlbimi mənim
Sevirəm dediyim küskün baxışlı
Utancaq sevgilim tərk edir məni.
Yerə dikilib baxışlar nədən?
Məni tərk etməkdən çəkinir bəlkə?
Sadə varlığınla sevmişəm səni
Ömrümü qısaldıb kəsməyə nə var?
Bir anlıq yox deyib getməyə nə var?
Haqsızlıq sayardı bunu duyanlar
İncitmə AŞİQİ günahdı DAYAN
Səninlə yaşamaq Səninlə ölmək
Arsuzu Sevənə məxsudur inan!!!!
22 sentyabr 2011 - ci il//Tural Müseyibov.
Niyə belə yorğun ala gözlərin?
Niyə belə yorğun ala gözlərin
Sevdalı günləri özlədi yoxsa?
Bəlkə mən gəldiyim yollara baxıb
Gözləməkdən bezdi ala gözlərin?
Özüm də gəlməsəm fikrim sənlədir
Bilirəm mənasız mənsiz günlərin.
Sil o gözlərindən axan yaşları
Dəymir incitməyə ala gözləri.
Sənli xatirələr gözəldir inan
Unudulmur əksim düşən gözlərin.
Gecəmi gündüzə qatır istəklər
Məndə yaşamağa həvəs oyadır
Sevgi ilə çağlayıb axan sözlərin.
Yuxumda səninlə yaşanır ömür
Necə də əzizdir biləsən mənə.
Oyananda belə, yatmış kimiyəm
Çünki yuxularda həqiqətət olur
Səninlə yaşanan növbəti ömür.
Səndən xəbər yoxdur sevgilim niyə?
Bəlkə unuduldu çarəsiz bəndə?
Yoxsa gözləməkdən cana doymusan
Yoxsa qəlbindəki sevgi işığı
Söndü bir anlığa
Sən yox olmusan?
Soraqladım səni xəbər olmadı
Dedilər dözmədi sənsiz o dərdə
Sevgisin qorumaq naminə getdi
Bu dünya dar gəldi, bizi tərk etdi....
Mən daha tənhayam, kimsəsiz, yetim
Məni də çək apar Sən öz yanına.
Niyə mən gəlmirəm sənin dünyana?
Buna ya güc çatmır ya da şərəfim...?
Mən layiq olmadım sənin sevdana!
İndi daş lövhədə cansız bir şəkil
Durmadan gülüşlə üzümə baxır...
Daha eşidilmir sevgi sözlərin
Daha canlı deyil ala gözlərin.
Yağan yağış səni canlandıracaq,
Yağmasın dayansın, istəmirəm mən
Axı gözlərindən yaşlar axacaq.
Silə bəlməyəcən, mən silim gərək
İncitmə gözlərdən qoy axmasın yaş
Silim şəklindəki ala gözlərdən
Süzülən yağmurlu axan yaşları....
25 Sentyabr 2010//Tural Müseyibov.
_________________________________________________________________
ЩЯЙАТ ДЯРСИ
Мян, мяни севянляри эюря билмядим
Тямянна ахтаран бяндяляр эюрдцм.
Чятин эцнляримдя щяйат дярсини
Йашанан аьрылы анымда эюрдцм.
Бир дя анладым ки, кимсяляр йохду.
Достунам дейянин бир зянэи йохду
Бир дя анладым ки, евимдян кянар
Мяни истяйяним севяним йохду.
***
Бир кялмя Севирям дейян дя йохдур
Йалан цзяриндя бир анлыг беля
Йадыма салаъаг севэилим йохдур.
Щятта язраил дя унудуб мяни,
Дейясян ришхяндля бахыр юмрцмя
Дцшцнцр бялкя дя юлдцрся мяни
Йасыма эяляъяк бир кимся йохдур.
***
Эюзлярим гапыдан чякилмир бир ан
Бялкя кимляринся йадына дцшдцм
Хястяйкян узаныб чарпайымда мян
Хястяйкян йанында эеъялядийим
Достларым эялмяди, Йеня дюзмядим
Гцруруму язиб юзцм ахтардым
Ъавабсыз галырды зянэлярим мяним
Цмидсиз галырды дцшцнъялярим.
***
Юзцнц гапымда щялак ейляйян
Аз гала шянимя дастан сюйляйян
Достларым гейб олду,
Санки щеч йохмуш.
Чохлары йанылды мяни унутду
Бир дя унутдулар – Бяндя ня каря
Аллащ йазысына позу щеч йохмуш.
***
Эюзял анларымын хатирясини
Йашадыб дойунъа дуймаг истядим.
Чцнки хатирямдя лювбяр салараг
Намярдлик адына имза атараг,
Чятин эцнляримдя гачан достларын
Мякриндян дойунъа доймаг истядим….
________________________________________________________
ХЯЙАНЯТ
Мяни бу дцнйадан айыран эцлцм
Сяня лянят дейим, уьур диляйим?
Билмирям дярдими кимя сюйляйим
Ахан эюз йашыма щейифми дейим.
***
Аъылар ичиндя гыврылан кюнлцм –
Сяни парча парча едиб, дидиб – тюкярди
Сяни – Мяни атыб эетдийин кими
Бу йалан щяйатда Атыб эедярди.
***
Эюзцмц йоллардан бир ан чякмядим
Инди эяляъякди – цмидля дедим
Амма ня биляйдим хяйанятини
Амма ня биляйдим намярдлийини
Бир дя дцшцнмядим………
Бяхтимя йазылан гара талейи!
***
Гялбими баьлайыб сянин кюнлцня
Бир сяни дуйурдум, вурьундум сяня
Сян дя щядиййями вермишдин мяня
Амансыз замана етибар едиб,
Набяляд дцнйаны бяхш етдин мяня.
***
Дярд нядир билмирдим, юйрятдин мяня
Дярдсиз эцнляримя щясрят чякирям
Мян инди щеч кимям,
Ня бир ешгим галыб, ня мящяббятим
Мящв олуб, йох артыг бцтцн щисслярим…
____________________________________________________
СЯН АРТЫГ БИР КЕЧМИШСЯН МЯНИМ ЦЧЦН…
Сян ясян бир кцляксян
Гялбими цшцдян кечмишсян мяним цчцн.
Сян ахыб эедян бир чайсан
Даща кечмишсян мяним цчцн.
***
Сян бир заман хяйалларымда гурдуьум бцллур сарайсан
Артыг даьылыб учмусан мяним цчцн.
Сян бир юмцрсян
Узаг кечмишя дюнян бир юмцр.
Сян гаралан гцруб чаьысан
Дцнянимин гцрубу.
Сян батан бир эцняшсян
Бяхтин гядяр гара бир талейин эеъясисян мяним цчцн.
***
Бир юмцр йашадым сянинля бирэя
Йалныз цряйини горуйа билдим.
Бцтцн варлыьынла эетдин щяр эеъя
Цряйим сянинди дедин эизлиъя.
***
Артыг бир кечмишсян Сян мяним цчцн
Чцнки итирирям сяни щяр эеъя.
Саф идин, пак идин кюрпяикян сян,
Юмрцнцн ян язиз илк бащарында
Талейми, инсанмы йыхды евини?
Бяндялийин о мурдар батаглыьындан
Танры да горуйа билмяди сяни.
***
Сян лайиг дейилсян аьры – аъыйа
Чийниндя дашынмаз йцк эяздирирсян
Мяъбурян эцлцрсян инсан цзцня
Црякся аьлайыр мящв олурсан сян.
Мяним сыьал чякиб, юпдцйцм телляр
Щансы синяляря кюлэя салыбды
Мяним яксим дцшян ала эюзлярдя
Ня билим кимлярин якси галыбды.
***
Ялимя узанан яллярин щаны?
Мяни рам еляйян додаглар щаны?
Эюр ня тез кечмишя дюнцбдц бунлар
Инди башгасынын гойнундасан сян
Аьрылы кечмишсян мяним цчцн сян
Бялкя дя юлмцшям сянин цчцн мян!
__________________________________________________________
Xəyalın hələ də incidir məni....
Unuda bilmirəm bacarmıram ki
Nəinki xatirən, cismin də mənlə
Bərabər bir ömür sürür qəlbimdə.
Baxdıqca şəklinə gözlərim dolur
Düşündükcə səni ruhum da donur
Nə bir səs eşidir, nə bir hiss keçir
Bütün arzularım tarı mar olur.
***
İstədim unudum – Tərk etdim səni.
Yalnız urəyimdən silə bilmədim.
Bir də xəyalımdan silinmədin ki
Geriyə baxanda görməyim səni.
Birgə gəzdiyimiz küçələri də
Sənsiz dolaşıram... Bilirsən niyə?
Qorxuram izimiz qalan bu yerlər
Məni xəyanətdə günahkar bilə.
Amma ətrini yenə duyuram
Ətrafa yayılıb sevgi qoxusu
Nə olsun...
Kimsəsiz – sənsiz qalmişam
İçimdə sevgisiz ölmək qorxusu.
***
Sənsizlik nə qədər agırmış inan
Səni itirəndən nələr görmədim
Yalançı sevgilər döydü qapımı.
Amma boylananda eşqin yoluna
Səni gormək idi ürək arzusu!
Mənə sənsizliyi tale yaşatdı
Mənə sənsiz qalmaq qismətdi inan
Ya gərək mən səni görməyəydim heç
Ya sonu olmayan bu məhəbbəti
Elə beşikdəcə boğmalıyıdıq biz!
***
Sənli anlarımın hər xatirəsi
Məni sənsizlikdən alıb aparır
Dediyin sözlər də unudulmur ki,
Sənin sözlərinlə dilim dolaşır.
Aylarım illərim ötüb keçdikcə
Bütün görkəmim də dəyişir mənim
Ağaran saçlarım, qırışan üzüm
Qocalmır cavandır bir məhəbbətim.
***
Bilmirəm bəlkə də yanılmışam mən
Səni sevməyimlə qəbahət etdim
Bilərək bu eşqin sonsuzluğunu
Sənə könül verib Sevirəm dedim.
***
Canıma can verib döyünən ürək
Səni sevməyinə peşiman olur
De mənə neynəyim,
Ölüm ya qalım
Sənsiz yaşamağım mənasız olur.
***
Xəyalın hələ də incidir məni
Hər günüm əzablı fikir toplusu
Bir də arzuların ən sonuncusu
Səni son nəfəsdə görmək arzusu!
______________________________________________________________
TƏK QALACAQSAN
Bir də baxacaqsan yalnız qalmısan
Bir içim su verib, baxanın da yox
Əsən küləklərdən qoruyub səni
Soyuqdan istiyə ötürən də yox.
***
Ömür ötüb getdi, zaman tələsdi
Solğun həyatınla baş başa qaldın
Açılan səhərtək gülən üzündə
Qaranlıq zülmətin cizgisi qaldı.
***
Ağır xatirədir ötən günlərin
Düşünüb – daşınıb, götür – qoy etdin
Nə qədər yanılıb, səhvlər etmisən.
Bu gün kimsəsizsən, tənha qalmısan...
Səsdən qulaqları batıran evə
İndi səhvən gəlib çıxan da yoxdu.
***
Dedilər yalandı ətrafın sənin
Zaman da sübuta yetirdi bunu
Hətta ən yaxının, övladın belə
Çəkə bilmədi heç sən çəkdiyini.
Dedilər inanma kimsəyə qəti
Daş qəblisi çoxdur, vəfadarı yox
Yaşayıb, sevdiyin dünya da fani
Bünövrəsi yalan, etibarı yox!
***
Bu da bir həyatdı, bu da bir dərsdi
İtən hər zamanın, yaşanan günün,
Ömründən nə qədər günləri kəsdi.
Bəlkə də gecikmiş bir məktəbdi bu,
Nə qədər ağlasan faydası yoxdu
İndi ayılmağın mənası yoxdu.
_____________________________________________________________
İTIRIRƏM SƏNI
İtirirəm səni göz görə görə
İtirirəm səni mən bilə bilə.
Bu da bir qismətdi barışım gərək
Bu da bir taledi yaşayım gərək.
***
Özümü axtardım gözlərində mən
Amma nə faydası görə bilmədim.
Sevgimi axtardım ürəyində mən
Amma nə faydası tapa bilmədim.
***
Mən səni heç zaman tanımamışdım
Sevgidən uzaqdım yaşamamışdım
Mən indi acizəm sənin önündə
İtirsən beləcə gözüm önündə.
***
Əziyyət çəkirəm səni görəndə
Gözümü gözündən çəkə bilmirəm
Səsini duyanda dinə bilmirəm.
Sənin varlığınla səndən gizlicə
Hər an yaşadığım qısa ömrümlə
Ölürəm sevginlə sənin önündə.
***
Bu sevgi ağırdı, yükü çəkilməz
Bu sevgi bəhrəsiz ağaca bənzər
Bu sonu olmayan uzun bir yoldu
Bəlkə də bu yolu getməyə dəyməz.
***
İtirirəm səni göz görə görə
İtirirəm səni mən bilə bilə.
Bu da bir qismətdi barışım gərək
Bu da bir taledi yaşayım gərək.
__________________________________________________________
NİYƏ GƏLDİN SƏN AXI?!
Səni mənmi çağırdım
Niyə gəldin Sən axı?
Səni mənmi axtardım
Niyə gəldin Sən axı?
Bir ani yel kimi ötüb getdi istəyin
Budurmu sədaqətin
Bu idi məhəbbətin?
***
Mənim sevgim var idi
Sən onu məhv elədin
Mənim sevda bağçamı
Sən tarı mar elədin.
Məhəbbət diyarımı viran qoydun vəfasız
Sağalmayan bir yara
Daim sızlayan ağrı
Acı bəxş etdin - Mənə!
Niyə gədin Sən axı?!
***
Artıq çıxıb getmisən
Nə mənası bilmirəm
Artıq gecdir əzizim
Məni dəli etmisən.
Mənə lazım deyildi nə eşq, nə məhəbbətin
Mənə lazım deyildi
Yuxusuz gecələrim....
***
Göz yaşımdan islanan
Ağaclar çiçək açdı
Ömrü uzun olmadı...
Bilirsənmi heç niyə?
Çünki axan göz yaşım nakam eşqin, sevdanın
Etibarsız insanın yolunda axan yaşdı
Bax elə bu səbəbdən kökü islanan ağac bəhrəsiz bir Ağacdı!
P.S. Görürsənmi əzizim yox olan çiçəklərə, quruyan ağaclara
Səbəbkar göz yaşım oldu. Təbiət də Sevgimin taleyine bənzər bir ömür yaşadı. Mən isə güclü olacam! Sənə və sənin mənə miras qoyub getdiyin Yalançı sevgiyə, gecə gündüz məni addım - addım izləyərək qəlbimə rahatliq verməyən xatirələrinə və ən əsasi sənsizliyə qalib gələcəm. Qalib gələ biləcəmmi?...
____________________________________________________________
ÇIÇƏK
Baxıram çiçəyə.......
Tökülən ləçəklər bir ömrə bənzər,
Vaxtilə əllərdə gəzən bu çiçək
İndi qurda quşa yem olub gedər.
***
O da bir zamanlar təravətilə
Qəlbləri oxşardı, şuxdu qaməti
İndi zaman keçib, ömür qocalıb
Çiçəyə uzanan əllər qısalıb.
***
Boynunu bukmüsən, yetim uşaqtək
Baxıb mənim kimi can deyən çoxdur,
Sənin də həyatın insan ömrütək......
Bir də baxırsan ki həyatda yoxdu.
***
Sədaqət, məhəbbət, sevgi, etibar
Görəsən bu bütöv məvhum kimdə var?
Təbiət də bizə yalan bəxş edir
Gah soyuq, gah isti, gah da ki sərin
Ya da gözü yaşlı payız bəxş edir....
____________________________________________________
Mən Səni Sevirəm, Səndən Xəbərsiz
Bu acı taledi, acı qismətdi
Bu bir zülmətdir ki yaşayıram mən
Nurlu sabahlara ümüdsüz bir kəs,
Tənha dustaq kimi məhbəsdəyəm mən.
Sevginə möhtackən sevgindən uzaq
Bir cəza çəkirəm yalnızlığımla
Bir ömür itirib qalıram sənsiz
Mən Səni Sevirəm Səndən Xəbərsiz....
***
Sən mənim qəlbimdə yuva qurmusan
Yuvanı dağıtmaq günahdı gülüm.
Nə səsim yetəndi, nə gücüm sənə
Yaşayıb gedirsən Məndən xəbərsiz
Mən Səni Sevirəm Səndən xəbərsiz....
***
Səsini eşitmək istədi könlüm
Özümü unutdum, köçdüm dünyadan...
İstədim zəng vurum bacarmadım ki
İstədim hayqırım Sevirəm deyə
İstədim sarılım sənin boynuna
Yenə də olmadı qalmışam aciz
Mən Səni Sevirəm Səndən Xəbərsiz....
***
Nə xəyal, nə də ki sənli xatirə
Səni heç bir heç zaman mənə vermədi...
Sənli xatirələr məndən uzaqdı
Səni sevdiyimi bilsən nə vardı.
Artıq istəmirəm xatirələri
Çünki orda bir mən varam gözləri yaşlı
Bir də sən – Sevgimdən ayrı, xəbərsiz
Mən Səni Sevirəm Səndən Xəbərsiz........
***
Cavabsız bir sevgi acı bir gerçək
Dağ boyda bir dərdə dözərmi ürək?
Mənsiz yaşadığın xoş günlərini
Mənim bu gözlərim çoxmu görəcək?
Mənim də ömrümün sonu gələcək
Cismim bu dünyadan köçüb gedəcək...
Bəxtsiz məhəbbətdən xəbər tutanda
Yazdığım şeirlər sənə çatanda
Qəbrimi arayıb soraqlayanda
Məzarım üstündə bir boynu bükük
Saralan bir çiçək görsən ki yalnız......
Bil ki, bax bu mənəm tənhayam sənsiz
Mən Səni SEVİRDİM Səndən Xəbərsiz!!!!
_______________________________________________________
Sənə qovuşmaq üçün
Sənli günlərimə həsrət çəkirəm
Bu ömür dağılır puç olub gedir
Bəlkə mənim sənə qovuşmağımçün
Ömür də beləcə tez solub gedir.
Həyat da sönükdür sənsizliyimdə
İçdən ah çəkərək günlər sayıram
Bilirsən? O gözəl, sənli anlarım
Əsən küləklərin sərin mehində
Yanımdan yel olub sakitcə gedir?!
Mən səni görəndə düşünmürdüm heç
Səni bu ürəklə belə sevərəm
Zaman axarında duymadan belə
Səni candan artıq sevmişəm demə.
Necə də sevdirdin özünü mənə
Mənim daş qəlbimi toza çevirdin
Ağrıyan acıyan canınla belə
Hər zaman sən mənim təbibim oldun.
İndi tənha qalıb əllərim mənim
Bütün varlığımla duyuram səni
Amma nə olsun ki, amansız fələk
Alib qollarına apardı səni.
Nə yaxşı çəkilən şəkillərin var
Nə yaxşı yadigar bir körpəm durur
Nə yaxşı bu ölüm mənimçün də var
Sənə qovuşmaqçün yegəna yoldur.
__________________________________________________________
HEYIF SƏNƏ....
Mən səndən ayrıykən səni yaşadım
Səndən sevgi umdum, hanı cavabın?
İllərim hədərmi getdi yolunda?
Dəyməzmiş həsrətə, yoxsan sonunda.
Dözdüm əzabına bəs edər artıq
Bu, mənim sevgimə üsyanım artıq!
Sən axtar, mən yoxam,
Daş qəlbli varlığam, zəhərli oxam!
İndi Sən sev məni yetər əzabım
Az qalıb yetəcək sona həyatım.
Məni öldürməkmi, gülüm qərarın?
Heyif ötən ömrə
Sınan bir qəlbə.
Səndə axtarılan saf bir sevgiyə.
Heyif səni sevən uca bir Mənə
Sənə uzananda kəsilən ələ.
Ağlamaq –Yalvarmaq mümkünsüz Sənə!
Ya sənli ya sənsiz fərq etməz mənə.
Oyandim puç oldu sevgi yuxusu
Daha yadsan gülüm, Sən Yadsan Mənə!
___________________________________________________________
Gəl əl ələ Tutub gedak
Sevgi dolu bir məkana
Əllərinin istisindən
Qəlbim har an alovlana
Kulək əssə şaxta duşsə
Sarsıtmasın sevgimizi
Gəl əl ələ Tutub gedək
Sevənlər də duysun bizi.
Burda qoyaq çətinliyi
Çıxaq gedək uzaqlara
Xəyal belə olsa bunlar
Gedək yalnız bir diyara
Sən ol orda.. Bir də ki mən
Pisliklərdən uzaq olaq
Bəd nəzərdən, söz söhbətdən
Kinayədən, istehzadan
Paxıllıqdan Uzaq olaq
Həmdəm olaq sevgimizə
Xəyal belə olsa bunlar
Sevinc qataq ömrümüzə!
_____________________________________________
TƏNHA QADIN
İnsanın taleyi bəxti olanda
Əlindən tutmağa dostu olanda
Evində sirdaşı həmdəm olanda
Məndən uzaq qaçdı rahat həyat da
Məni darda qoydu bir tək ALLAH da
Bu ömür bir əzab çəlləyi sanki
Tərpənən anında qəlbləri yaxır
Bitməyən xoş günlü arzularımsa
Qayaya çırpılan ləpələr kimi
Qayıdır geriyə gəldiyi kimi.
Arzularım məni hara aparmır
Evimdə bir isti nəfəs axtarır
Övladın gözündə ata sevgisi
Mənə dayaq olan ömür yoldaşı
El oba içində arxa axtarır.
Uşaqlıq dünyamın qurbanı olan
Bu günkü taleyim qara bəxtlidir
Əllərim Həsrətdir o əllərə ki
Tutub körpəmizi bərabər gedə...
Qürurla baxardım o kəslərə ki
Mənə yanlış baxıb xar edəcəkdi
Mənə ləkə olan ad verəcəkdi........
Bəlkə bir günahım olub bilmirəm
Bəlkə bu günahın cəzasıdır ki
Ömür gün yoldaşım olsa da belə
Həsrətəm bu ada həqiqətdə mən.
Bir gün dağılacaq ailəm mənim
Kimlərsə günahkar məni görəcək
Əsl səbəbi də bu olanların
Elə qəlbimdəcə ölüb gedəcək.
Yaşanan ağrılar incitmir məni
Artıq öyrəşmişəm bu çətinliyə
Bircə övladımın gələcək günü
Qaranlıq zülməttək görünməz olub
Çəkilməz bir yüktək daşınmaz olub.
Bir ana sevgisi yetərmi görən?
Bir ana dayağı güclümü görən?
Qonşu uşaqlari atalarından
Danışıb deyəndə, misal çəkəndə
Mənim körpə balam nə deyəcəkdi?...
Atası bizləri dəyişdi getdi
İsti ocağını boş qoydu getdi
Yadlara yem edib tərk etdi getdi
Bir ümman dərdlərdə batırdı getdi.
Ana qucağına qısılan körpə
Bir oğul, bir kişi, ər qoydu getdi!
Açılan gündüzlər məndən uzaqdı
Rahatlıq haramdır, yuxu haramdır
Gördüyüm sadəcə acı – günahdır
Bir sadə xoş sözə həsrət qalmışam
Gülər üz, sevincdən uzaqlaşmışıam.
Xəyallar fikirlər aparır məni
Hərdən düşüncələr oyadır məni
Bəlkə yazılmayıb heç alın yazım
Bəlkə ömür yolu, gələcək günü
Tanrı da buraxıb öz seçimimə
Elə səbəbkardır tək əməllərim
Ağrılı dərdimə qara bəxtimə...
Tənha qadın kimi yaşamaq zülüm
Hərdən düşünürəm qalım, ya ölüm?
Övladım xətrinə əzaba dözüm?
Suallar əl çəkmir fikrimdən mənim
Sabahsa açılır yeni gün gəlir
Ömrümə növbəti qara gün gəlir...
______________________________________________________________
______________________________________________________________
Dünya qəribədir deyir müdriklər
Müdrik bir sevgini yaşadım indi.
Səni mənə verən ulu tanrıdan
Ayrılmaz bir yolu dilədim indi!
Sənin qəlbindəki hərarətini
Duyuram canımda, uzaq olsam da
Sənə fəda olsun mənim Canım da
Axasan daima qaynar Qanımda!
Yaşar Nuri ilə vida mərasimində yaşananları bir daha yadıma saldım. Səhnədə son dəfə pərdələr açılanda Yaşar Nurinin bir il əvvəl yubiley tədbirində elə bu səhnədə səsləndirdiyi fikirlərin len yazısını verdilər. Pərdə açıldı. Səhnədə Yaşar Nuri və Lent Yazısı - Bu gün mən bura sizinlə görüşə gəldim. Sizin alqışlarınızı bir daha eşitmək üçün gəldim. Bu dünya heç kimə qalmır, heç kim bu dünyadan heç nə aparmır, öz sənəti ilə yadda qalır.
Mən Bura Sizinlə görüşə gəldim.....
Mən Bura Sizinlə görüşə gəldim
Sizdən ayrılsam da Sizə güvəndim
Mən Bura Sizinlə görüşə gəldim
Səhnədən ayrıla bilmir ürəyim
Cismim də son dəfə səhnədə oldu
Ruhumu Sizlərə təslimə gəldim.
Mən Bura Sizinlə görüşə gəldim
Ömrümdən bir parça oynamaq üçün
Bu dəfə ölümü oynadım Sizə
Bir ilk və sondu Ömrümdə MƏNİM.
Mən Bura Sizinlə Görüşə gəldim
Əl çalan Əlləri görmək istədim
Tamaşa, obrazlar dəyişir bizi
Mənsə dəyişmədən SİZLƏRƏ GƏLDİM.
Mən Bura Sizinlə görüşə gəldim
Ölümün üzünə gülməyə gəldim
Nə məcbur aparır Sizlərdən məni
Mən Səhnə həsrətli günlərə gəldim.
Mən Bura Sizinlə Görüşə gəldim
Üzlərdə təbəssüm yaradan qəlblə
Sizlərdən ayrılıb əbədi yola
Üz tutub ayrılıq deməyə gəldim.
Mən Bura Sizinlə Görüşə gəldim
Bu dünya heç kimə, HEÇ KİMƏ qalmır,
Heç kim bu dünyadan heç nə aparmır,
Yaşar sənəti ilə yaddaşda Qalır
Son dəfə bu sözü deməyə gəldim.
Mən Bura Sizinlə Görüşə gəldim.
Tural Müseyibov/23 noyabr/2012/BAKI
Dostları ilə paylaş: |