Vətən; Düşüncəmdir güllələnir,
Vətən; Dilimdir kəsilir
Vətən; Azadlığımdır zincirlənir...
Vətən; Şeirlərimdir tutuqlanır,
Kitablarımdır odlanır,
Mahnılarımdır talanır...
Vətən; Sürgünlərimdir.
Vətən; Şəhidlərimdir.
Vətən; Yaralarımdır...
Vətən...vətən...vətən...
Yaslı TƏBRİZdir
QARABAĞlayıbdırVətən(44).
Bölüşdürülmüş, parçalanmış bütöv bir yurdun, Azərbaycan torpağının acı taleyini hayqıran, həm də sanki əzablardan yorğun düşmüş bir səsin səssiz haraylarını pıçıldayan bu misraları Güney şairlərinin Vətən sevdasının, yurd eşqinin ümumiləşdirilmiş təqdimatı saymaq olar məncə... “Yaslı Təbrizin Qarabağlaması” ifadəsinin ehtiva etdiyi məna da oxucuya gün kimi aydındır... və məncə, heç bir şərhə ehtiyac yoxdur...
Sayman Aruz da bir sıra şeirlərində isbat edir ki, türk ruhu yenilməzdir, basılmazdır... “Türk atlarının nallarından qopan odlu qığılcımlar, savaş və cəng səslərinin yaratdığı qalibiyyət nidası, milli qürur, əzəmət və bahadırlıq təntənəsi zaman-zaman həmin o ölməz ruhun poetik marşına çevrilib. Saymanın şeirlərində həmin o mübariz ruh çağlayır:
Dostları ilə paylaş: |