Nurlan? Bu necə ola bilər? Axı heç kim bilmir...Heç kimə deməmişdim..Necə tapıb? Niyə burda?
Içindəki balaca qız Çinarəni Nurlana tərəf dartırdı ki, onu qucaqlasın və öpsün. Ama Çinarə ayağını yerə möhkəm pərçimləmişdi.
-Nurlan?-haçandan haçana dilləndi.
-Salam,Çinarə- Nurlan gülümsədi.
O gülümsəmə...Aman Allah, necə darıxmışam..Niyə dayanmısan, Çinarə? Niyə onu qucaqlamırsan? Dayan hələ!
-Salam, Nurlan. Sən...bura...necə.. gəldin?
-Düzünü desəm, səni tapmaq elə də asan olmadı, Aysel xanım.
-Deməli, yeni adımı bilirsən –Çinarə gülümsədi.
-Hə...-Nurlan baxışlarını ona zilləmişdi.
-Niyə? Niyə bura gəldin?-Çinarə qəfildən soruşdu.
-Çinarə, mən...Mən sadəcə...Bağışla! bilirəm ki, sənə istəmədən xoşolmayan anlar yaşatdım. Ama mən bilmək istəyirdim. Itirmək duyğusunun nə demək olduğunu bilmək istəyirdim. Sən həmişə mənim yanımda idin. Sənin sədaqətinə və vəfana sonsuz inanırdım. Bilirdim ki, sən hər nə olursa olsun, məni tərk etməyəcəksən. ama mən özüm özümə aydınlaşdırmaq istəyirdim. Mən bilmək istəyirdim ki, itirmək duyğusu necə olur. Mən Əbədi Sevgi deyilən zirvəyə çatmaq üçün İtirmək Duyğusu adlanan yoldan keçməli idim. O iztirabı yaşamalı idim. Və mən yaşadım. Ilk dəfə sənin telefonuna zəng çatmayanda, səni harada axtaracağımı bilməyəndə, mən o zaman anladım ki, itirmək duyğusu necə olur.
Arada sükut yarandı...
-Çinarə, biz Əbədi Sevgidən danışırdıq. Ama bilmirdik Əbədi Sevgi nə olan şeydir. Biz həmişə bir yerdə idik, həmişə bir-birimizi başa düşürdük, dava eləmirdik. Əbədi Sevgi –bu hansısa roman, hansısa film, hansısa neçə illik evli olan cütlüklərdən alınan müsahibə deyil. Əbədi Sevgi. Mən sadəcə özüm bilmək istədim bu nə olan şeydir. Nə olan şeydir itirmək duyğusu. Başa düşürsən? mən bütün bunları özüm yaşamaq istədim.
-Bəs indi bildin?-Çinarə incik halda soruşdu.
-Hə.-Nurlan gülümsədi. –Səni harada axtaracağımı bilməyəndə yaşadım bu duyğunu- itirmək duyğusunu. Sən həmişə yanımda idin və mən sənin mənim üçün necə dəyərli olduğunu özümə aydınlaşdıra bilmirdim. Bilirsən, Sinqapurdan gələndə niyə sənə xəbər vermədim? Çünki bilirdim ki, sən qoyduğum yerdəsən və istənilən vaxt sənə çata bilərəm. bax, bu arxayınlıq idi mənə rahatlıq verən. mənsə səni itirməyin nə demək olduğunu bilmək istəyirdim. Çünki əgər itirmək duyğusunu kəşf etsəydim, Əbədi Sevgini də kəşf edəcəkdim. Və Əbədi Sevgini kəşf etmək naminə əzab çəkməyə dəyər. Çünki əgər dərin əzab çəkməsən, əsl xöşbəxtliyin nə demək olduğunu bilməzsən.
Arada yenə sükut yarandı. Çinarə susurdu. Ama gözləri yaşarmışdı.
O, burdadır. Indi o burdadır və Əbədi Sevgidən danışır...
-Bəs məni necə tapdın?
-Yaxınlardan soruşdum. Heç kəs müsbət cavab vermədi. harada olduğunu bilmədiklərini dedilər. Klinikadan soruşdum. Sənin Türkiyədə olduğunu dedilər. Mən də İstanbula bilet aldım. Səni o boyda İstanbulda harada axtarmalı olduğumu bilmədən. ama mən səni tapmalı idim. Çünki itirmək duyğusu çox əzabvericidir. Ama sınamadan nələr edəcəyini heç vaxt bilə bilməzsən! mən bilet alan günün axşamı yuxumda səni gördüm. Mənə dedin ki, İstanbula getmə! Mən orada deyiləm...
Nurlan bir anlıq ətrafına baxdı.
-Əslində buranı, bu evi, bu həyəti mən yuxumda görmüşəm. və mən bileti cırıb atdım. Yuxularımın, ürəyimin götürdüyü yolla getdim. Çünki bilirdim ki, ürəyimin apardığı yol axır -əvvəl məni sənə çatdıracaq. Mən inanıram. Mən Sevgiyə inanıram. Və budur. Mən səni və Əbədi Sevgini tapdım.
Arada yenə sükut yarandı. Nurlan Çinarəyə daha da yaxınlaşdı. Və sevgi dolu gözlərlə Çinarəyə gülümsədi.
-Çinarə, mən artıq bildim Əbədi Sevgi nədir. Bu Allah və sənsən!
Çinarə ağlayırdı. Artıq özünü saxlaya bilmir və uşaq kimi ağlayırdı.
-Sənə nifrət edirəm –deyib, xəfifcə Nurlanın sinəsini yumruqlayırdı.
-Bilirəm-Nurlan gülümsədi.
-Sənə nifrət edirəm.
-Bilirəm.
-Sən mənə o qədər əzab yaşatdırdın ki...
-Səni başa düşürəm. Çünki həmin əzabları mən də yaşadım.
-Sənə nifrət edirəm.
-Bilirəm.
-Ama səni sevirəm.
-Onu da bilirəm.
-Səni minlərcə dəfə sevirəm. səni milyonlarca dəfə sevirəm. səni trilyonlarca dəfə sevirəm....
Nəhayət Əbədi Sevgini kəşf etmiş iki insan qucaqlaşdılar...Bərk-bərk, möhkəm şəkildə...
-Bilirsən, sən çox qəribə adamsan.-Çinarə hıçqırıqlarına son verib, dilləndi. –Ama mən bu qəribə adamı çox sevirəm. və hər nə olursa olsun, bu qəribə adamı, ancaq bu qəribə adamı sevmək istəyirəm...Yaxşı , madam ki, məni həmişə sevmisən, bəs bu qədər əzab, həsrət niyə?
-Sevgi naminə! Əbədi Sevgiyə gedən yolda hər əzaba qatlaşmaq olar! Hər şey Sevgi naminə idi. Sevgi naminə!!!
SON
18.10 -03.11.2012
Dostları ilə paylaş: |