Sevgi Tilsimi



Yüklə 197,62 Kb.
səhifə3/3
tarix22.10.2017
ölçüsü197,62 Kb.
#9599
1   2   3

Sevgi pərisi qapını döyüb açdı.

-Salam,müəllimə. Bir dəqiqə Aysunu olar?

Aysu qapıda sevgi pərisini görcək təəccübləndi. əvvəlcə narahat oldu. sonra anladı ki, ondan başqa heç kim bu qapıda dayanan qızın əslində bir pəri olduğunu bilmir.

Orta yaşlı dolu bədənli qadın eynəyinin altından sevgi pərisini süzərək dedi:-Olar.

Sevgi pərisi bu cavabı alınca sevincindən qanad taxıb göylərə uçmaq istədi. deməli məcbur terrorist kimi sinfə daxil olub,Aysuya zor tətbiq etməyəcəkdi. Ya da “Niyə icazə vermirsiniz? Bu axı ölüm-qalım məsələsidir.” deyərək müəllimə ilə dava etməyəcəkdi. Aysu ayağa qalxaraq auditoriyadan çıxdı. Dəhlizə çıxar-çıxmaz sevgi pərisi onu kənara çəkərək cibindən şüşəni çıxardı.

-Bax, bu da sənin dərmanın.-Sevgi pərisi həm həyəcanlı, həm də sevincli idi. Fəxrlə əlindəki şüşə qabı Aysuya uzatdı.-Al iç. Vaxtımız yoxdur.

-Bu nədir?-Aysu təəccüblə bir pəriyə, bir də şüşə qabın içinə baxdı.

-Bu, sənin çoxdandır gözlədiyin, axırıncı dəfəni istisna etməklə, hər dəfə məni görərkən soruşduğun, həmin tilsimi pozacaq sehirli su!-sevgi pərisi məhsulunu geniş kütləyə ilk dəfə təqdim edən reklam firmalarının nümayəndələri kimi xüsusi intonasiya ilə təqdim etdi.

-Hə?-Aysu nədənsə sevinmədi. və tərəddüdlü baxışlarla bir pəriyə, bir də şüşə qaba baxdı. Bir anlıq sükutdan sonra:

-Mən istəmirəm!-qətiyyətlə dedi.

-Nə?-Aysunun sözləri sevgi pərisinin qulaqlarında güllə kimi partladı.-Sən nə danışırsan? Sən heç bilirsən nə danışırsan? Heç bilirsən mən bunu əldə edincə nə qədər əziyyət çəkmişəm?

-Bilirəm. ama sən də başa düş. Mən bunu içmək istəmirəm. mən Kənanı sevirəm. həqiqətən mən onu sevirəm.

-Yox. Yox. Sən onu sevmirsən. daha doğrusu sevirsən. ama bu səndən asılı olan şey deyil. Bu sevgi tilsiminin təsirindəndir. Inan ki...

-Yox, sevgi pərisi. Bu belə deyil. əvvəllər mən də elə düşünürdüm. Ancaq zaman keçdikcə anladım ki, mən həqiqətən onu svirəm. onu o olduğu üçün sevirəm. onu yaxşı tanıdığım üçün sevirəm. o çox yaxşı insandır. Bu 3 il ərzində mən onunla bir patokda ola-ola onun bu qədər “qızıl” insan olduğunu bilməmişəm. heç vaxt onunla danişmamışdım. Sadəcə “salam-sağol”umuz var idi. Ancaq indi mən anladım ki, əslində mənim axtardığım insan mənim lap yaxınlığımda imiş. Mənsə onu uzaqlarda axtarmışam. Bəlkə də Elvini yaxından tanısaydım onu bu qədər sevməzdim. Mən Elvini mənə uzaq olduğu üçün sevmişəm. onu yaxşı tanımadan sevmişəm. daha doğrusu,sevdiyimi sanmışam. Ama əslində mən indi anladım ki...

-Axı Kənan səni sevmir. O başqa qızı sevirdi.

-Hə. mən də elə bilirdim. Hətta bu məni məyus edirdi. Və sənin gətirəcəyin dərmanı səbirsizliklə gözləyirdim. Çünki bu qarşılıqsız və gizli sevgi mənə çox əzab verirdi. Mən də elə bilirdim ki mənim sevgim tilsimdəndir və qarşılıqsızdır. Və bu gün mən sənin mənə gətirdiyin məlhəmi sözsüz və sevə-sevə içərdim. Əgər dünən...

-Dünən nə olub ki?

-Dünən axşam Kənan mənə mesaj yazmışdı. Məni sevdiyini yazmışdı. Sevgisini etiraf etdi. Inanmazsan,ama bu məni elə sevindirdi ki...

-Bir dəqiqə...Bir dəqiqə. Yəni deyirsən ki, Kənan sənə səni sevdiyini deyib?

-Hə.-Aysunun gözləri gülürdü.

-Sənin onu sevməyin tilsimin təsirindəndir. Ama onun səni sevməyinin tilsimə heç bir dəxli yoxdur. Yəni sən onu sevirsən, ona görə ki sənə sevgi oxu dəyib. Ama ona heç bir ox dəyməyib. Deməli onun sevməyi heç bir tilsimlə əlaqədar deyil. Onda belə çıxır ki, onun səni sevməyi reallıqla baş verib...Eehhh, lap itirdim başımı.

-Məncə burada düşünüləsi və həll ediləsi heç bir şey yoxdur. Qoy hər şey olduğu kimi qalsın. Mən onu tanıdım. Sənin sayəndə. əgər sənin sevgi oxun olmasaydı mən heç vaxt onu kəşf etməyəcəkdim. Mən də onu reallıqda sevirəm. və bunun üçün sənə minnətdaram. Bağışla, bilirəm sən çox əziyyət çəkmisən. ama mən bu məlhəmi içmək istəmirəm. mən bu sevgi yuxusundan ayılmaq istəmirəm.

-Onsuzda istəsən belə, içə bilməzsən artıq.-Sevgi pərisi küskün halda mızıldandı.

-Niyə ki?

-Çünki saat 1-ə işləyir 2 dəqiqə.-Sevgi pərisi qol saatına baxdı.-Sənsə bunu saat 12-ə kimi içməli idin.

-Yaxşı ki belə oldu. çox sağ ol ,sevgi mələyi. Bilirsən sənin sayəndə mən bir şeyi öyrəndim. Bəzən biz bizdən həm məsafəcə həm də qəlbcə uzaq olan insanları sevirik. əslində isə bizim yanımızda olan, hər gün ünsiyyətdə olduğumuz insanların qəlbindəki o “xəzinə”ni görmürük. Ona elə də önəm vermirik. Sevgini çox uzaqlarda axtarmaq lazım deyil. Bəzən o bizim iki addımlığımızdadır. Sadəcə onu görmək lazımdır.

-Hmmm...


-Yaxşı, mən gedim dərsə. Çox sağ ol.-Aysu sevincək halda sevgi pərisini qucaqlayıb ondan uzaqlaşaraq auditoriyaya girdi.

-Sevgi pərisi, gəl yanıma! Kənardan səs gəldi.

-Yaxşı.-Sevgi pərisi peşman halda mızıldandı.

***


Baş pəri qarşısında yorğun və məyus halda dayanan sevgi pərisinə baxıb dodaqaltı gülürdü.

-Nə olub, sevgi pərisi? Çox qəmgin görünürsən.

-Hə. çox məyusam. Bütün əziyyətlərim hədər oldu.-sevgi pərisi doluxsunmuşdu.-Mn çox çalışdım ki,etdiyim səhvi düzəldim. Ama deyəsən vəziyyət daha da mürəkkəbləşdi. Aysu tilsimin pozulmağını istəmir. Daha doğrusu o Kənanı artıq tilsimə görə deyil, həqiqətdə onu tanıdığına görə sevdiyini deyir. Belə olan təqdirdə, mənim əziyyətlərim puç oldu və üstəlik məni hələ qarşıda cəza gözləyir. Həm də bu cəzanın nədən ibarət olduğunu bilmirəm.

-Əslində heç bir şey təsadüf deyil. əgər hər hansı bir hadisə baş verirsə, deməli burda bir hikmət var. Sən artıq cəzanı ödəmisən.

-Doğrudan? Necə?-sevgi pərisinin simasındakı məyus ifadə bir andaca qeyb oldu.

-Elə bilirsən, bu tilsimi pozan məlhəmi əldə etmək bu qədər çətindir? Əslində çox sadədir. Sənə verdiyim tapşırıqlar isə elə sənin cəzan idi.

-Mən də deyirəm axı belə səfeh tapşırıqlar ola bilməz.-sevgi pərisi lazımsız söz işlətdiyini sezərək, dərhal səhvini düzəltmək üçün şirin görünməyə çalışaraq gülümsədi:-Yəni, demək istəyirdim ki, ağır olsa da çox maraqlı tapşırıqlar idi. Bu tapşırıqlar sayəsində insanları daha yaxından daha yaxşı tanıdım.

-Sadəcə zaman lazım idi.

-Nə üçün?

-Yeni sevginin yaranması üçün. Əslində sənin oxunu səhv adama dəyməsi bir təsadüf deyil, yeni sevginin başlaması üçün bir labüdlük idi. Aysu da Kənan da sevgilərində əmin olmaq üçün onlara vaxt lazım idi. Hər ikisi də bir-birini tanımalı və kəşf etməli idilər. Sənin oxun isə bu işə bir vasitə oldu.Bax, buna görə, sənə o tapşırıqları vermişdim. Üstəlik sənə bu yeni sevginin yaranmasında vasitəçi olduğuna görə bir mükafatım da var.

-Doğrudan? O nədir elə?-sevgi pərisi gözlərini heyranlıqla bərəltdi.

***


-Sevgi pərisi, sən yenə burdasan?

-Hə.


-Səni başqa harda görmək olar ki. Ancaq universitet binalarının damında.-Xöşbəxtlik pərisi Sevgi pərisinin yanında əyləşdi.-De görüm, neylədin? Sənə nə cəza verdilər?

-Nə cəza? Niyə cəza verməlidirlər ki?-sevgi pərisi özündən razı halda gözlərini süzdürdü.-Mən ki pis bir iş görmədim. Yeni bir sevginin yaranmasında vasitəçi oldum. Və üstəlik buna görə Baş pəri məni mükafatlandırdı da.

-Doğrudan? Nədir ki o?

-Dee,bunlardır-sevgi pərisi çiynindən asdığı oxlarla dolu qabı göstərdi.-Baş pəri mənim oxlarımın sayını artırdı. Bundan sonra çoxlu-çoxlu sevgilər yaradacam. Qoy hamı sevib-sevilsin. Hamı sevgi içində yaşasın. Sevginin nə demək olduğunu bilsin. Məgər bu həyatda sevgidən gözəl bir şey var?

-Yaxşı. Yaxşı. Görürəm kefin çox yüksəkdir. De görüm bu dəfə kimləri gözaltı eləmisən? kimlərə atacaqsan sevgi oxunu.

-Bax, o tərəfdə dayanan oğlanı görürsən?

-Hansını deyirsən? hündürboylu oğlanı?

-Hə. Hə. Bax o oğlanı bu tərəfdə dayanan qız sevir. Bax o uzun qara saçlı qızı deyirəm.-sevgi pərisi böyük bir maraqla danışırdı.-Çoxdandır, görürəm ki o qız bu oğlanla maraqlanır. Ama çəkinir. Oğlanın isə bundan xəbəri yoxdur. Qız çox yaxşı qızdır. Ürəyitəmiz qızdır. Ona görə də indi bu sevgi oxunu o oğlana atacam. Qoy həmin oğlan da o qızı sevsin.

-Nə deyirəm. sən bilən məsləhətdir.

-Yaxşı. Başımı qatma. Tənəffüs qurtarana kimi bu işi həll etməliyəm.

Sevgi pərisi fəxrlə qabdan bir ox çıxartdı. Yayı çəkib, oxu yerləşdirdi. Istiqaməti dəqiqləşdirəndən sonra oxu buraxdı. Özü də diqqətlə oxun getdiyi istiqamətə baxırdı...

Elə bu ankimsə həmin oğlanı çağırdı.

-Şahin!

Həmin oğlan dayandığı yerdən uzaqlaşdı. Onun arxasında isə başqa bir oğlan dayanırdı. Ox isə həmin istiqamətə doğru gedirdi...

-Yooooooxxxxxx-sevgi pərisi qışqırdı.-Yenəmi ???

SON


29.11.2010




Yüklə 197,62 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin