Arzu gülüm güllənəcək,
Bir sel olub sellənəcək,
Uca səslə dillənəcək,
Azərbaycan iki deyil,
Bir ürəkdir bir bədəndə,
Qalsa da qan sahilində,
Olmayacaq farsa bəndə.
Gəl birləşək sən də, mən də,
Canımızı edək qurban,
Dərdimizə edək dərman.
Cismimizdən çıxanda can,
Dodağımız belə desin:
Azərbaycan, Azərbaycan (29)!
Yeni düşüncə və çağdaş təfəkkürün məhsulu olan şeirlərində poetika gözəlliyi, məzmunun dolğunluğu, axıcılıq, dərin şeiriyyət ilk baxışdanca duyulan Kiyan Xiyavın lirik qəhrəmanı isə Huşəng bəyin “Bütöv Azərbaycan!” arzusunu, illərdən bəri şairin-torpağı bölüşdürülərək əlindən alınmış bir türkün hər istədiyində əli yetməyən Quzey Azərbaycana olan özləmini, öləsiyə həsrətini orijinal ifadələrə bükərək orijinal bir tərzdə, tamamilə fərqli bədii düşüncə ilə sərgiləyir.
Dostları ilə paylaş: |